Nisbətən ucuz servis ən çox Rusiya sakinlərini maraqlandırıb " />

Ermənistanı bu il daha çox turist ziyarət edib

Nisbətən ucuz servis ən çox Rusiya sakinlərini maraqlandırıb

Ermənistan 2018-ci ilin 9 ayı ərzində 2017-ci ilin eyni dövrünə nisbətən 8,8 faiz daha çox turist qəbul edib. Onların ümumi sayı 1 milyon 200 min nəfər olub.

Ermənistana haradan gəlirlər?

Ermənistana ən çox turisat Rusiyadan gəlib – 525 min nəfər. İkinci yerdə qonşu Gürcüstandan gələn qonaqlardır – 233 min nəfər. 2018-ci ilin 9 ayı ərzində İrandan Ermənistana 132 min turist gəlib.

Dinamikada ən çox yüksəliş isə Hindistandan (131 faiz yüksəliş), Çindən (107 faiz) və Qazaxıstandan (83 faiz) qeydə alınıb.

Ermənistan kəndində ekstremal turizm

Ermənistan iranlıların nəyinə lazımdır?

Gürcüstanda turistlərin əcaib macəraları

Niyə Rusiyadan gələn turistlər çoxalıb? 

Yeni il bayranları dövründə Ermənistan rusiyalılar üçün ən populyar xarici turizm istiqaməti olub. Bu il Ermənistana olan tələbat 76 faiz yüksəlib. Rusiya mediasının dəyərləndirməsinə görə, təyyarə biletlərinin 12 faiz ucuzlaşması, eyni zamanda nisbətən ucuz servis vəziyyətə təsir göstərib.

Vəziyyətin dəyərləndirilməsi və gələcək addımlar

Turistlərin sayının artması ilə bağlı Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan fikrini açıqlayıb.

“Bu, əlbəttə ki, bir çox ermənistanlı biznesmenlər üçün iqtisadi inqilabın özlərinə aid hissəsini həyata keçirmələri və yayda daha böyük miqyaslı turist bumundan ötrü möhkəm əsaslar yaratmaları üçün bir şansdır”, – o deyib.

Müsbət dinamikanı saxlamaq üçün isə Turizm Komitəsi əcnəbi turizm agentliklərinə ölkədə baş verən dəyişikliklər və “məxməri” inqilab haqda məlumat verir. Onların qarşısında Ermənistanın “turizm üçün stabil və təhlükəsiz ölkə mövqeyini möhkəmləndirmək” vəzifəsi qoyulub.

Qurumdan bildirirlər ki, Ermənistanda turizm “gəncləşib”, yəni ölkəyə artıq daha çox gənclər gəlir. Və onlar ekstremal, idman və festival turizmi ilə maraqlanırlar.

İrandan artıq daha az gəlirlər

Ənənəvi olaraq çox qonağın gəldiyi İrandan bu il turist az olub. Müqayisə üçün 2016-cı ilin ilk səkkiz ayı ərzində Ermənistanı 160 min iranlı ziyarət etmişdisə, bu ilin 9 ayı ərzində bu ölkədən 132 min turist gəlib.

İranlıları Ermənistana gətirən əsas səbəblərdən biri Novruz bayramıdır. Bu bayran martın 4-cü şənbəsindən başlayır və 13 gün davam edir. Ancaq bu iki həftə ərzində Ermənistan adətən 20-25 min iranlını qəbul edir. Məsələ ondadır ki, İranda çox sayda dini qadağalar hökm sürür, Ermənistanda isə heç bir mıhdudiyyət yoxdur. Odur ki, həmin günlərdə iranlılara hər yanda rast gəlmək mümkündür, muzeylərdən tutmuş, gecə klublarına qədər.

Əlbəttə, bəlkə də Avropa ölkələrinə daha çox üstünlük verilərdi, amma Ermənistan daha yaxındır və çoxları bura öz maşını ilə gəlir.


More on JAMnews