Yerevanın üz-üzə qaldığı əsas problemlərin təhlili " />

Ermənistanın yeni hökuməti vs Rusiya və Qərb

Yerevanın üz-üzə qaldığı əsas problemlərin təhlili

Ermənistandakı “məxməri inqilabdan” bir ay keçir.  Ölkəni əvvəlki sistemdən uzaq olan yeni baş nazir idarə edir. Yeni hökumət də gənc və aktivdir, indiyədək Ermənistana rəhbərlik edənlərin heç birinə bənzəmir.

Bəs Ermənistanda – həm ölkənin daxilində, həm də ətraf dünyayla, əsasən də Rusiya və Qərblə münasibətlərində nə dəyişib?

Korrupsiya üzərinə hücum

Yeni hökumətin bir aylıq fəaliyyəti nəticəsində Ermənistanda dərhal bir neçə korrupsiya sxeminin üstü açılıb.

Məlum olub ki, korrupsiya həyatın bütün sahələrinə sirayət edib və ən yüksək səviyyədə kölgəli müqavilələr üzərində qurulub.

Korrupsiyaya qarşı hücumun ilk obyekti gömrük olub. Hansı ki uzun illərdir Ermənistanda inhisarçılığın fundamental və hərəkətverici qüvvəsi hesab edilirdi.

Başqa bir hədəf oturuşmuş qanunsuz varlanma və vergidən yayınma sxemləri olub.

Hər bir sxem oliqarxiya ilə hakim Respublikaçılar Partiyasının razılığı əsasında qurulmuşdu. Nəticədə iqtisadiyyatın bütün aparıcı sahələrində bir neçə şirkətin inhisarı yaranmışdı.

Rusiya gündəmindən imtina

Yeni hökumətin antikorrupsiya qərarlarının bir hissəsi Ermənistan iqtisadiyyatında Rusiyaya yönəlik orentasıyanın dəyişməsindən xəbər verir.

Buna ən böyük misal, erməni mənşəli rusiyalı biznemen, Forbes-in versiyasına görə, bu ölkənin “əmlak krallarından” sayılan Samvel Karapetyana məxsus “Taşir kapital”la bağlanmış müqavilədən imtina olub.

Son iki ildə Samvel Karapetyan Ermənistanın elektrik enerjisi bazarında mütləq inhisarçı idi. 2015-ci ildə o, “Ermənistan Elekrik Şəbəkəni” satın almış, 2017-ci ildə isə “Ermənistan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ni idarə  etmək üçün etibarnamə almşdı.

Ermənistanda və təkcə burda yox, belə hesab edirdilər ki, Moskva bütün Ermənistanı “öz” milyarderinə etibarnaməylə idarə etməyə verib.

2016-cı ildə  Rusiyanın “Qazprom” şirkətinin top-meneceri olan Karen Karapetyanın baş nazir təyin olunması da bunu təsdiq edirdi. Bütün bu prosseslər Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dönəmdə baş verirdi.

Mütləq hakimiyyətə malik olan Serj Sarkisyan baş nazir olmaq üçün uğursuz cəhdindən sonra istefaya getdi. Demək olar ki, onunla  eyni vaxtda Rusiya tərəfindən təyin edilmiş baş nazir Karen Karapetyan da hökuməti tərk etdi.

Ermənistanda baş verən “məxməri inqilab”, əvvəlki müqavilərlərin, o cümlədən də Ermənistanla Rusiya arasında bağlanan sazişlərin təftişidir. Çox güman ki, Samvel Karapetyan yeni müaqvilələrdə olmayacaq.

 B öyük təftiş Rusiya kapitalı olan və Ermənistanın strateji obyektlərinə malik digər şirkətlərdən də yan keçməyəcək.

Artıq dəmir yolları sistemində olan qeyri-adekvat situasiyadan da danışılır.

“Rusiya Dəmiryolları”na məxsus “Cənubi Qafqaz Dəmiryolları” dövlət şirkəti uzun illərdir ki, Ermənistan dəmiryolundan pulsuz istifadə edir.  Böyük ehtimalla indi  onları ödəniş etməyə məcbur edəcəklər.

Rusiya kapitallı başqa bir şirkət “GeoProMayning” də Ermənistanda ciddi problemlərlə üzləşib.

“GeoProMayning” Sotdakı qızıl və Aqarakdakı mis-molibden yataqlarının istismarı ilə məşğuldur. Bu günlərdə şirkət rəhbərliyi bəyan edib ki,  Ermənistandakı Rusiya kapitalına “millətçi yanaşma” var.

Görünür, vergi ödənməsi və qanuna riayət edilməsi ilə bağlı tələb “millətçilik” kimi qəbul edilib.

Nəhayət, yeni gəlişmələr Rusiya nəhəngi olan “Qazprom”un maraqlarına da toxuna bilər. Ermənistanda qaz və elektrik enerjisinin qiymətinin böyük ehtimalla aşağı salınacağıyla bağlı müzakirələr gedir.

