Vaja Qaprindaşvili Tbilisidə yaşayır və işləyir. Onun gürcü-osetin münaqişə zonasına xəstəyə yardım etmək üçün getdiyi ehtimal olunur" />

Gürcü həkim Cənubi Osetiyada iki aylıq həbsə məhkum edilib

Vaja Qaprindaşvili Tbilisidə yaşayır və işləyir. Onun gürcü-osetin münaqişə zonasına xəstəyə yardım etmək üçün getdiyi ehtimal olunur

Rusiya hərbçiləri tərəfindən gürcü-osetin münaqişə zonasında saxlanılan tanınmış tbilisili həkim Vaja Qaprindaşvili haqqında noyabrın 15-də ilkin istintaq müddətində iki aylıq həbs qərarı çıxarılıb və hazırda Osetiya tərəfinin nəzarətində olan ərazidə, Sxinvali təcridxanasında saxlanılır.

İlkin məlumata görə, o, regiona hansısa xəstəyə yardım göstərmək üçün gəlib. Amma onu münaqişə zonasında təmas xəttini (gürcülər buranı inzibati sərhəd, Cənubi Osetiya tərəfi isə dövlət sərhədi adlandırır) qanunsuz keçməkdə günahlandırıblar.

Gürcü-osetin münaqişəsi zonasındakı kəndlərdə nə baş verir? “Beynəlxalq Amnistiyanın” hesabatı haqda qısaca fotolarla

Vaja Qaprindaşvili tanınmış həkimdir. O, Gürcüstanın Ortopedlər və Travmatoloqlar Assosiasiyasının prezidenti və “Medi Club” klinikasının aparıcı mütəxəssisidir.

_____________

Vaja Qaprindaşvilinin saxlanılması haqda informasiya noyabrın 13-də yayılıb. Daha sonra məlum olub ki, o, dörd gün əvvəl – noyabrın 9-da saxlanılıb.

Vaja Qaprindaşvilinin həyat yoldaşı Tamila Lapanaşvili JAMnews-la söhbətində bildirib ki, o, noyabrın 9-da səhər evdən çıxarkən, pasiyentinə baş çəkəcəyini bildirib. 15.30 radələrində isə zəng edərək, ailəsinə Rusiya hərbçiləri tərəfindən saxlanıldığını deyib.

“Bilmirəm, o necə və niyə orada olub. Biz onun zəngindən şoka düşdük”, – Tamila Lapanaşvili deyib.

Məktəblilər müharibədə. Qafqaz məktəblərində münaqişələr necə öyrənilir?

Onun sözlərinə görə, “onun əri yalnız peşə vəzifəsini yerinə yetirmək üçün işğal olunmuş ərazilərə getmiş ola bilər”.

“Heç bir başqa ehtimal ağlıma gəlmir, oradakı insanlarla heç bir əlaqəsi yoxdur”, – o deyib.

Tamila Lapanaşvili bir məqamı xatırlayıb – bir neçə gün əvvəl Gürcüstan telekanalları yeddi metr dərinliyi olan quyuya düşərək ciddi xəsarətlər alan Axalqori sakini Tamar Qiqauri haqda məmumat yayıb.

Ailəsi onu müalicə üçün Tbilisiyə gətirmək istəyib, amma Cənubi Osetiyanın de-fakto hakimiyyəti və Rusiya hərçiləri onun inzibati sərhədi keçməsinə icazə verməyiblər.

“Biz ailəmizdə bu xəbəri müzakirə etmişik. Yadımdadır ki, o, qadına yazığı gəldiyini dilə gətirib – bədbəxt qadına əməliyyat lazımdır, görünür ki, onun çox sayda sınıqları var. Amma münaqişə zonasına səfəri haqda o, heç nə deməyib”, – Tamila Lapanaşvili danışıb.

Tamar Qiqauri Axalqor rayonunun İkoti kənd məktəbində pedaqoqdur. Onun ailəsi onu Tbilisi klinikalarından birinə aparmaq üçün yerli hakimiyyətdən icazə almağa çalışr, amma ala bilmir.

Həkim Vaja Qaprindaşvilinin saxlanılması haqda çox şey məlum deyil.

Gürcüstan tərəfi praktiki olaraq onun saxlanılması haqda informasiyaya sahib deyil.

Cənubi Osetiya Təhlükəsizlik Komitəsindən bildirilib ki, Qaprindaşvili Orçosani və Axmaci kəndləri ətrafında saxlanılıb. Orçosani Qoridən 43 kilometr məsafədə yerləşir. Bu yaşayış məntəqəsi Tbilisinin nəzarətində deyil, orada Rusiya hərbi bazası yerləşir.

