Gənclər dağ kəndlərini tərk edirlər" />

Gürcüstan: şagirdsiz məktəblər

Gənclər dağ kəndlərini tərk edirlər

Gürcüstanın yüksək dağlıq ərazilərindəki kəndlərdə bir neçə nəfərin təhsil aldığı məktəblər adi hal şəklini alıb.

Bu, İmeretidəki (Qərbi Gürcüstanda region) iki bu cür məktəb haqqında hekayədir. Yaxın gələcəkdə onlar, ümumiyyətlə, şagirdsiz qala bilərlər.

Gürcüstanda ümumilikdə 2 085 kütləvi məktəb var. Onların əksəriyyəti şəhərlərdə yerləşir. Açara, İmereti, Samaqrelo, Zemo Svaneti, Kaxeti, Mtsxeta Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti, Kvemo Kartli – bu siyahıda olan Gürcüstan regionlarının bələdiyyələrində elə məktəblər var ki, burada şagirdlərin sayı 10 nəfərdən azdır.

Məktəblərdən kənarda qalmış uşaqlar

Gürcüstanda keşişlər vertolyotdan kənd məktəblərinin üstünə konfet atdılar

Abxaziyada gürcü məktəbləri: nə etməli

Bu siyahıda İmereti azsaylılığı ilə xüsusilə seçilir. Regionun on kənd məktəbində doqquz və ya daha az şagird təhsil alır.

Söhbət əsas etibarilə o kəndlərdən gedir ki, onlar “yüksək dağlıq” adlandırılmaq üçün bütün kateqoriyalara uyğun gəlmirlər və buna görə də, müvafiq güzəştlərdən məhrumdurlar.

Oncoxeti məktəbində üçüncü sinif şagirdi Maridən savayı daha iki şagird təhsil alır. Foto: Tekle Morqoşia

Mari üçüncü sinifdə oxuyur. O, İmereti regionunun Van bələdiyyəsinin Oncoxeti kəndində yaşayır. Doğma kəndindəki məktəbdə oxuyur. Hər gün piyada 10 kilometr getməli olur ki, dərslərə çata bilsin. Köhnəlikdən uçulub dağılmış məktəbin üçüncü sinfində cəmi üç parta və stullar, lövhə və divara bərkidilmiş dərs cədvəli var.

Bütün bu az sayda mebel Marinin özü, birinci sinif şagirdi Qvantsa və müəllimə Qulnazi üçündür. Bəzi dərslər Mari və Qvantsa üçün ümumi keçilir.

Bəzi dərslər Mari və birinci sinif şagirdi Qvantsa üçün ümumi keçilir. Foto: Tekle Morqoşia

Məktəbdə cəmi üç şagird və doqquz müəllim var ki, onlar Mari kimi işə gəlmək üçün uzun yol qət etməli olurlar.

Mari danışır ki, onun təsəvvüründə məktəb canlı bir yer olmalıdır, çoxlu uşaqlar olmalıdır və dərslər səs-küylü keçməlidir. Lakin əslində tamamilə başqa cürdür.

“Tənəffüslərdə darıxdırıcı olur. Bəzən telefonda oyunlarla başımı qatıram, bəzən isə müəllimlər hansısa əyləncələr fikirləşib tapırlar. Əlbəttə, yaxşı olardı ki, sinifdə çoxlu uşaq olsun”, – üçüncü sinif şagirdi nəql edir.

Lakin bununla birlikdə, etiraf edir ki, indi sinifdə daha çox şagirdin ola biləcəyi haldan daha çox təhsil alır, hazırda müəllimin diqqəti təkcə ona – üçüncü sinfin yeganə şagirdinə yönəlib.

Oncoxeti məktəbi. Foto: Tekle Morqoşia

Oncoxeti ilə qonşuluqda yerləşən Qadidi kəndində də məktəbin beşinci sinfində 45 dəqiqəlik dərslər yeganə şagird üçün keçilir. Köhnə məktəb binasında – bu kənddə o, ayrı-ayrı tikililərdən ibarətdir – cəmi doqquz uşaq təhsil alır. Hər tikilidə üç sinif otağı var. İkisinin qapısından qıfıl asılıb.

Məktəbdə elektrik enerjisi yoxdur, buna görə də, istərsə yayda, istərsə qışda qapıları açıq qoymaq lazım gəlir ki. sinif otağına işıq düşsün. Məktəbin rəhbərliyi izahat verir ki, bələdiyyə yalnız şagirdlərinin sayı çox olan məktəblərə vəsait ayırır.

Qadididəki məktəb. Foto: Tekle Morqoşia

“Bütün məktəblərin təmirinə bələdiyyənin pulu çatmır. Bizim kənd üçün, uşaqlar üçün məktəbin ümumiyyətlə var olması böyük əhəmiyyətə malikdir. 2020-ci ildə binada dam örtüyünün dəyişilməsi və istilik sisteminin quraşdırılması planlaşdırılır”, – Oncoxetidəki məktəbin direktoru Duşiko Ormotsadze deyir.

İnfrastruktur problemlərindən savayı, bu məktəblərdə tədris problemləri də var. Şagirdlərin sayı az olduğundan, başqa məktəblərdə məcburi olan bəzi tədbirlər keçirilmir.

Qadididəki məktəbdə dərslər çox vaxt bir şagird üçün keçilir. Foto: Tekle Morqoşia

Güzəştsiz qalmış kəndlər

Oncoxeti və Qadidi dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşirlər. Gürcüstanda yüksək dağlıq kənd statusu 800 metrdən az olmayan yüksəklikdə yerləşən kəndlərə verilir. Lakin bu iki kəndin problemləri rəsmi olaraq yüksək dağlıq kənd statusuna malik kəndlərdəki ilə eynidir.

