Etnik azlıqların böyük hissəsi Rusiyanın Avropa Birliyindən daha çox Gürcüstana kömək etmək iqtidarında olduğunu hesab edir" />

Gürcülər Avropa Birliyi haqqında nə bilirlər? Sorğu

Etnik azlıqların böyük hissəsi Rusiyanın Avropa Birliyindən daha çox Gürcüstana kömək etmək iqtidarında olduğunu hesab edir

CRRC Avropa Fondunun sifarişi ilə 2017-ci ildə beşinci dəfə Gürcüstan sakinlərinin Avropa Birliyi haqqında nə dərəcədə məlumatlı olması və münasibətini öyrənmək sorğu keçirib.

2017-ci ildə 2258 nəfər sorğuda iştirak edib.

 

Avropa Birliyinin köməyi vacibdir

Sorğuda iştirak edənlərin 45 faizi Avropa Birliyinə müsbət, 10 faizi mənfi, 40 faizi neytral yanaşır.

Alınan məlumatlara görə, Gürcüstan əhalisinin cəmi 2 faizi Gürcüstanın Avropa Birliyindən aldığı köməyin heç bir əhəmiyyət daşımadığını, 8 faiz az əhəmiyyət daşıdığını hesab edir. Mütləq çoxluq – 84 faiz Gürcüstanın Avropa Birliyindən aldığı köməyin əhəmiyyətli olduğuna əmindirlər, onların 38 faizi isə bu köməyi “olduqca əhəmiyyətli” hesab edir.

Əhalinin 41 faizi hesab edir ki, Avropa Birliyi gürcü ənənələri üçün təhlükəlidir. Bu fikirlə 49 faiz razı deyil. Araşdırmanın müəllifləri vurğulayır ki, 2015-ci ildə qeyd olunan təhlükəni görənlər 15 faiz daha çox idi.  

Gürcüstan sakinləri Avropa Birliyini ilk növbədə beynəlxalq siyasi təşkilat, daha sonra isə iqtisadi birlik kimi qəbul edirlər.

Sorğuda iştirak edənlərin  əksəriyyətində (74 faiz)Avropa Birliyi sülh, təhlükəsizlik və demokratiya ilə assosiasiya olunur.

Avropa Birliyində məlumat qıtlığı

Sorğu Gürcüstan əhalisinin Avropaya inteqrasiyasına müsbət münasibətini üzə çıxarıb. Amma eyni zamanda sorğunun nəticələri göstərdi ki, bu həvəs əhalinin daha çox Avropa Birliyi və onun institutları barədə məlumatlılığı və fundamental biliklərini deyil, ümid və gözləntilərini ifadə edir.  

CRRC-nin araşdırmasına əsasən, “Gürcüstan hazırda Avropa Birliyinin üzvüdürmü?” – sualına 16 faiz sorğu iştirakçıları müsbət cavab verib.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, 2009-2015-ci illər ərzində bu suala düzgün cavab verməyənlərin sayı stabil olaraq azalır. Belə ki, 2015-ci ildə sorğuda iştirak edənlərin sadəcə 5 faizi Gürcüstanın Avropa Birliyinin üzvü olduğunu hesab edirdi. Amma son sorğunun nəticələrinə əsasən, belə insanların sayı yenidən artıb.

“Gürcüstan vətəndaşlarının müəyyən hissəsi ola bilsin ki, Avropa Birliyinə girişlə viza rejiminin liberallaşdırmasını eyniləşdirir”, — araşdırmanın müəllifləri belə hesab edir.

Etnik azlıqlar və gürcü əhalisi arasında ziddiyyətlər

Avropa Birliyi haqqında ən az məlumata etnik azlıqlar sahibdir. Azlıqların böyük hissəsi Avropa Birliyi nədir? – sualına cavab verməkdə çətinlik çəkir

“Gürcüstana ən çox kim kömək edə bilər?” – sualına etnik azlıqların 54 faizi bu rolda Rusiyanı görür.  Halbuki, həmin suala gürcüdilli əhalinin 35 faizi  Avropa Birliyi – deyərək cavab verirlər. Sorğu iştirakçılarının təxminən dörddə biri Rusiya və ABŞ cavabını verir (müvafiq olaraq 24 faiz və 23 faiz).  

CRRC tərəfindən keçirilən araşdırmanın nəticələrinə əsasən, etnik azlıqlar gürcüdilli əhaliyə nisbətdə müvafiq suala cavabda Avropa Birliyinin 2 dəfə az (15% və 35%), ABŞ-ın isə təqribən 4 dəfə az (5% və 23%) adını hallandırıb.

1 iyul 2016-cı il tarixində Gürcüstan və Avropa Birliyi arasında tərəfdaşlıq müqaviləsi qüvvəyə mindi, 2017-ci ilin martında isə Gürcüstan Şengen zonası ölkələrində qeyri-müəyyən müddətə vizasız gediş imkanı əldə etdi.


More on JAMnews