Gürcü-abxaz müharibəsinin bitməsindən 26 il ötdü. Amma münaqişə hələ də nizamlanmayıb və tərəflərin mövqeləri tam zidd olaraq qalır" />

Foto-arxiv – 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı gürcü ailələr Abxaziyanı tərk edir

Gürcü-abxaz müharibəsinin bitməsindən 26 il ötdü. Amma münaqişə hələ də nizamlanmayıb və tərəflərin mövqeləri tam zidd olaraq qalır

 

Bu fotolar 1992-1993-cü illərdə gürcü-abxaz münaqişəsi zamanı Abxaziyada çəkilib, indi isə Gürcüstan Milli Kitabxanasının arxivində saxlanılır. Fotolarda Abxaziyadakı evlərini tərk edən gürcü ailələr əks olunub.

Bu foto-hekayəni biz bu günlərdə hər iki tərəfin qeyd etdiyi, amma tam əks münasibət göstərdiyi gürcü-abxaz müharibəsinin bitməsinin 26 illiyinə həsr edirik.

Bu günə qədər münasqişənin həlli tapılmayıb, o nizamlanmayıb və tərəflərin mövqeləri dəyişməyib:

Gürcüstan ərazi bütövlüyündə, Abxaziya isə öz müstəqilliyində israr edir.

Müstəqil Abxaziya Respublikası statusunu bu günə qədər ancaq Rusiya və daha beş ölkə tanıyıb. Bütün qərb ölkələri və qalan beynəlxalq aləm Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəkləyir.     

Abxaziyada silahlı münaqişə 1992-ci il avqustun 14-də başlayıb və 1993-cü il sentyabrın 27-də Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatıb.

Dəqiqləşdirilməmiş məlumata əsasən, hər iki tərəfdən münaqişə zamanı 13 mindən çox insan həyatını itirib. Mindən çox adam itkin düşüb. Onlardan çoxunun harada dəfn olunduğunu yaxınları indiyə qədər bilmir.

Çoxu etnik gürcülərdən ibarət olan 300 minə qədər adam Abxaziyadan qaçqın düşüb. Bu foto-hekayə onlar haqdadır.

Abxaziya, 1993-cü il

Abxaziyada Oçamçire stansiyası, 1993-cü il

Abxaziya, 1993-cü il

Foto: Şah Ayvazov. Gürcü qaçqınlar, 1993-cü il. Gürcüstan Milli Kitabxanasının arxivi

Abxaziya, 1993-cü il. Gürcüstan Milli Kitabxanasının Arxivi

Foto: Şah Ayvazov. Gürcü qaçqınlar, 1993-cü il. Gürcüstan Millli Kitabxanasının arxivi

Foto: Şah Ayvazov. Gürcü qaçqınlar, 1993-cü il. Gürcüstan Millli Kitabxanasının arxivi

Şah Ayvazovun fotosu. Qaçqınlar Suxumi aeroportunda, 1993-cü il

Qaçqınlar Abxaziyanı tərk edir. İnqur körpüsü. 1993—cü il

Qaçqınlar Abxaziyanı tərk edir. İnqur körpüsü. 1993—cü il

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews