2009-2016-cı illərdə 395 xarici vətəndaş qanunu pozub" />

Gürcüstan ombudsmeni işğal olunmuş ərazilər haqda qanunun pozulmasını dekriminallaşdırmağı tövsiyə edir

2009-2016-cı illərdə 395 xarici vətəndaş qanunu pozub

Gürcüstanın xalq müdafiəçisi işğal olunmuş ərazilər haqda qanunun pozulmasını dekriminallaşdırmağı tövsiyə edir. Fevralın 9-da Uça Nanuaşvili “İşğal olunmuş ərazilər haqda” Qanun üzrə şəxsi təhlil və tövsiyələrini təqdim edib. Bu qanun bir sıra qadağalarla yanaşı xarici vətəndaşların Abxaziya və Sxinval regionuna (Cənubi Osetiya) Rusiya tərəfdən gəlməyini də qadağan edir.

Hesabata əsasən, 2009-2016-cı illərdə qanun xarici vətəndaşlar tərəfindən 395 dəfə pozulub. Bunlardan 51-də cinayət işi qaldırılıb.

Ombudsmen hesab edir ki, xarici vətəndaşların işğal olunmuş ərazilərə səfər etməsi sadəcə inzibati qaydada cəzalandırılmalıdır, cinayət məsuliyyət yaratmamalıdır.

Xalq müdafiəçisinin sözlərinə görə, qanun xüsusi hallarda xarici vətəndaşlara işğal olunmuş ərazilərə Tbilisinin nəzarətində olan ərazilərdən deyil, birbaşa daxil olmağa xüsusi icazə verilməsini nəzərdə tutur. Bu icazəni Dövlət Təhlükəsizlik Xidməti verir. Amma nə DTX-nın, nə də Xarici İşlər Nazirliyinin saytlarında bu icazəni almaq qaydası haqda heç bir məlumat yerləşdirilməyib. DTX-nın məlumatına görə, 2015-ci ilin avqustundan bu günə qədər cəmi iki dəfə belə icazə verilib. Ombudsmen hesab edir ki, xüsusi icazənin alınması prosedura haqda məlumat ictimai və əlçatan olmalıdır.

İşğal olunmuş ərazilər haqda qanun nələri nəzərdə tutur?

  • İşğal olunmuş ərazilər haqda qanunu Gürcüstan parlamenti 2008-ci il avqust müharibəsindən sonra qəbul edib. Qanuna əsasən, yalnız Tbilisinin razılığı ilə Abxaziya və Cənubi Osetiya ərazisinə səfər etmək və orada iqtisadi fəaliyyətlə məşğul olmaq olar.   
  • Bu ərazilərə yalnız Tbilisinin nəzarətində olan ərazilərdən getmək qanuni hesab edilir. Abxaziyanın misalında bu keçid Zuqdidi, CO misalında isə Qori şəhərindən olmalıdır. Müvafiq olaraq bu regionlara Rusiya tərəfdən – Soçi və Rok tunelindən səfər edənlər Gürcüstan qanunvericiliyini pozmuş olur. Bu o deməkdir ki, bu şəxslər sonradan Gürcüstan hakimiyyətinin nəzarəti altında olan əraziyə gələrlərsə onlara qarşı 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılan cinayət işi qaldırıla bilər. Qanunun təkrar pozulması daha sərt cəzalandırılır.

Hazırkı hakimiyyət nəyi dəyişmək istəyir?

  • 2013-cü ilin mayında Gürcüstan Parlamenti hökumətin təqdim etdiyi işğal olunmuş ərazilər haqda qanuna dəyişikliklər layihəsini ilk oxunuşda qəbul etdi. Bu dəyişikliklərə əsasən, işğal olunmuş ərazilərə səfər rejimini ilk dəfə pozan şəxslər haqda cinayət işi qaldırılmayacaq, onlar inzibati qaydada cəzalandırılacaqlar.
  • Qanuna dəyişikliklər edilməsinin əsas səbəbi kimi hakimiyyət beynəlxalq təşkilatların tələblərini göstərir.
  • Müxalifət dəyişiklikləri yolverilməz hesab edirdi. Hakimiyyətin opponentlərinin fikrincə, dövlət sərhədinin pozulmasını müxtəlif ərazilərdə müztəlif cür cəzalandırmaq olmaz – bu, ölkə ərazilərinin bir hissəsində suverenlikdən imtina anlamına gəlir. 2013-cü ildən sonra parlament bu qanun layihəsinin təkrar nəzərdən keçirilməsinə qayıtmayıb.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeliyə üst-üstə düşməyə bilər.

More on JAMnews