Yol yoxdur, təbii qaz çəkilməyib, normal həyat üçün elementar şərait yoxdur və… perspektiv yoxdur. Hər şey də ona görə ki, Oncoxeti və Qadididə az adam yaşayır. Ən çox gözə çarpan odur ki. gənclər yox dərəcəsindədir.

“Yəqin demək olar ki, bizim məktəblərin şagirdləri elə olan bütün gənclikdir. Bunlar sosial cəhətdən müdafiə olunmayan ailələrin uşaqlarıdır. Bir imkan olsaydı, yəqin ki, onları da burada görməzdiniz”, – müəllimlər deyir.

2014-cü ilin siyahıyaalınmasına görə, Oncoxetidə 213 ev təsərrüfatı vardı, Qadididə isə 252 ailə yaşayırdı. Bu gün isə orada həmin sayın cəmi üçdə bir hissəsi qalıb.

Yerli gənclərin böyük əksəriyyəti Kutaisiyə, başqaları isə Vaniyə köçüb. Kənd administrasiyasının rəsmi nümayəndəsi Elquca Beltadze deyir ki, miqrasiya artır və təhlükə yaranıb ki, kəndlər büsbütün boşala bilər.

Qadidi kəndində atılmış ev. Foto: Tekle Morqoşia

“Bilmirəm necə, amma hökumət əlindən gələni etməlidir ki, kəndlərə yardım etsin. Düşünmürəm ki, yaşamaq üçün şəhərə gedənlər qayıdacaqlar, – gəncləri nəzərdə tuturam. Lakin yerdə qalanları saxlamaq lazımdır”, – Elquca Beltadze deyir.

“Dağların inkişafı mərkəzi” qeyri-hökumət təşkilatı dağlıq regionların əhalisinin səfərbərliyi və fəallaşdırılması, turizmin və iqtisadiyyatın inkişafı. Abadlıq işləri üzərində çalışır. Təşkilatın rəhbəri Şota Buçukuri söhbətində insanları dağ kəndlərindən getməyə sövq etmiş bəzi səbəblər barədə danışır.

“Əsas səbəb sosial-iqtisadi problemlərdir. İnsanların gəliri yoxdur, normal infrastruktur yoxdur. Keyfiyyətli səhiyyə xidməti. Təhsil və başqa dövlət xidmətləri əlçatmazdır. Bütün bunların az-çox normal olduğu regionlarda pis-yaxşı hansısa iqtisadiyyat var, miqrasiyanın səviyyəsi elə də böyük deyil, – Şota Buçukuri izah edir. – Buna görə də, əsas vurğunu həmin problemlərin həllinə yönəltmək lazımdır, o zaman heç kim getməz, məktəblərdə də şagirdlər olar”.

“Dağlar qanunu” və statussuz kəndlərin perspektivi

Yüksək dağlıq kəndlərin inkişafı haqqında Qanunun qəbul edildiyi 2016-cı ilin yanvar ayından 1731 yaşayış məntəqəsinə (əhalisinin sayı 331 nəfərdən çox olan) “yüksək dağlıq yaşayış məntəqəsi” statusu verilib və müvafiq olaraq bu kəndlərdə yaşayan 245697 nəfər sosial və vergi güzəştlərindən istifadə edir.

Qanuna müvafiq olaraq, sosial güzəştlər dedikdə pensiyalara əlavələr, müəllimlərin, həkimlərin, tibb bacılarının maaşlarına əlavələr, kütləvi məktəblərin və peşə tədrisi müəssisələrinin şagirdlərinin vauçerlərinin daha yüksək maliyyələşdirilməsi, qız dövründə istiliklə təminat, istifadə edilən elektrik enerjisinə görə güzəştlər, yeni doğulan körpələrə görə pul yardımı və s. başa düşülür.

Yüksək dağlıq regionların inkişafı haqqında qanuna və Gürcüstanın Vergi məcəlləsinə müvafiq olaraq. Bu cür regionların daimi sakinləri, yüksək dağlıq regionlarda istehsalat sahibləri üçün gəlir, mənfəət, əmlak vergiləri üzrə güzəştlər nəzərdə tutulur.

Yerləşdikləri yüksəkliyin status almağa imkan vermədiyi yaşayış məntəqələri ilə əlaqədar Dağlıq regionların inkişafı üzrə milli şura nə planlaşdırır? Biz belə cavab aldıq:

“Üç təşəbbüs müzakirə edilib: yaşayış məntəqələrinin 80 faizinin artıq bu cür statusa malik olduğu bələdiyyələrin bütün yaşayış məntəqələrinə “yüksək dağlıq” statusunun verilməsi məsələsinə baxılması; yüksək dağlıq region sakini statusundan istifadə etmək üçün dəniz səviyyəsindən iki min metr yüksəklikdə daimi yaşayış müddətinin doqquz aydan altı aya qədər azaldılması məsələsinin müzakirə edilməsi; Gürcüstanın işğal edilmiş ərazilərinin yaxınlığında yerləşən və bununla birlikdə dəniz səviyyəsindən 800 metrdən yüksəkdə yerləşən kəndlərə “yüksək dağlıq yaşayış məntəqəsi” statusunun verilməsinin sadələşdirilməsi məsələsinin müzakirəsi”, – idarədən bildirilib.

Facebook Comments

More on JAMnews