Xalq rəqsləri ansamblının çıxışlarına hamı qoşula bilər" />

Ermənistan. Xalq rəqsi küçələrə çıxır

Xalq rəqsləri ansamblının çıxışlarına hamı qoşula bilər

Yaradıcısı və bədii rəhbəri məşhur erməni xalq rəqsinin ustadı Qaqik Qinosyanın olduğu “Karin ənənəvi mahnı və rəqs ansamblı son illərdə maraqlı bir təşəbbüslə çıxış edir. 2011-ci ildən başlayaraq, ansambl üzvləri Ermənistan və Artsaxın kənd və şəhərlərinə səfər edir və orada hər kəsin iştirak edə bildiyi xalq mahnı və rəqsləri ilə çıxış edirlər. Təşəbbüs “Gəlin ermənicə rəqs edək adını aldı.

Xalq rəqslərini sevənlər vaxtaşırı olaraq Yerevanın meydanlarında və parklarında yığışırlar.

Proqramçı Feliks Koçaryan yaxın dostlarının həmin tədbirlərə tez-tez getdiyini görəndən sonra “Gəlin ermənicə rəqs edək” layihəsinə qoşuldu:

“Bir dəfə dostlarımla danışdım və növbəti cümə günü onlara qoşuldum. Rəqs etməyi bacarmadığım üçün mənə elə gəlirdi ki, təcrübəli rəqqaslarla bir sıraya durmaq çətin olacaq, həm hər şey gözlədiyimdən daha asan oldu”.

Feliks üçün rəqs sadəcə əyləncə deyil, həm də milli ənənə biliklərinə yiyələnmək imkanıdır: “Rəqs hələ uşaqlıqdan hobbim olub. Xalq rəqslərini ifa etməyi bacaranlara həmişə qibtə ilə baxmışam. Amma heç cür gedib, özüm öyrənə bilmirdim. Mənim üçün xalq rəqsləri ilk növbədə xalqımızın tarixidir, mən də bu tarixin və bu mədəniyyətin daşıyıcısı olmaq istəyirəm.

“Gəlin ermənicə rəqs edək” açıq rəqs dərsləri zamanı iştirakçılara təkcə rəqs elementlərini öyrətmirlər, həm də bu rəqslərin mahiyyətini başa salırlar.

Xalq rəqslərinin bu populyarlaşdırılma formatı artıq özünəməxsus hərəkata çevrilib və müasir reallıqda gənclərdə milli ənənələrə necə maraq yaratmağı öyrədir.    


More on JAMnews