Ermənistan prezidenti: KTMT üzvləri arasında hərbi-siyasi münasibətlər prioritetdir
“KTMT çərçivəsində hələ 2000-ci ildə qəbul edilən bəyanata əsasən KTMT üzvü olan ölkələr arasında hərbi-siyasi münasibətlər bu təşkilata daxil olmayan ölkələrlə münasibətlər və əlaqələrlə müqayisədə prioritet təşkil edir”, – Ermənistan prezidenti Serj Sarqsyan Moskvaya rəsmi səfəri zamanı bildirib.
Prezident vurğulayıb ki, bu prinsipin pozulması təşkilatın nüfuzunun artmasına xidmət eləmir, razılaşmalara isə tam əməl eləmək lazımdır, daha vəziyyətdən çıxış edərək ixtiyari qərarlar qəbul etmək olmaz.
Mahiyyətinə görə, üzv ölkələrin təhlükəsizliyini qorumaq üçün yaradılan təşkilat öz funksiyasını yerinə yetirmir: məsələn, Qırğızıstanda inqilab baş verəndə müdaxilə etmədi və bu ölkənin prezidenti 2010-cu ildə kömək üçün KTMT-ə müraciət elədi. Təşkilat Qarabağ münaqişəsinin eskalasiyası dövründə də heç cür özünü göstərmədi – nə 2015-ci ilin yayında, nə də 2016-cı ilin aprel hadisələri zamanı.