Qanunvericilər prezidentin vetosunu aşa bildilər" />

Gürcüstan Parlamenti məhkəmə islahatlarının “üçüncü dalğası” haqda paketi təsdiqlədi

Qanunvericilər prezidentin vetosunu aşa bildilər

Fevralın 8-də Gürcüstan Parlamenti ölkə prezidentinin veto qoyub, öz qeydlərilə birlikdə qanunvericilərə qaytardığı məhkəmə islahatlarının “üçüncü dalğası” haqda paketi təsdiqlədi.

Əvvəlcə parlament prezidentin əsaslandırılmış qeydlərinin əleyhinə (26 deputat lehinə, 74 əleyhinə), sonra isə “Ümumi məhkəmələr haqda” Qanuna əlavələr edilməsi haqda qanun layihəsinin ilkin versiyasının lehinə (97 səs lehinə, 18 səs əleyhinə) səs verdi.

Prezidentin qeydlərini parlament azlığının nümayəndələri dəstəkləyib.

Prezidentin parlamentdəki katibi Anna Dolidze bildirib ki, bu paketi dəstəkləməklə hakim partiya “məhkəmələrə azadlıq verməkdən imtina edib”. Dolidzenin sözlərinə görə, yeni paketə əsasən məhkəmə sədrlərini Ali Ədliyyə Şurası təyin edəcək və nəticədə çox güman ki, onlar məhkəmə sistemini nəzarətdə saxlayacaqlar.

Məhkəmə islahatlarının “Üçüncü dalğası” paketinə müvafiq olaraq:

  • Rayon, şəhər və apelyasiya məhkəmələrinin hakimləri 3 illik sınaq müddətilə təyin olunacaq.
  •  2018-ci ildən məhkəmələrdə işlərin hakimlər arasında avtomatik bölüşdürülməsi sistemi tətbiq ediləcək.
  •  Ali Məhkəmə üzvlərinin sayı 10 nəfərdən 16 nəfərə yüksələcək və AM Plenumunun qərarı ilə onların sayı daha da artırıla bilər.
  • Ali Ədliyyə Şurasının qərarı və özlərinin razılığı əsasında hakimlər 1 il müddətinə digər məhkəmələrə ezam edilə bilər.

More on JAMnews