Bu, korrupsiya ifşalarının və kölgə ilə mübarizənin nəticəsidir " />

Ermənistanın Dövlət Gəlirləri Komitəsi 8 ay ərzində büdcəyə 20 milyon dollar qaytara bilib

Bu, korrupsiya ifşalarının və kölgə ilə mübarizənin nəticəsidir

Ermənistan Dövlət Gəlirləri Komitəsi səkkiz ay ərzində korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinə 10 milyard dram (20 milyon dollar) qaytara bilib.

İfşalar hansı sahələrdə baş verib?

Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra Dövlət Gəlirləri Komitəsi kölgə iqtisadiyyatı və korrupsiya riskinin ən yüksək olduğu sahələrdə yoxlamalara başlayıb. Məsələn, Yerevan super-marketlərinin fəaliyyəti yoxlanılıb və məlum olub ki, onlar kənd təsərrüfatı məsullarına görə ƏDV ödəmirmişlər.

Korrupsiya ifşaları gömrükdə də həyata keçirilib. Gömrük qeydiyyatı təklif edən “Norfolk konsaltinq” şirkəti böyük məbləğdə cərimələnib, daha sonra isə fəaliyyətini dayandırıb.

Strukturun özü də ifşadan kənar qalmayıb. Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarının rüşvətxorluq halları üzə çıxarılıb.

2019-cu ildə Azərbaycan, Ermənistan və Gürcüstan nəyə pul xərcləyəcək?

Ermənistanın böyük super-marketlər zənciri illərlə vergidən yayınıb

20 milyon dollar çoxdur, ya az?

Korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində əldə olunan 20 milyon dollar o qədər də böyük məbləğ deyil, iqtisadçı Qrant Mikaelyan güman edir.

“Cəmiyyətin gözləntisi daha yüksək idi, inqilab nəticəsində büdcəyə daha yüksək məbləğlərin qayıdacağını düşünürdülər. Demək lazımdır ki, daha bir sıra tamamlanmamış işlər var. Həmçinin çox şirkətlər cərimələnib, amma bu məbləğlərin hələ hamısı büdcəyə gedib çıxmayıb. 10 milyard dramın özü isə çox da əhəmiyyətli məbləğ deyil”.

Ekspert həmçinin qeyd edir ki, kölgə iqtisadiyyatı ilə mübarizə bəzi bəhrələrini verib, amma xırda və orta biznes sahəsində vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib.

“Kölgədə olan iri biznesin bir hissəsi oradan çıxarılıb. Biz bunu böyüyən vergi ödəmələrindən və qeydiyyatdan keçmiş əməkdaşların sayından görürük. Xırda və orta biznesə gəlincə, burada hələlik vəziyyət birmənalı deyil. Bu sahədə vəziyyət çox da dəyişməyib. Məsələn, ticarət və xidmət sahəsində biz görürük ki, kiçik şirkətlər vergi ödəmələrini artırmayıb. Bu isə o deməkdir ki, böyük ehtimalla onlar əvvəl olduqları kimi eyni dərəcədə, bəlkə də daha çox kölgədədir”.

Korrupsiya və kölgə ilə mübarrizə nə zaman başlayıb?

Ermənistanda korrupsiya və kölgə ilə mübarizə inqilabdan dərhal sonra başlayıb. Hakimiyyətə gələn inqilab lideri Nikol Paşinyan bildirib ki, biznesin dəyişdirilməsi baş verməyəcək, amma bütün şirkətlər hüquqi müstəviyə qayıtmalıdır.

Korrupsiya ittihamı ilə bağlı cinayət işləri keçmiş yüksək vəzifəli məmurlara və onların qohumlarına qarşı da qaldırılıb. Məsələn, 14 milyon dollar rüşvət almaqda şübhəli bilinən Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Harutunyan hazırda istintaq altındadır.

Facebook Comments

More on JAMnews