Rusiya və Ermənistan: inqilabdan sonrakı böyük konfuz

Yeni hökumətin ölkə bazaranı Rusiya inhisarçılarından “təmizləməsinə” baxmayaraq, Ermənistan israrla Rusiya ilə strateji tərəfdaşlığa təsdiq edən ilkin şərtlər irəli sürür.

Onlardan ən əsası – baş nazir Nikol Paşinyan əminliklə bəyan edib ki, Ermənistan Rusiyanın egidası altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Şurasından çıxmayacaq.

Ermənistan rəhbərliyi təbii ki “məxməri inqilab” zamanı Rusiyanın müdaxilə etmədiyinə görə, ona “minnətdardır”.

Mayın 17-də Nikol Paşinyanın Rusiya prezidentiylə Soçidəki görüçündən iki əsas nəticə ortaya çıxıb.

Birinci –  gələcəkdə Ermənistana veriləcək TOR zenit kompleksləriylə bağlı xəbərdir.

İkincisi – Rusiyanın Gürcüstanla Cənubi Osetiya və Abxaziyadan keçən “ticarət dəhlizi” ilə bağlı müzakirələrə razı olmasıdır (Gürcüstanın bu regionları birtərəfli qaydada müstəqilliklərini elan ediblər. Onların müstəqilliyini Rusiya və BMT üzvü olan daha dörd dövlət tanıyıb. Gürcüstan və geniş beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyü ilə bağlı israrçıdır – JAMnews)

Amma bu iki nəticənin konteksti bütün hallarda birmənalı deyil.

Paşinyan-Putin görüşündən dərhal sonra Suriya gözlənilmədən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Regionda heç kimə sirr deyil ki, bunu Suriyadan bunu Rusiya “xahiş edib”. Gürcüstanda qalxan qalmaqal fonunda  aydın oldu ki, ikinci məsələ baş tutmayacaq – ticarət dəhlizləri təxirə salınır.

Bu arada Gürcüstanla danışıqlar aparan Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bu ölkənin NATO ilə münasibətlərinin dərinləşməsindən  Moskvanın ciddi narahat olduğunu bəyan edib.

“Zaqafqaziyanın regiondan kənar hərbi qüvvələr tərəfindən ələ alınması Rusiyaya qarşı birbaşa təhlükədir. Bu şəraitdə Rusiya özünün və müttəfiqlərininin təhlükəsizliyini qorumaq  üçün adekvat addımlar atmaq haqqına malikdir”, – deyə o bildirib.

Rusiya öz təhlükəsizliyini necə möhkəmlədirmək fikrindədir? TOR-ların Ermənistana verilməsi Rusiyanın NATO ilhaqına qarşı cavabdırmı?

Nikol Paşinyan birmənalı şəkildə bəyan edir ki, heç bir təzyiq Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlığa mane ola bilməz.  Görünür o, ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksinə qarşı sanksiyalarını nəzərdə tutur.

TOR-ların Ermənistana verilməsi Rusiyanın NATO ilhaqına qarşı cavabdırmı?

Bundan başqa Paşinyan onu da bəyan edib ki, Ermənistan mayın 9-da Moskvada keçirilən paradda nümayiş edilən yeni hərbi nailiyyətləri maraqla izləyib. Bu, Ermənistanın Rusiyanın yeni strateji sursatlarına maraq göstərməsi kimi də qiymətləndirilib.

Bununla belə Rusiya Ermənistanın strteji müttəfiqiylə münasibətlərini yenidən nəzərdən keçirəcəyindən narahatdır. Rusiyanı Ermənistanın Qarabağ məsləsinin nizamlanmasıyla bağlı mövqeyini dəyişməsi də narahat edir.

Baş nazir seçilməsindən dərhal sonra mayın 8-də Paşinyanın Stepanakertdə Qarabağın danışıqlarda ayrıca tərəf kimi çıxış edib, öz maraqlarını müdafiə etməli oolduğu haqda bəyanatı Qarabağ münaqişəsinin 20 illik niamlama konsepsiyasına sarsıdıcı zərbə vurub.

İyunun 7-də ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü nəzərdə tutulub. Və görünən odur ki, müzkirə olunacaq əsas məsələlərdən biri məhz Ermənistanın Qarabağ məsələsi ilə bağlı yeni mövqeyi olacaq.

Yeri gəlmişkən, dəfələrlə Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirmək lazım olduğunu bildirən Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryan indi öz mövqeyini dəyişdiyini bildirib. Və indi hakimiyyət nümayəndəsi kimi o, Rusiya ilə yaxçı münasibət saxlamağın tərəfdarı kimi çıxış edir.

Y eni hökumətin bu ritorikası insani cəhətdən aydındır – indi Kremllə münasibətləri korlamaq təhlükəli ola bilərr.

