Müvafiq qanun layihəsi artıq hazırdır, Bidzina İvanişvili onu dəstəkləyir" />

Gürcüstan hökuməti marixuana idxalına başlamağı planlaşdırır

Müvafiq qanun layihəsi artıq hazırdır, Bidzina İvanişvili onu dəstəkləyir

Gürcüstanda marixuana istehsalı və idxalına icazə verəcək qanunvericilik təşəbbüsü artıq hazırlanıb. Onun müəllifi Gürcüstan hökumətidir.

Qanun layihəsində qeyd olunub ki, Gürcüstanda marixuana farmakoloji və kosmetik məqsədlərlə becəriləcək və idxal ediləcək.

• Tbilisi: Niyə insanlar parlamentin qarşısında rəqs edirdi?

Interpressnews agentliyi yazır ki, “Gürcü arzusu” iqtidar partiyasının ofisində iclas keçirilib və bu məsələ müzakirə olunub. İclasa DİN nümayəndələri də qatılıb, deputatlar çoxluğunu da elə onlar bu qanunvericilik təşəbbüsü ilə tanış ediblər.

Layihənin ilkin variantına əsasən, marixuana istehsalı ciddi şəkildə lisenziyalaşdırılacaq. Lisenziya sahibləri müsahibə əsasında müəyyənləşəcək. Ehtimal olunur ki, lisenziya şərtlərində coğrafi areal, istehsal olunan bitkinin həcmi və s. yer alacaq.

Agentliyin məlumatına görə, iclasda kəskin müzakirə və mübahisələr baş verib. Interpressnews öz xəbərində bildirir ki, hakim partiyanın sədri, keçmiş baş nazir və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili şəxsən bu ideyanı dəstəkləyir.

• Yeni narkosiyasət: Portuqaliyanın nümunəsi nəyi öyrədir?

Daxili İşlər Nazirliyi tərəfindən işlənib hazırlanan qanun layihəsi marixuananın lisenziyalı istehsalından başqa digər yenilikləri də özündə birləşdirir.

Məsələn, marixuana istifadəçilərinə münasibətdə qanun layihəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Hakimiyyət marixuananın məktəblərdə, ictimai müəssisələrdə və açıq yerlərdə istifadəsini qadağan etmək niyyətindədir. Marixuana istifadəsinə qadağa bəzi peşə sahiblərinə də aaid ediləcək.

Qanunverici paket yaxın zamanda hökumətin iclasına təqdim olunacaq.

• 2018-ci il iyulun 30-da Gürcüstanın Konstitusiya Məhkəməsi marixuana istifadəsinə görə inzibati cəzanı ləğv edib. Bu o deməkdir ki, marixuana Gürcüstanda artıq leqaldır. Bu qərar marixuananın istehsalına və satışına aid deyil.


More on JAMnews