Yeni kanal oktyabrda yayınlanmağa başlayacaq və keçmiş müdafiə naziri tərəfindən maliyyələşdiriləcək" />

“Formula” – Gürcüstanın yeni müxalif telekanalı belə adlanacaq

Yeni kanal oktyabrda yayınlanmağa başlayacaq və keçmiş müdafiə naziri tərəfindən maliyyələşdiriləcək

Strasburq məhkəməsinin “Rustavi-2” teleşirkəti ilə bağlı çıxardığı qərara əsasən, kanalın hakimiyyətə yaxın biznesmenə ötürülməsi Gürcüstanda yeni media reallığının yaranmasına səbəb oldu.

Böyük ehtimalla, bir müxalif kanala problem yaratmaq əvəzinə payızda hakimiyyət iki müxalif kanalla üz-üzə qalacaq. Əhalinin 70 faizinin informasiyanı televiziyadan aldığı Gürcüstanda bu sahədə  dəyişikliklərə səbəbə olan istənilən proseslər diqqətə layiqdir. Hazırda media bazarında baş verən proseslər həm də ona görə böyük maraq doğurur ki, düz bir il əvvəl Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan parlament respublikasıdır, buna görə də kim qələbə çalacaqsa, o da ölkəni idarə edəcək.

______________________

“Rustavi-2” teleşirkətinin keçmiş baş direktoru Nika Qvamariyanın anonsunu verdiyi teleşirkətdən başqa, məlumdur ki, oktyabrdan medai bazara daha bir telekanal daxil olacaq.

“Formula” – “Formula kreativ” şirkətinin keçmiş müdafiə naziri David Kezeraşvili ilə birlikdə yaratdığı yeni kanal belə adlanacaq.

Bu şirkət uzun illər boyu öz video-məhsulunu, o cümlədən də “Rustavi-2” kanalında yayınlanan “Arvadımın rəfiqələri” populyar serialını istehsal edib. Amma “Rustavi-2” kanalının sahibi dəyişəndən sonra şirkət rəhbərliyi onunla əməkdaşlığa son qoyub və yeni telekanal təsis etdiklərini açıqlayıb.

“Formula kreativ”də hesab edirlər ki, sahibi dəyişəndən sonra “Rustavi-2” telekanalının redaksiya siyasəti də dəyişəcək və hakimiyyətin maraqlarına uyğun olacaq. Onlar həmçinin düşünürlər ki, hakim qrupun əlində cəmləşən telemedia sadəcə təhlükəlidir.

Yeni televiziya öz əsas məqsədinin artmaqda olan Rusiya təbliğatı ilə mübarizə olduğunu açıqlayıb.

Artıq məlumdur ki, “Formulanı” keçmiş müdafiə naziri David Kezeraşvili maliyyələşdirəcək. Hərçənd “Formula kreztiv”in rəhbərlərindən biri Zuka Qumbaridzenin bildirdiyinə görə, şirkət digər investorlarla da danışıqlar aparır.

Kezeraşvili Gürcüstan siyasətinə qayıdır?

Tezliklə Gürcüstanın media bazarına girəcəyi haqda Kezeraşvili Facebook səhifəsində yazıb.

Kezeraşvili 2012-ci ildə yeni hökumət iqtidara gələndən sonra haqqında cinayət işi qaldırılan ilk keçmiş məmurlardan biri olub. O, 2012-ci ildə Gürcüstandan gedib və o zamandan bəri geri qayıtmayıb.

Hakimiyyət onu müdafiə naziri olduğu müddətdə “İmedi” teleşirkətinin qanunsuz satışında, “spirt qaçaqmalçılığında” və 13 milyon avro rüşvət almaqda, həmçinin altı milyon avro vəsaitin israfında ittiham olunur. Hərçənd hazırda bu ittihamların heç biri üzrə məhkəmə hökmü yoxdur. Bütün epizodlar üzrə Kezeraşvili bəraət qazanıb.

İki gün əvvəl məlum olub ki, Kezeraşvili İsraildə aparılan istintaq çərçivəsində bəraət alıb.

Müdafiə naziri olduğu dövrdə rüşvət alması ilə bağlı iş İsraildə dörd il müddətində araşdırılıb.

İsraildə ölkə ordusunun (IDF) generalı və Defensive Shield şirkətinin rəhbəri Qal Xirşə qarşı cinayət işi qaldırılıb. Ona qarşı ciddi ittihamlardan biri məhz Gürcüstanın keçmiş müdafiə nazirinə rüşvət verməkdən ibarət olub.

İsrail məhkəməsi Xirşə bəraət verib və onun nazirliklə sərfəli sazişin bağlanması üçün rüşvət verdiyini təkzib edib.

Ötən bir neçə il ərzində Gürcüstan prokurorluğu iki dəfə Kezeraşvilinin ekstradisiyasını tələb edib, amma heç bir müraciət təmin edilməyib. Keçmiş müdafiə nazirinin və ölkənin ən varlı şəxslərindən birinin adı Panama Papers adı ilə məşhur olan sənədlərdə də hallanır. Orada deyilir ki, 2008-ci ildə müdafiə naziri vəzifəsindən istefa verəndən on gün sonra Kezeraşvilinin inanışmış adamı ofşor zonada üç şirkət qeydiyyatdan keçirib.

___________________

“Formula” ASC artıq Kommunikasiya üzrə Milli Komissiyaya yayının avtorizasiyası üçün ərizə verib.

Ərizədə qeyd olunur ki, “Formula” bütün Gürcüstan ərazisində yayın həyata keçirəcək. Kanala həm kabel şirkətləri, həm də peyk və standart antenlər vasitəsilə baxmaq mümkün olacaq.

Həmçinin məlumdur ki, yeni teleşirkət ümumi yayın formatına sahib olacaq – yəni efirə həm xəbər və siyasi, həm də müxtəlif verilişlər və tok-şoular çıxacaq.

Böyük ehtimalla “Rustavi-2” teleşirkətindən uzaqlaşan jurnalistlər bu kanala keçəcəklər.

Populyar “Arvadımın rəfiqələri” serialı da bu kanalda yayınlanacaq. Bu serial demək olar ki, səkkiz il “Rustavi-2” telekanalının efirində yayınlanıb və Gürcüstan teleməkanında ən reytinqli məhsullardan biri olub.

 


More on JAMnews