Viktor Zolotov bunu Aleksey Navalnı həbsdə ikən edib" />

General Rusiya müxalifətinin liderini duelə çağırıb

Viktor Zolotov bunu Aleksey Navalnı həbsdə ikən edib

Rusiya güc strukturlarının ən yüksək vəzifəli şəxslərindən biri, Rusiya Qvardiyasının komandanı general Viktor Zolotov Rusiya müxalifətinin lideri Aleksey Navalnıya video-müraciət ünvanlayıb.

Tarixçə

Bu müraciət Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunun hazırladığı araşdırmaya cavab olub. Araşdırmada bildirilir ki, Rusiya Qvardiyası üçün ərzaq alındığı zaman milyardlarla rubl həcmində korrupsiya sövdələşmələri həyata keçirilir.

Bundan başqa araşdırmada Viktor Zolotov və ailəsinə məxsus böyük varidatın qanuniliyi şübhə altına alınıb. General ömrü boyu dövlət qulluğunda çalışıb – prezident Yeltsini, Sakt Peterburq meri Sobçakı, prezident Putini və cəmi iki il “nüfuzlu” iş adamı Roman Tsepovu mühafizə edib.

Reaksiya

Viktor Zolotov Aleksey Navalnıya mahiyyətinə görə cavab verə bilməyib. O, araşdırmada sadalanan çoxsaylı faktlardan heç birini təəkzib etməyib.

Bunun əvəzində o, videosunun tamaşaçılarına bunları deyib:

• Navalnı “Amerikanın sınaq şüşəsində hazırlanıb”.

• O “çürük və paslanmış” adamdır.

• Ukrayna prezidenti Pyotr Poroşenko, mərhum iş adamı Boris Berezovski və xaricdə yaşayan Mixail Xodorkovski də eyni xarakteristikaya sahibdir.

General Zolotov özünü isə aşağıdakı kimi xarakterizə edib:

Dürüst insandır.

Bütün varidatını öz zəhməti ilə, o cümlədən də vaxtilə “kommunist əməyinin zərbəçisi” olması sayəsində  qazanıb.

Onun zabit şərəfi təhqir olunub.

Viktor Zolotov öz zabit şərəfini duel vasitəsilə qorumaq istəyini bildirib – “tatami və ya rinqdə”. Orada o, Aleksey Navalnıdan “yaxşı döymə” hazırlamaq niyyətindədir.

Əgər dəvət qəbul olunsa, döyüş iki həftədən tez baş tutmayacaq. Buna qədər Aleksey Navalnı mitinq keçirmək qaydalarını pozduğuna görə aldığı 30 sutkalıq cəzanı çəkməli olacaq.

Sosial şəbəkələrdə gülürlər

Sosial şəbəkə istifadəçiləri general Zolotovun nüraciətinə sarkazmla reaksiya veriblər:

“Zabit şərəfi məcəlləsi polislərə və xaltalılara aid deyil. Onları heç Zadəgan toplantılarına da buraxmırdılar”.

“Əgər bu qvardiyadırsa, adi ordunu dəqiq görmək istəmirəm”.

“Silah seçimi duelə çağırılanda olduğu üçün Navalnıya rep-battl məsləhət görərdim”.

“Parıldayan hər şey Zolotov deyil”.


More on JAMnews