Xarici işlər naziri isə Qarabağ nizamlaması üzrə azərbaycanlı həmkarı ilə görüşə hazırlaşır" />

Ermənistanın baş naziri ilə ABŞ prezidentinin görüşü gözlənilir

Xarici işlər naziri isə Qarabağ nizamlaması üzrə azərbaycanlı həmkarı ilə görüşə hazırlaşır

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan baş nazir Nikol Paşinyanla ABŞ prezidenti Donald Trampın gözlənilən görüşü haqda anons verib. Sentyabrın 6-da keçirilən mətbuat konfransında o, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla tezliklə baş tutacaq görüşü, Rusiya ilə əlaqələr və Türkiyə ilə münasibətlərin normallaşması haqda danışıb.

Ermənistan ABŞ-dan 40 milyon dollar həcmində əlavə yardım alacaq

Paşinyan və Trampın görüşü sentyabrda baş tutacaq

XİN rəhbəri bildirib ki, Nikol Paşinyan və Donald Tramp görüşü yaxın zamanda baş tutacaq, amma dəqiq zamanı hələ açıqlamayıb.

Sentyabrın sonunda Ermənistanın baş naziri ABŞ-a səfərə hazırlaşır. Mnatsakanyanın sözlərinə görə, orada keçiriləcək BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında artıq onun çıxışı planlaşdırılıb. Çox güman ki, görüş həmin tarixlərə planlaşdırılıb.

Nazirin birdirdiyinə görə, Amerika prezidenti ilə görüşün təşkili onun rəhbərlik etdiyi qurumun gündəmindəki ən mühüm məsələdir. Amma bununla yanaşı o, vurğulayıb ki, Ermənistan-Amerika dialoqu onsuz da aktivdir. Hakimiyyətin amerikalı həmkarlarının diqqətinə çatdırmaq istədiyi məsələ və məlumatlar olanda onlar çətinlik çəkmirlər:

“Bizim aramızda ünsiyyət və müzakirə qıtlığı yoxdur”.

“Rusiya və Ermənistan arasında heç bir fikir ayrılığı yoxdur”

Zohrab Mnatsakanyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında heç bir fikir ayrılığı yoxdur, münasibətlər möhkəm təməl üzərində qurulur.

“Bəzi hüquqi proseslər var. Amma dövlətlərarası səviyyədə biz müttəfiq münasibətlərinin dərinləşməsinə yönələn gündəliyi təbliğ etməyə qadirik. Bu kontekstdə hüquqi proseslər və iki ölkə arasındakı münasibətlər arasıında heç bir qarşılıqlı əlaqə yoxdur. Ola da bilməz”.

Bu diplomatik bəyanat konkret hadisə ilə bağlıdır. Bu haqda avqustun 17-də Ermənistanın baş prokuroru bildirib. Söhbət Rusiya Baş Prokurorluğunun Ermənistan parlamentinin keçmiş deputatı, Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyanı ermənistanlı həmkarlarına təhvil verməmələrindən gedir. O, dövlət vəsaitinin mənimsənilməsi və talan etməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Yeri gəlmişkən, bu günlərdə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bəyan edib ki, Rusiya tərəfi etiiraz etməyib, hələlik əlavə sənədlər və məlumatlar tləb edib.

Türkiyə ilə münasibətlər haqda: “yaxşı xəbərlər yoxdur”

Ermənistan-Türkiyə münasibətləri haqda danışarkən, XİN rəhbəri qonşu ölkəni münasibətəri düzəltməyi istəməməkdə günahlandırıb:

“Ermənistanın blokadası davam edir, Qarabağğ münaqişəsinə qərəzli münasibət vurğulanır. Biz ön şərtsiz diplomatik münasibətlərin yaradılmasına hazırıq. Amma bunun üçün hər iki ölkənin istəyi olmalıdır. Yaxşı xəbərlərin olduğunu deyə bilmərəm”.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü – vasitəçilər hər iki tərəfi təxribatdan çəkinməyə səsləyiblər

XİN rəhbərlərinin Qarabağ nizamlaması üzrə növbəti görüşü haqda

Mnatsakanyan Qarabağ nizamlaması üzrə tezliklə azərbaycanlı həmkarlarla görüşün baş tutacağı haqda anons verib.

“Görüş artıq planlaşdırılıb və tezliklə baş tutacaq, amma razılaşmalar var ki, görüşün keçirilmə tarixi və yeri birlikdə açıqlansın və mən bu prinsipləri gözləmək tərəfdarıyam”, – ermənistanlı nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə sülh nizamlamasının vacibliyini vurğulayıb və XİN rəhbərlərinin və döövlət başçılarının fəal görüşlərinin sayı bu məsələnin prioritetlərindən xəbər verir.


More on JAMnews