Lyova Sarqsyan Ermənistanın ən bahalı nəqliyyat layihəsi olan “Şimal-Cənub” avtomagistralının inşaatı ilə bağlı siu-istifadələrdə ittiham olunur " />

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşına qarşı cinayət işi açılıb

Lyova Sarqsyan Ermənistanın ən bahalı nəqliyyat layihəsi olan “Şimal-Cənub” avtomagistralının inşaatı ilə bağlı siu-istifadələrdə ittiham olunur

Հյուսիս-հարավ մայրուղի, Լևա Սարգսյան, քրեական գործ,

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşına qarşı “Şimal-Cənub” dövlətlərarası avtomagistralının inşaatında sui-istifadələrə yol verməsi faktı üzrə cinayət işi qaldırılıb. Lyova Sarqsyan haqda axtarış elan edilib. Bu, eks-prezidentin qardaşı və digər qohumları ilə bağlı başladılan ilk cinayət araşdırması deyil.

Ermənistanın yeni kökuməti “Şimal-Cənub” avtomagistralının inşaatını davam etdirəcək

Serj Sarqsyanın yaxın çevrəsi 2018-ci ildə baş tutan “məxməri inqilab” nəticəsində hakimiyyət dəyişikliyindən sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gəliblər.

Onlar xüsusilə iri həcmdə dələduzluqda, qanunsuz narkotik dövriyyəsində və qanunsuz silah saxlamaqda, qanunsuz varlanmaqda və əəmlakını gizlətməkdə ittiham olunurlar.

Eks-prezident Serj Sarqsyanın yaxın çevrəsinin ittiham olunduğu cinayət işləri

Yeni ittiham nədən ibarətdir?

Lyova Sarqsyan öz nüfuzundan istifadə edərək subpodratçı təşkilatların seçimində məsul məmurlara təəsir etməkdə və buna görə aldığı rüşvəti leqallaşdırmaqda ittiham olunur. Konkret bu halda söhbət 250 milyon dollarlıq inşaat işlərinin aparılmasından gedir.

İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, subpodratçı təşkilatların seçimi cinayətkar sxem üzrə aparılıb.

Məsələ burasındadır ki, qanuna görə, subpodratçını əsas podratçı seçməlidir, bu halda bu, İspaniyanın Corsan Corviam Construction təşkilatıdır. Məhz bu təşkilat “Şimal-Cənub” investisiya proqramı çərçivəsində inşaat işlərinə görə cavabdehdir.

Bundan başqa, proqram mühəndisinin və layihə sifarişçisinin, yəni Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyinin  müvafiq vəzifəli şəxslərinin razılığı əldə edilməli idi.

Amma realda məlum olub ki, bu proseslərə Lyova Sarqsyan – Ermənistan Respublikasının xüsusi göstərişlər üzrə səfiri, üçüncü prezidentin qardaşı rəhbərlik edib.

O, probqar subpodratçısı – Suren və Gevorq Vardanyanın sahib olduğu “Polittransport” təşkilatı ilə əlbir şəkildə hərəkət edib.

İstintaq Komitəsinin məlumatında deyilir ki, eks-prezidentin qardaşı öz xidmətlərinə görə, “təşkilatların birinin direktorundan işlərin həyata keçirilmməsi zaman əldə ediləcək gəlirin 50 faizini tələb edib və vəsaitin alınmasını çirkli pulların yuyulması vasitəslə təşkil edib”.

Bu cinayəti birgə törətdikləri Sarqsyan və Vardanyanlar haqda axtarış elan edilib, məhkəməyə onların həbsi ilə bağlı vəsatət verilib.

“Şimal-Cənub” layihəsi nədən ibarətdir?

“Şimal-Cənub” avtomagistralı ölkənin şimalını cənubu ilə birləşdirməlidir. şimaldan Ermənistanı Gürcüstanla birləşdirəcək, Qara dəniz və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan magistral ölkəni İranla birləşdirir. Bu layihənin sayəsində Ermənistan tranzit ölkəsinə çevrilə bilər.

Ən mötədil hesablamalara görə 490 kilometrlik magistral iki milayr dollardan baha başa gələcək.

İnşaat işləri 2012-ci ildə başlayıb, amma indiyə qədər beş məntəqədən yalnız biri istismara verilib. Hakimiyyət inşaat işlərinin tamamlanması üçün maliyyə tapmalıdır, böyük ehtimalla bu, beynəlxalq kreditorların pulu olacaq.

2018-ci ilin dekabrından inşaat işləri dayandırılacaq. Ekspertlərin fikrincə, bu layihə çox pul aparır. Onlar böyük iqtisadi səmərəli başqa strateji proqramlara vəsait yatırmağı təklif edirlər. Məsələ burasındadır ki, “Şimal-Cənub” yolunun bir kilometri 3,6 milyon dollara başa gəlir, mürəkkəb ərazilərdə isə yolun dəyəri 12 milyon dollara qədər yüksələ bilər.

Amma 2019-cu ilin iyulunda Ermənistanın yeni hakimiyyəti, yəni Nikol Paşinyanın inqilabdan sonrakı hökuməti bəyan edib ki, yolun inşası davam etditiləcək.

Eks-prezidentin qohumları başqa nədə günahlandırılır?

Lyova Sarqsyan həmçinin xüsusilə böyük həcmdə oğurluqda ittiham olunur. Bu cinayət haqda Xüsusi İstintaq Xidmətinə biznesmen Vladislav Manqasaryan məlumat verib.

Digər cinayət işi üzrə o, deklarasiyada təqdim edilməməli olan məlumatların gizlədilməsi və qanunsuz varlanmada ittiham olunur. Bu işdə onun qızı Ani Sarqsyanın da adı gedir.

Eks-prezidentin digərqardaşı Aleksandr Sarqsyana və onun olanlarına qarşı da cinayət işi açılıb.

2019-cu ilin iyulunda məhkəmə istintaqın Ara Minasyanın həbsi ilə bağlı vəsatəti təmin edib. Miasyan keçmiş prezidentin kürəkənin atası, yəni Serj Sarqsyanın qızının qayınatasıdır.


More on JAMnews