Qaprindaşvilinin ailəsi onun saxlandığını eşidən kimi, elə həmin gün, yəni noyabrın 9-da Gürcüstanın hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Amma gürcü həkimin həbsi haqda yalnız dörd gün sonra rəsmi məlumat yayılıb – o da Gürcüstan yox, Cənubi Osetiya mətbuatında.

Noyabrın 15-də Cənubi Osetiya Təhlükəsizlik Komitəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, “Cənubi Osetiya məhkəməsi Vaja Qaprindaşvili haqqında dövlət sərhədini qanunsuz keçdiyinə görə iki aylıq qətimkan tədbiri qərarı çıxarıb”.

O da məlumdur ki, Qaprindaşvili ilə eyni zamanda münaqişə zonasında 9-11 noyabrda daha üç Gürcüstan vətəndaşı saxlanılıb. Axalqor məhkəməsi onları inzimati cəzalara məhkum edib və onlar pul cərimələrini ödədikləri üçün artıq azadlığa buraxılıblar.

Gürcüstan hakimiyyətinin reaksiyası

Gürcüstanın Dövlət Təhlekəsizlik Xidməti saxlanılan şəxsin azad edilməsi üçün “qaynar xətti” işə salıb.

Barışıq və Vətəndaş Bərabərliyi Dövlət Nazirliyi Apparatı Qaprindaşvili məsələsi ilə bağlı ilk dəfə noyabrın 14-də bəyanatla çıxış edib. Amma Gürcüstanın hakimiyyət nümayəndələri əmin edirlər ki, Qaprindaşvili işi üzrə sakitlik hakimiyyətin ilk günlərdə heç nə eləmədiyi anlamına gəlmir:

“Dövlət naziri elə həmin gün Aİ-nin Gürcüstandakı nümayəndəsini məsələ ilə bağlı məlumatlandırıb… Xarici İşlər Nazirliyi Cenevrədəki danışıqlarda danışıq prosesinin həmsədrlərinə müraciət edib… Biz onun azad edilməsi üçün bütün imkanlardan yararlanırıq”, – barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri apparatının nümayəndəsi Zviad Zviadadze noyabrın 14-də bəyan edib.

Qaprindaşvilinin ailəsi yardım üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edib.

Qırmızı Xaç Cənubi Osetiya hakimiyyətinin Sxinvalidə işləməsinə icazə verdiyi yeganə beynəlxalq təşkilatdır.

Tbilisili həkimlər Qaprindaşvilinin müdafiəsinə qalxıb

Tbilisidə Tibb Universitetinin yanında gürcü həkimlər Vaja Qaprindaşviliyə dəstək aksiyası keçiriblər.

“Sxinvalidə işləyən həkimlərin çoxu Tbilisidə təhsil alıb. Onlara müraciət edirik, bizim həmkarlarımıza, xahiş edirik həmrəylik göstərsinlər, humanizm ifadə etsinlər və öz hakimiyyətlərindən saxlanılmış həkimin azad edilməsini tələb etsinlər”, – aksiyada iştirak edən həkimlərədn biri çağırış edib.

____________________________________________

Gürcü-osetin münaqişə zonasından Rusiya hərbçiləri tərəfindən Gürcüstan vətəndaşlarının “dövlət sərhədini qanunsuz keçmək” ittihamı ilə saxlanıldıqları haqda mütəmadi olaraq məlumatlar gəlir.

2008-ci il avqust müharibəsindən sonra Rusiya hərbçiləri bütün münaqişə zonasının perimetri üzrə yerləşdiriliblər. İnzibati sərhəd boyunca “dövlət sərhədi” və “Cənubi Osetiya” yazılmış bannerlər yerləşdirilib. Sərhədin özü bəzi yerlərdə tikanlı məftillə hasarlanıb.

Rusiya və Osetiya tərəfləri bu prosesi “sərhədləmə” adlandırırlar. Onların nümayəndələrinin sözlərinə görə, onlar sərhədi müəyyən edərkən sovet dövrünün müharibədən əvvəlki xəritələrinə əsaslanırlar. Axalqor rayonunda onlar sərhədi elə çəkirlər ki, bütün yaşayış məntəqələri Cənubi Osetiya tərəfində qalsın.

Gürcüstan tərəfi bu prosesi “sürünən işğal” adlandırır və bəyan edir ki, Rusiya tərəfi hər dəfə Gürcüstan torpaqlarının yeni hissələrini zəbt edir.

Gürcü kəndlərində tikanlı məftil çox vaxt elə çəkilir ki, onları iki hissəyə parçalayır. Nəticədə onlarla ailə tikanlı məftilin o biri tayında qalaraq həyətnayı sahəsindən məhrum olur, doğmalarının məzarlarını ziyarət edə bilmir və s. və i.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews