Polis məhkumların valideynlərinin keçirdiyi mitinqi dağıdıb" />

Gəncədə icra başçısına qarşı sui-qəsddən sonra həbs olunanların azad edilməsini tələb edirlər

Polis məhkumların valideynlərinin keçirdiyi mitinqi dağıdıb

Gəncə İcra Hakimiyyəti binasının qarşısında mitinq keçirilib. Ötən ilin iyul hadisələri ilə bağlı həbs olunanların valideynləri onların azad edilməsini tələb ediblər.

İyulda Gəncədə nə baş verib?

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub. Yerli sakin Yunis Səfərov Vəliyev və onun mühafizəçisinə atəş açıb. Hər ikisi sağ qalıb, Səfərov isə həbs edilib.

• Gəncədəki sui-qəsd və nəticələri haqda təfərrüatlar

• Etirazlardan bir ay sonra Azərbaycan hakimiyyəti blogerə “rəhm edib”

İyulun 10-da Gəncə İcra Hakimiyyətinin binası qarşısında Yunis Səfərovun müfaiəsi məqsədilə etiraz aksiyası keçirilib. Aksiyaya 200 nəfərə yaxın insan toplaşıb. Polis və aksiya iştirakçıları arasında toqquşma baş verib, iki polis zabiti qətlə yetirilib.

Polis əməkdaşlarının qətlində şübhəli bilinənlərdən biri bir neçə gün sonra saxlanılma zamanı həlak olub, ikincisi həbs edilib.

Etiraz aksiyasında iştirak etməsi şübhəsiylə on nəfərdə çox adam həbs olunub. Martda onlardan bəziləri kütləvi iğtişaşların təşkili və polisə müqavimət ittihamı üzrə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

22 aprel aksiyasının təfərrüatları

Aksiya iştirakçıları hesab edirlər ki, övladlarının həbsi qanunsuzdur. Həmçinin onlar bildiriblər ki, həbs olunanlar işgəncəyə məruz qalıb. Polis əməkdaşları aksiya iştirakçılarndan dağılışmağı tələb edib, prokurorluğa və ya Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət görüblər. Daha sonra polis onları ərazidən sıxışdırmağa başlayıb. Aksiya iştirakçıları polis binası qarşısına çəkiliblər, amma onları “aksiya qanunsuzdur və ictimai asayişi pozur”, deyərək oradan da qovublar.

Facebook Comments

More on JAMnews