Amma beynəlxalq ekspertlər Ermənistanın yeni hökumətini ehtiyatlı olmağa çalışır. Məsələn, Beyden Mərkəzinin direktoru, ABŞ müdafiə nazirinin keçmiş ikinci müavini Maykl Karpenter hesab edir ki, Kreml Ermənistanda demokratiyanın bərqərar olmaması üüçün əlindən gələn hər şeyi edəcək:

“Ermənistana xaricdən çox təzyiq olacaq. Bu “Paşinyan Putinlə görüşdü” səviyyəsində bəli olmayacaq. Təzyiq pərdə arxasında, kürəkdən pıçıldanaraq olacaq. Çox dərinə getməyin, Rusiyanın Ermənistandakı maraqlarını unutmayın. Mən düşünürəm ki, Ermənistan üçün uğur qazanmaq çox çətin olacaq, amma düşünmürəm ki, bu mümkün deyib. Mən düşünürəm ki, inkişafa nail olmaq mümkündür və mən onlara bunu arzlayıram”.

E rmənistan baş nazirinin mayın 30-31-də Gürcüstana səfəri konteksti  bir az da kəskinləşdirir.

Bu, onun ilk rəsmi səfəri idi. Və uzun illər boyunca ilk dəfə idi ki, Ermənistanın yüksək vəzifəli nümayəndəsi açıq şəkildə iki ölkə arasındakı həssas mövzuda – Cavaxk [Gürcüstanın ermənilərin komakt yaşadığı Cavaxetiya regionunu Ermənistanda belə adlandırırlar – JAMnews] haqqında danışıb.

Gürcüstanda bu regionda potensial separatçılıq məsələsi kəskin müzakirələr mövzusudur. Yəqin buna görə Ermənistan rəhbərliyi Gürcüstana gələrkən, bu regiona baş çəkmirdilər ki, real və ya güman edilən bu əhval-ruhiyyəni dəstəklədiklərinə dair şübhə oyanmasın.

Amma Nikol Paşinyan regionun erməni kəndlərinin sakinləri ilə görüşüb və faktiki olaraq erməni-gürcü münasibətlərinin yeni forrmulunu təklif edib:

“Gürcüstan, gürcü xalqı əmin olmalıdır ki, Ermənistan Respublikasının və erməni xalqının əməllərində gürcü xalqına vəə Gürcüstana qarşı sui-qəsd, provokasiya yoxdur

Erməni xalqı və Ermənistan həmçinin əmin olmalıdır ki, gürcü xalqının əməllərində erməni xalqına və Ermənistana qarşı sui-qəsd və təxribat yoxdur”.

Qərb gündəmi

Burada bir neçə çox çey vəd edən hadisə var. Onlardan bir qismini sadalayaq:

  • İyunun 1-də Avropa Komissiyasının Ermənistanla tərəfdaşlığı haqda razılaşma qüvvəyə minib (müvəqqəti əsasda).
  • Avropa Parlamenti Ermənistanda aparılan islahatlara dəstəyi artırmağa çağırıb.
  • ABŞ-ın Ermənistandakı səfiri Riçard Mİllz deyib ki, ABŞ höküəti Ermənistana dəsttək planlarını gözdən keçirir. Məsələn, çox güman ki, ölkəni yenidən “Minilliyin problemləri” layihəsində iştirak etməyə çağıraacaqlar. Bu, ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi Bricit Brinkin Ermənistana səfəri zamanı müzakirə olunub.

“Minilliyin probllemləri” korporasiyası oğul Corc Buşun prezidentliyi dövürndə formalaşdırılıb və Ermənistan layihənin ilk iştirakçılarından biri olub. Beş il müddətində ölkə müxtəlif layihələr üçün 235 milyon dollar almalı idi.

 

Amma 2008-ci il prezident seçkilərindən və 1 mart hadisələrindən sonra [seçki nəticələrinin saxtalaşdırıldığını düşünən insanların keçirdiyi aksiyaanın zorakılıqla dağıdılması nəticəssində 10 nəfər həlak olub] bellə hesab edilib ki, Ermənistan demokratik yoldan sapıb vəə ölkə son 70 milyon dollarlıq tranşı almayıb.

ABŞ və Avropa İttofaqına Ermənistanda necə böyük resussrların havaya sovrulduğu yaxşı məlumdur. Onlar dəfələrlə hakimiyyəttlə korrupsiya sxeminin dağıdılması məsələsini müzakirə edib, konkret tələblər irəli sürüb və hətta deyilənlərə görə korrupsiyaçıların konkret siyahılarını da təqdim ediblər.

Amma heç nə dəyişməyib.

Ermənistanın yeni hökumətinə bu cür siyahılar təəqdim etmək lazım deyil. Bircə bu hökumətin daxili resursları nə dərəcədə səmərəli idarə etməyə hazır olduğunu aydınlaşdırmaq qalıb.


More on JAMnews