Prezident Salome Zurabişvilinin əfv etdiyi məhbusların siyahısı ətrafında qalmaqal davam edir. Prokurorluq prezidentin parlament katibini dindirməyə çağırıb" />

Gürcüstan prezidentini impiçment gözləyir?

Prezident Salome Zurabişvilinin əfv etdiyi məhbusların siyahısı ətrafında qalmaqal davam edir. Prokurorluq prezidentin parlament katibini dindirməyə çağırıb

Prezident Salome Zurabişvili və prezidentin parlament katibi Dmitri QabuniyaСаломе Зурабишвили и парламентский секретарь президента Дмитрий Габуния

Gürcüstanda prezident Salome Zurabişvilinin əvf etdiyi məhbusların siyahısı ətrafında qalmaqal davam edir. Gürcüstan prezidentinin parlament katibi Dmitri Qabuniya dindirilmək üçün prokurorluğa çağırılıb.

Qalmaqal avqustun 28-də, Müqəddəs Məryəm günündə Zurabişvili konstitusiyanın ona verdiyi hüquqla 34 məhbusu əfv edib.

Gürcüstan sakinləri kimə etibar edir? NDI hesabatından əsas rəqəmlər

Əfv olunan şəxslərin siyahısı məxfi olub, amma jurnalistlər əvvəlcə müəyyən ediblər ki, bu siyahıda amansızca qətl törəkdiyi üçün cəza çəkən iki nəfərin də adı var, daha sonra isə üçüncü analoji halın olduğu da bəllib olub. Onlardan biri (Ramaz Devadze) 2014-cü ildə Batumidə gecə klublarının birində 22 yaşlı polis nəfərini qətlə yetirməkdə təqsirli bilinərək məhkum edilib;

İlincisi (Aslan Bejanidze) 12 il əvvəl 18 yaşlı ttələbəni öldürdüyüü üçün cəza alıb. Bejanidzeni yalnız 2016-cı ildə həbs etmək mümkün olub. Bütün bu illər ərzində o, ədalətdən gizlənib.

Əfv olunan üçüncü şəxs (Zurab Nadiradze) 1994-cü ildə Tbilisidə dava zamanı adam öldürməkdə təqsirli bilinib. Nadiradze də 2017-ci ilə qədər ədalət mühakiməsindən gizlənib.

Bu üç nəfər haqda məlum olandan sonra Gürcüstan prezidentitənqid atəşinə tutulub. Bununla yanaşı Zurabişvilinin tənqid edənlər sırasına müxalifət və QHT nümayəndələri ilə birlikdə hakimiyyət nümayəndələri də qoşulub

Sentyabrın 20-də Gürcüstanın Baş Prokurorluğu Zurabişvilinin qətl işlərinə görə mühakimə olunanları əfv etməsi faktı üzrə araşdırmaya başlayıb. Qurumun məlumatına əsasən, istintaq əfv prosesində vəzifə səlahiyyətlərinin aşılması ehtimalı ilə bağlıdır.

Prezident Salome Zurabişvili və prezidentin parlament katibi Dmitri Qabuniya

Səsləndirilən əsas sual xüsusilə ağır cinayətlərə görə məhkum edilənlərin adlarının əfv siyahısına necə və kimin tövsiyəsi ilə salınmasından ibarətdir.

“Bizim cəzaların icrası müəssisələrində daha yüngül cinayətlərə görə məhkum edilmiş qadınlar, analar, gənclər var – prezidentə eyni rica ilə müraciət edən minlərlə insan arasında həmin 34 nəfər əfv olunmağı nə ilə haqq ediblər?” – baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Maya Skitişvili deyib.

Müxalifət korrupsiya sxeminin mövcudluğu haqda danışır. Bəzi siyasətçilər, o cümlədən də öldürülənlərin ailə üzvləri daha əvvəl vəkil kimi çalışan Dmitri Qabuniyanın əfvlə bağlı qalmaqalda əlinin olduğunu bildirirlər.

“Bu və ya digər şəxsin əfv edilməsi ilə bağlı maraqlı şəxslər Dmitri Qabuniya ilə görüşür və maliyyə məsələlərini onunla həll edirlər. Yəni bu və ya digər şəxsin hansı qiymətə əfv edilə  biləcəyini müəyyən edirlər. Bizim mənbəmizin əlində Qabuniyanın korrupsiya məsələsini prezidentlə müzakirə edib-etmədiyi haqda məlumat yoxdur, amma o güman edir ki, belə bir işi pprezidentin başının üstündən görmək mümkün deyil”, – müxalif Avropa Gürcüstanı Partiyasının üzvü İrma Nadiraşvili deyib.

