Adətə uyğun olaraq, onun yerinə oliqarx İvanişvilinin doğma Saçxeri rayonundan adam təyin olunub " />

Gürcüstan hökumətini ən populyar nazir tərk edib

Adətə uyğun olaraq, onun yerinə oliqarx İvanişvilinin doğma Saçxeri rayonundan adam təyin olunub

Yekaterina Tikaradze. Foto: İctimai yayımçı

Gürcüstan hökumətinin ən “qocaman” nazirlərindən biri David Serqeyenko tutduğu vəzifədən gedib. O, 2012-ci ildən səhiyyə və sosial müdafiə naziri işləyib.

Hökumətdəki dəyişikliklər barədə iyunun 18-də baş nazir Mamuka Baxtadze məlumat verib, eyni zamanda da yeni nazir Yekaterina Tikaradzeni təqdim edib.

Yeni səhiyyə, sosial müdafiə və işğal olunmuş ərazilərdə zorla başqa yerə köçürülmüş adamların işləri üzrə yeni nazirin təqdimatında bu gündən baş nazirin müşaviri olan keçmiş nazir də iştirak edib.

Yeni nazir Yekaterina Tikaradze son təyinatına qədər Saçxeri xəstəxanasının direktoru işləyib. Bu klinika hakim “Gürcü arzusu”nun lideri Bidzina İvanişvilinin doğma rayonunda yerləşir, uzun illərdir də ona himayədarlıq edir.

Həmin vəzifəni də nazir təyin olunana qədər vaxtıykən David Serqeyenko da tutub.

Yekaterina Tikaradze bildirib ki, regionda ən uğurlu və insan tələbatlarına istiqamətlənən səhiyyə formalaşdıracaq.

Fəaliyyətinin əsas istiqamətlərindən biri kimi, o, pasientin hüquqlarının qorunması, müalicənin keyfiyyəti, sadə əhali üçün keyfiyyətli dərmanların əlverişliyi, həm də zorla başqa yerə köçürülmüş adamların problemlərinin həllini, bundan başqa, əməyin mühafizəsi və təhlükəsizliyini qeyd edib.

Nazir niyə gedib?

Yeni nazi və baş nazirlə birgə brifinqdə David Serqeyenko bildirdi ki, onun özü Mamuka Baxtadzeyə qurumun dəyişdirilməsi məsələsini nəzərdən keçirmək təklifi ilə müraciət edib, çünki düşünəndən sonra belə bir nəticəyə gəlib ki, bu, islahatların daha uğurlu yürüdülməsinə  ehtiyac var.

Yeddi il ərzində David Serqeyenko “Gürcü arzusu” hökumətində ən populyar nazir olub. Bu ilin may ayında sorğunun nəticələrinə əsasən, o, 40 faizlik reytinqlə ölkənin aparıcı siyasətçiləri siyahısında Tbilisi meri Kaxa Kaladze ilə birlikdə liderlik edib.

Müxalifət isə Serqeyenkonu səhiyyə sahəsində problemlər və korrupsiya ehtimalı ilə bağlayıb. “Milli hərəkat”ın üzvü Tina Bokuçavanın sözlərinə görə, Serqeyenkonun korrupsiya sxemlərində iştirakı ilə bağlı şübhələr var. Yeni nazirin təyinatı isə Bidzina İvanişvilinin rəhbərlik üslubunu bir az da vurğulayır.

“İvanişvili şəxsi həkimini şəxsi stomatoloqu ilə əvəz edib, bu da bir daha sübut edir ki, bu insan Gürcüstana dövlət deyil, şəxsi layihəsi kimi yanaşır və burada özünə ətraf yaratmaq və onu ölkənin maraqlarını nəzərə almadan götürmək olar”, – Tina Bokuçava deyir.

Digər müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Serqo Ratiani hesab edir ki, Serqeyenkonun istefası səhiyyə sahəsində islahatın iflası ilə bağlıdır. “Ola bilsin, Serqeyenkonu səhiyyədə uğursuzluqla nəticələnən islahatın altından təmiz çıxarmaq istəyirlər, görünür, kuluar mübarizəsi gedir. Fakt ondadır ki, “Gürcü arzusu” və Bidzina İvanişvili səhiyyə sahəsində baş verənlərə görə məsuliyyətdən qaça bilməyəcəklər”, – Serqo Ratiani deyir.

Tərkibinə əmək, sosial müdafiə sahəsi və zorla yerindən köçürülmüş adamların məsələləri də daxil olan Səhiyyə Nazirliyi ölkənin 3,8 milyard laridən çox büdcəsi olan  ən “varlı” qurumudur (bu, Gürcüstanın 2007-ci ilə qədər bütün büdcəsindən daha çoxdur).

İvanişvilinin şəxsi ətrafı dövlət kadrlarının mənbəyi kimi

Saçxeri xəstəxanasının direktoru Yekaterina Tikaradze şəxsən Bidzina İvanişvili ilə bağlı olan qurumlardan dövlət xidmətinə daxil olan növbəti kadr oldu.

İndiki dövlət təhlükəsizliyi xidmətinin başçısı Vaxtanq Qomelauri 2012-ci ilə qədər Bidzina İvanişvilinin şəxsi mühafizəsinin rəhbəri işləyib.  

Gürcüstanın baş prokuroru Şalva Tadumadze milyardçının şəxsi vəkili olub.

“Gürcü arzusu”nun siyasi katibi, keçmiş baş nazir İrakli Qaribaşvili dövlət xidmətinə keçənə qədər Bidzina İvanişviliyə məxsus “Kartu” bankının müşahidə şurasının üzvü olub.   


More on JAMnews