Xarici İşlər Nazirliyi 250 nəfərdən çox insanı, o cümlədən də məşhur futbolçu Henri Mxitaryanı bu imtiyazdan məhrum edib " />

Ermənistanın eks-prezidentlərinin ailə üzvlərinin diplomatik pasportlarını əllərindən alıblar

Xarici İşlər Nazirliyi 250 nəfərdən çox insanı, o cümlədən də məşhur futbolçu Henri Mxitaryanı bu imtiyazdan məhrum edib

Ermənistan Xarici İşlər Nazirliyi 250-dən çox diplomatik pasportu ləğv edib. Bu siyahıda ikinci və üçüncü Ermənistan prezidenti Robert Koçaryan və Serj Sarqsyanın ailə üzvləri də var.

Sən demə, əvvəlki hakimiyyət dövründə yalnız onların həyat yoldaşları və övladları yox, hətta nəvələri də diplomatik pasport alıb.

Diplomatik pasportlardan məhrum olan Ermənistan vətəndaşları siyahısında başqa tanınmış insanların – keçmiş nazirlərin, deputatların, oliqarxların və onların ailə üzvlərinin də adları var. Amma Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomatik pasportdan məhrum edilən 254 nəfərdən heç də hamısı çağırışa cavab verərək, pasportları təhvil verməyib:

“Hazırda 100 diplomatik pasport qaytarılıb”.

Hamının sevimlisi, İngiltərənin “Arsenal” klubunun futbolçusu Henri Mxitaryanın da diplomatik pastortdan məhrum qalanlar sırasında olması Ermənistanda çoxlarını təəccübləndirib və məyus edib.

Vəziyyəti artıq futbolçunun anası, Marina Taşçyan şərh edib. O bildirib ki, XİN-in qərarı oğlunu məyus edib, amma Henri sənədinin bərpa olunması ilə bağlı müraciət etmək niyyətində deyil:

“Bu münasibət məsələsidir. Henri ilk tələbdəcə pasportu qaytardı, amma o məyus olmuşdu. “Arsenal” futbolçularının bürokratik prosedurlarla bağlı problemləri yaranan bir klub deyil, sadəcə sənədləri hazırlamaq üçün daha çox vaxt lazım olur. Bu pasport əlavə əziyyətdən canını qurtarırdı”.

Mxitaryanla bağlı vəziyyət Ermənistan parlamentinin deputatı Samvel Farmanyanın da narazılığına səbəb olub. O, vaxtilə futbolçunun diplomatik pasport almasına yardım edib:

“Bu, ölkəmizin Ermənistan və erməni xalqını müsbət tərəfdən tanıtmış və tanıdan bir erməniyə göstərdiyi kiçik texniki dəstək idi. O bunu onlarla diplomatdan və mənim kimi məmurların hamısından daha yaxşı edir”.


More on JAMnews