Amma Qabuniya məsələyə aidiyyatının olduğunu inkar edir. O, jurnalistlərə bildirib ki, avqustda məzuniyyətdə olub və qalmaqallı məsələ ilə bağlı yalnız KİV-dən xəbər tutub.

Prezidentin özü isə bu günlərdə ABŞ-da səfərdədir və BMT Parlament Assambleyasında çıxış edəcək.

İmpiçment olacaqmı?

İqtidar partiyasının nümayəndələri də prezidenti tənqid etməkdən çəkinməyəndən sonra müxalifət və KİV prezidentin impiçmentinin mümkünlüyü haqda danışmağa başladı.

“Əgər istintaq belə nəlticəyə gəlsə ki, prezident tərəfindən əfv humanist akt yox, başqa məqsədlərin daşıyıcısı olub, o zaman təbii ki, prezidentin impişmenti prosesini başlatmaq mümkün olacaq”, – bu haqda “InterpressNews” agentliyi ilə söhbətində Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Sulxan Saladze bildirib.

Amma o, izah edib ki, Baş Prokurorluğun müvafiq qərarı olmadan, yalnız ayrıca götürülmüş əfv impiçment üçün əsas ola bilməz.

“Düşünürəm ki, bu haqda danışmaq hələlik tezdir. Yalnız əfv hüququndan yararlanmaq, ayrıca götürülmüş əfv impiçment üçün əsas ola bilməz”, – o deyib.

•  Salomü Zurabişvili – Gürcüstanın birbaşa, ümumxalq səsverməsi seçilən son prezidentidir. Onun istefası halında Gürcüstanda yeni prezident artıq birbaşa səsvermə yolu ilə yox, seçki kollegiyası vasitəsilə seçiləcək

•   Zurabişvili Gürcüstanın ilk qadın prezidentidir. O, altı il müddətinə seçilən ilk prezidentdir (əvvəl pprezident beş il müddətinə seçilirdi).

Gürcüstan tarixində hələ heç vaxt prezident seçkiləri iki turda keçirilməyib. Qalib ilk turdaca müəyyən olurdu. Zurabişvili ikinci turda qələbə qazanan ilk prezidentdir.

• 2012-ci ildən Gürcüstan güclü baş naziri və zəif prezidenti olan parlament respublikasıdır. 2015-ci ildə Konstitusiyaya dəyişikliklər ediləndən sonra Gürcüstanın beşinci prezidentinin səlahiyyətləri əvvəlkilərlə müqayisədə daha azdır.

• Milli Demokratiya İnstitutunun (NDI) son tədqiqatına əsasən, sorğu edilənlərin 40 faizi 10 ay əvvəl seçilən  prezident Salome Zurabişvilinin fəaliyyətini pis və çox pis olaraq dəyərləndirib. Respondentlərin yalnız 12 faizi prezidentin fəaliyyətinə müsbət qiymət verib.

Prezidentin hüquqları

+

Prezidnetin aşağıdakı hüquqları var:

√   məhbusları əfv etmək;

√  Gürcüstan vətəndaşlığını təqdim etmək;

√ Gürcüstanı beynəlxalq arenada təmsil etmək, amma bu zaman bütün addımlar hökumətlə razılaşdırılmalıdır;

√   formal olaraq baş nazir və Ali Ədliyyə Şurası üzvlərinin təyinatını imzalamaq;

√  qanunla nəzərdə tutulmuş müddətdə yerli seçkiləri, parlament seçkilərini, o cümlədən də növbədənkənar seçkiləri təyin etmək;

√ mükafat təqdim etmək;

√ prezident həbs edilə, cinayət məsuliyyətinə cəlb oluna bilməz;

√ prezidentin impiçment məsələsini parlament deputatlarının üçdə biri qaldıra bilər.

•  Gürcüstanda impiçment proseduru belədir: prezidentin əməllərində Konstitusiyanın pozulması və ya cinayət hallarının üzə çıxarılması əsasında lazımdır ki, 50 deputat (parlamentin ümumi tərkibinin 1/3-i) impiçment məsələsini qaldırsın. Bundan sonra tələb Gürcüstanın Konstitusiya Məhkəməsinə gönndərilir və orada prezidentin əməllərinin qanuniliyinə qiymət verilir. Müsbət cavab gəldiyi zaman prezidentin səlahiyyətlərinin dayanddırılması üçün parlament deputatlarının 2/3 hissəsi (100 deputat) “lehinə” səs verməlidir, yalnız bundan sonra prezidentə qarşı cinayət təqibinə başlamaq mümkündür.

 


More on JAMnews