Vanadzor şəhərinin Ağsaqqallar Şurası konstitusiyaya zidd elan olunub" />

Ermənistanın Konstitusiya Məhkəməsi ilk dəfə müxalifətin şikayətini təmin edib

Vanadzor şəhərinin Ağsaqqallar Şurası konstitusiyaya zidd elan olunub

Ermənistanın Konstitusiya Məhkəməsi müxalif qüvvələrin şikayətini təmin edib. Şikayət Vanadzor şəhərində Ağsaqqallar Şurasına ötən il keçirilən seçkilərdən sonra yaranmış vəziyyətlə bağlıdır.

Vanadzorun Ağsaqqallar Şurasının Ermənistanın hakim Respublikaçılar və Daşnaksutün partiyasını təmsil edən 15 üzvü azlıqda olsalar da seçkidən sonra iclaslar keçirir, qərarlar qəbul edirmişlər. Şurada çoxluğu əmələ gətirən digər üç partiya “İşıqlı Ermənistan”, “Erməni yüksəlişi” və “Çiçəklənən Ermənistan” partiyaları bu iclaslarda iştirak etməyib. Müxalifətçilərin bildirdiyinə görə, bununla da iclaslar labüd kvorum olmadan keçirilib.

Onlar Konstitusiya Məhkəməsinə müraciət edib və bu instansiya onların iddiasını təmin edib və sözügedən iclaslarda qəbul olunmuş qərarları Konstitusiyaya zidd elan edib

Vanadzor Ağsaqqallar Şurasının “İşıqlı Ermənistan” partiyasından olan üzvü Krist Marukyan məhkəmənin qərarını müxalifətin qələbəsi adlandırıb:

“Biz Konstitusiya Məhkəməsinə müraciət etdiyimiz zaman hamı bizdən soruşurdu ki, iddia verməklə nəyə ümid edirik. Çünki indiyə qədər müxalifətin iddiasının təmin olunduğunu xatırlamıram. Amma olan oldu. Və bu presedenttdir”.

Həmin “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bəyan edib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra şəhərin Ağsaqqallar Şurası buraxılmalı və yeni seçkilər keçirilməlidir, ya da Vanadzor meri istefaya getməli və bundan sonra hazırkı Ağsaqqallar Şurası yeni mer seçməlidir.

Bununla yanaşı Vanadzor meri Mamikon Aslanyan hesab edir ki, Ağsaqqallar Şurasının buraxılması məsələsi gündəmdə deyil, Konstitusiya Məhkəməsinin qərarı isə onun vəzifədən getməli olduğuna dəlalət eləmir.

“Konstitusiya Məhkəməsi yüksək instansiyadır və biz bu instansiyanın qərarını qanunvericilik dəyişiklikləri vasitəsilə icra etmək niyyətindəyik”, – o bildirib, amma nəyi nəzərdə tutduğunu izah etməyib. 

Mamikon Aslanyan Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsidir və bu partiya Ağsaqqallar Şurasında azlığı təmsil edir. Müxalifət hesab edir ki, Aslanyanın mer kürsüsünə seçilməsi “əsrarəngiz” dürrüm daxilində baş verib və onu legitim şəhər rəhbəri saymaq olmaz.

Baş verənlər isə bunlardan ibarətdir: Seçkilərdən sonra formalaşan Ağsaqqallar Şurası qanunla nəzərdə tutulduğu kimi mer seçirmiş. Seçkilərə qədər 18 səsə malik üç müxalif partiya memorandum imzalayıb, “İşıqlı Ermənistan” partiyasının namizədi Krista Marukyana səs verəcəkləri ilə bağlı öhdəlik götürüblər. Amma seçki günü Krist Marukyan 18 səs əvəzinə 144 səs qazanıb, digər namizəd Mamikon Aslanyan isə 4 səslə irəli çıxıb və mer olub. Artıq bir ildir ki, müxalif qüvvələrdən heç kim memoranduma sadiq qalmadığını və rəqibə səəs verdiyini etiraf etməyib.


More on JAMnews