Üç ölkənin birgə hərbi təlimləri 2017-ci ilin iyun və sentyabr aylarında baş tutacaq " />

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimləri genişləndirmək niyyətindədirlər

Üç ölkənin birgə hərbi təlimləri 2017-ci ilin iyun və sentyabr aylarında baş tutacaq

Batumidə Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin iştirakıyla sayca beşinci ministerial baş tutub.

Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib ki, üçtərəfli görüş zamanı birgə hərbi təlimlərin genişləndirilməsiylə bağlı razılaşma əldə edilib.

“Birgə təlimlər, təhsil proqramlarının reallaşdırılması ilə bağlı 10 illik müsbət təcrübəmiz var. Bu il birgə təlimlər daha geniş forma alacaq – iki həftə sonra operativ qüvvələrimizin birgə təlimləri başlayacaq; sentyabrda isə birgə kompüter-qərargah təlimləri keçiriləcək. Biz gələcəkdə həmin formatın genişləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu cür əməkdaşlığın yüksək keyfiyyəti ölkələrimizin əhalisinin təhlükəsizliyi, iri iqtisadi layihələrin realizəsi üçün böyük əhəmiyyət kəsb edir”, – Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

Türkiyənin müdafiə naziri Fikri Işık bildirib ki, hər üç dövlət dünya ictimaiyyətinin diqqət mərkəzindədir, çünki ərazilərindən nəqliyyat-energetika dəhlizi keçir, bu zaman üç ölkə arasında nümunəvi dövlətlərarası münasibətlər var, onların əməkdaşlığı isə bütün Qafqaz regionu üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da vurğulayıb ki, üçtərəfli format bütün regionun təhlükəsizliyi və sabitliyinin möhkəmləndirilməsinə yönəlib.

Tərəflər qarşılıqlı hörmət və dövlətlərin ərazi bütövlüyünün tanınması məsələsinə də diqqət çəkiblər.

Gürcüstan, Türkiyə və Azərbaycanın Müdafiə Nazirlikləri arasında nazirlər səviyyəsində əməkdaşlıq 2012-ci ildə başlayıb. İndiki ministerial sayca beşincidir, Gürcüstan ikinci dəfə bu tədbirə ev sahibliyi.


More on JAMnews