Vəziyyəti nə cürsə dəyişmək üçün ekspertlər Sevan gölündə suyun səviyyəsini qaldırmağı və müasir təmizləmə stansiyaları tikməyi təklif edirlər " />

Ermənistanın ən böyük gölü bataqlıqlaşır

Vəziyyəti nə cürsə dəyişmək üçün ekspertlər Sevan gölündə suyun səviyyəsini qaldırmağı və müasir təmizləmə stansiyaları tikməyi təklif edirlər

Photo: Arman Suleymanyan

Ermənistanın ən iri şirin sulu Sevan gölünün suyu çiçəkləməyə başlayıb. Bu, gölün bataqlıqlaşmasına gətirib çıxara bilər. Vəziyyəti nə cürsə dəyişmək üçün ekspertlər göldə suyun səviyyəsinin qaldırılmasını, müasir təmizləmə stansiyaları və su itkisini azaldan su hövzələri tikməyi təklif edirlər.

Fotosessiya: Ermənistan yüksəklikdən

Ermənistan və Gürcüstandan yüksəkliklərə

Nə baş verib?

Hər şey bu il iyunun sonunda başlayıb. O zaman ekoloqlar Sevan gölünün suyunun çiçəkləməsi ilə bağlı həyəcan təbili çalıblar. Onların fikrincə, bu proses aşağıdakı amillərin təsiri ilə başlayıb:

• göldən su axıntısı,

• çox sayda turist,

• yaxınlıqdakı istirahət zonasından çirkab və kanalizasiya sularının gölə axıdılması,

• balıq təsərrüfatlarının azot və fosfor tərkibli süni yemdən istifadə etməsi,

• bu maddələrin Sevanın dibinə çökməsi.

kanalizasiya sularının gölə axıdıldığını iyulun 4-də Ermənistanın ətraf mühit naziri şəxsən təsdiqləyib. Amma Erik Qriqoryanın fikrincə, buna baxmayaraq, Sevanın suyu “hətta bu vəziyyətdə də içməyə yararlıdır”.

“Qlobal istiləşmə, temperatur, pis iqlim şəraiti də gölə təsir edən amillərdəndir. Baykal gölündə və Qara dənizdə də mavi-yaşıl mamırlar var”, – nazir deyib.

Bununla əlaqədar olaraq jurnalistlər nazirə 2018-ci ildə “Sevan” Milli Parkının direktorunun başına gələn hadisəni xatırladıblar.

2018-ci ilin yayında mavi-yaşıl mamırların artması səbəbilə gölün suyu çiçəkləmişdi. O zaman da ekoloqlar göldə çimməyin və suyunun istifadəsinin təhlükəli olması ilə bağlı həyəcan təbili çalıblar. Onda Sevan gölünün suyunun təhlükəsiz olduğunu sübut eləmək üçün park direktoru Vahe Qulanyan ictimaiyyət qarşısında gölün suyundan bir stəkan içmişdi. Ermənistan mediası yazımışdı ki, bundan sonra direktor xəstəxanalıq olub. Amma nazir bu informasiyanı təsdiq etməyib:

“Bildiyimə görə o xəstəxanaya düşməyib”.

Suyun çiçəkləməsinə gəlincə isə ekspertlərin fikirlərinə əsaslanan Qriqoryan bildirib ki, “gölün yaşıl rəngi on günn müddətində yoxa çıxacaq”.

Onun sözlərinə görə, göldəki bütün bataqlıqlaşmış ərazi iki peşəkar qrup tərəfindən öyrənilib:

“Bu, 770 hektara yaxın ərazidir. Bu il artıq həmin ərazilərin təmizlənməsi üzrə müsabiqə elan olunub. Biz planlaşdırdığımızdan daha çox şey edəcəyik. 2020-2021-ci illərdə bütün bu ərazi tam təmizlənəcək”.

Nazir həmçinin əmin edib ki, yaxın iki-üç ildə göldə suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldiləcək.

Ekspert rəyi

Ekoloqlar hesab edirlər ki, Sevanın çiçəkləməsi suda toksik elementlərin olmasından xəbər verə bilər.

Ermənistan Elmlər Akademiyasının Hidroekologiya və İxtiologiya İnstitutunun böyük elmi işçisi Lusine Qambaryan hesab edir ki, göldəki çiçəklənən mamırlar mütəmadi olaraq toksin toplayır:

“Bu cür sudan suvarma və ya balıq və ərçəng yetişdirmək üçün istifadə etmək olmaz, çünki ziyanlı maddələr qida və su vasitəsilə orqanizmə düşə bilər. Ən təhlükəlisi isə mikrosistinin olmasıdır. Çiçəklənmənin qlobal istiləşmə ilə əlaqədar olduğu hesab edilir. Bəli, amma temperatur səbəblərdən biridir. əsas səbəb suda biogen elementlərinin olmasından ibarətdir. Bu, çox miqdarda oksigen udan mamırların çoxalmasına gətirib çıxarıb”.

İctimai təşkilatlar da həyəcan təbili çalır

“S.O.S Sevan” təşəbbüsünün üzvü Silva Adamyan kesab edir k, gölün problemlərinə münasibət dəyişməzsə, Ermənistan yaxın gələcəkdə öz “mirvarisini” itirə bilər.

Adamyan bunu suyun keyfiyyətinin gözləniləndən də daha sürətlə pisləşməsi ilə izah edir.

Ümumermənistan ekoloji cəbhəsinin nümayəndəsi Levon Qalstyanbəyan edib ki, son illərdə Sevana qarşı cani münasibəti müşahidə edir. Onun fikrincə, əgər cinayət, daha doğrusu canilər aşkardırsa, onlar cəzalandırılmalıdır:

“Sevanın ekosistemi haqda müsbət rəy verən bütün mütəxəssislər və qərar qəbul edən bütün vəzifəli şəxlər öz əməlinə görə cavab verməlidir.

Ümummili səfərbərlik lazımdır, baş nazirin çağırışı ilə olsa, daha yaxşı olar ki, geniş miqyaslı təmizləmə işləri aparılsın, bundan sonra isə suyun səviyyəsinin yüksəldilməsi istiqamətində iş görülməlidir. Üstəlik, Sevanın vəziyyəti ilə bağlı vahid məlumat bazası yoxdur. Bu cür cinayətlərin qarşısının alınması üçün ciddi amil olan ictimai nəzarət də yoxdur”.


More on JAMnews