2016-cı ildə Azərbaycanda insan haqları ilə vəziyyət daha da pisləşib" />

“Freedom House” hüquq müdafiə təşkilatının hesabatına əsasən Azərbaycan “qeyri-azad” ölkə olaraq qalır

2016-cı ildə Azərbaycanda insan haqları ilə vəziyyət daha da pisləşib

Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Freedom House” dünyada insan haqlarının vəziyyəti ilə bağlı ənənvi illik hesabatını dərc edib. Azəbaycan özünün “qeyri-azad” statusunu saxlayıb. Ölkənin reytinqi 100 mümkündən cəmi 16 xal təşkiil edib. Azərbaycan 211 dövlət və tanınmamış ərazı arasında cədvəldə 189-cu sətirdə qərarlaşıb.

Hesabatda 2016-cı ilin sentyabrında keçirilmiş referenduma xüsusi diqqət ayırılıb. Qeyd olunub ki, prezident Əliyev konstitusiyaya edilən dəyişikliklər vasitəsilə ölkədə prezident hakimiyyətini daha da möhkəmləndirib. Müxalifət isə bu dəyişiklikləri “mürtəce” adlandırıb.

Hesabata əsasən Azərbaycandakı vəziyyət Kuba, Çin və İranla müqayisədə daha pisdir. Halbuki Azərbaycanın qonşuları – Ermənistan və Gürcüstan qismən azad ölkələr siyahısına daxil ediliblər.

Rəsmi Bakı «Freedom House»-un hesabatına hələlik reaksiya verməyib. Amma ötən ilin sentyabrında prezident İlham Əliyev bu təşkilatı “qərəzli və ermənipərəst” adlandırmışdı.

Facebook Comments

More on JAMnews