Gizli aparılan dinləmənin səs yazısında söhbət eks-prezident Robert Koçaryanın həbsindən gedir. Axtarış aparılan “Yerevan Today” də onunla bağlı hesab olunur" />

Yerevan Today redaksiyasında axtarış güc strukturları rəhbərlərinin telefon danışığının dinlənilməsilə bağılıdır

Gizli aparılan dinləmənin səs yazısında söhbət eks-prezident Robert Koçaryanın həbsindən gedir. Axtarış aparılan “Yerevan Today” də onunla bağlı hesab olunur

17 sentyabr 2018-ci il tarixində Yerevan Today internet resursunun redaksiyasında axtarış aparılıb.

Axtarışın sanksiyası Ermənistanın İstintaq Komitəsinin və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsi tərəfindən verilib və ölkənin güc strukturları –  Milli Təhlükəsizlik Xidməti  və Xüsusi İstintaq Xidməti rəhbərlərinin telefon danışığının dinlənilməsi faktı ilə  əlaqədardır.

Güc strukturları rəhbərlərinin danışığının səs yazısı sentyabrın 12-də sosial şəbəkələrdə yayılıb. Həmin səs yazısında struktur rəhbərləri eks-prezident Robert Koçaryanın da ittiham olunduğu cinayət işini müzakirə edirlər. Səs yazısı ortaya çıxandan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan buna münasibət bildirib. O, bu qurumların rəhbərlərinin telefonlarının “dinlənilməsini” vətənə xəyanət kimi dəyərləndirib və təşkilatçıların dərhal üzə çıxarılmasını tələb edib.

“Y

erevan Today” nəşri artıq bəyanat yayıb:

“Axtarış saytın MTX və XİX rəhbərlərinin telefon dinləməsinin səs yazısını guya digər mediadan iki gün əvvəl yaydığı əsasında aparılır. Bu iddiaya Google axtarışının nəticələri əsas verib. Halbuki “Yerevan Today” söhbətin səs yazısını Ermənistanın digər media resursları ilə eyni saatlarda dərc edib.

Çox güman ki, bu axtarış sistemindəki problemdir. Şəbəkə ekspertləri artıq …qeyd ediblər ki, Google sistemində yanlışlıq baş verib”.

Ermənistanın İstintaq Komitəsindən isə öz növbəsində bildirilib ki, həmin cinayət işi üzrə axtarış bir neçə ünvanda aparılır.

Sosial şəbəkə istifadəçiləri yazıblar ki, “Yerevan Today” nəşri MTX və XİX rəhbərlərinin danışığının səs yazısını şəbəkədə hazırda xüsusi xidmət orqanları tərəfindən axtarılan naməlum istifadəçi tərəfindən yayılandan əvvəl dərc edib. Eyni zamanda istifadəçilər Google-un keş səhifələrini də paylaşıblar və orada dərc olunan tarix görünür.

“Yerevan Today” redaksiyası bunun dezinformasiya olduğuna israr edir.

Bununla belə Ermənistan mediası “Yerevan Today” nəşrinin eks-prezident Robert Koçaryana məxsus olduğunu bildirir. Buna təsdiq olaraq isə Koçaryanın son müsahibəsini məhz bu resursa verdiyini göstərir. Eks-prezident bu məlumatı təkzib edir.


More on JAMnews