Rusiyanın liderliyi altında AAİİ postsovet ittifaqına daxil olan bütün ölkələrin sakinlərinə şamil olunacaq “pensiyaların ixracatı” haqqında saziş artıq hazırdır" />

Ermənistandan olan əmək miqrantları Rusiya pensiyası alacaqlar

Rusiyanın liderliyi altında AAİİ postsovet ittifaqına daxil olan bütün ölkələrin sakinlərinə şamil olunacaq “pensiyaların ixracatı” haqqında saziş artıq hazırdır

Rusiya onun liderliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının ölkələrindən olan əmək miqrantlarına pensiya ödəməyə başlayacaq. İttifaq üzvləri – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan – ən yaxın zamanda pensiya təminatı haqqında müvafiq sazişi imzalamaq niyyətlərini bildiriblər.

Bu sənədə əsasən, miqrantlar işlədikləri və pensiya fonduna ayırmalar etdikləri ölkədən pensiya alacaqlar. Hazırda əmək miqrantlarının əməkhaqlarından tutulan faizlər Rusiya Pensiya Fonduna gedir, lakin onlar pensiya almırlar.

Pensiyalar necə ödəniləcək

Postsovet iqtisadi ittifaqına daxil olan ölkələrin əmək miqrantları onların payına düşən ödənişləri “pensiyaların ixracatı” adını almış mexanizm üzrə əldə edə biləcəklər.

Əsas prinsip pensiyanın pensiyaçının arxasınca getməsindən ibarətdir. Başqa sözlə, pensiyaçı Avrasiya ittifaqının başqa ölkəsinə köçərsə, üzv ölkələrdən birində təyin edilmiş pensiya da “onun arxasınca” gedəcək.

Yeni sazişə əsasən, müxtəlif AAİİ ölkələrində iş stajı cəmlənəcək və pensiya vətəndaşın pensiya yaşına çatdığı ölkədə təyin olunacaq.

Məsələn, Ermənistandan olan miqrant pensiya yaşına çatdığı anda qocalığa görə Rusiyada pensiya hüququ qazanıbsa, Ermənistana qayıtdığı halda belə Rusiya ona pensiya ödəməkdə davam edəcək.

Lakin sazişin arxa tarixlə işləmək qüvvəsi yoxdur. Avrasiya ittifaqının bir ölkəsindən digərinə köçmüş vətəndaşa qocalığa görə pensiyanın ilk təyini 2020-ci ildən tez mümkün olmayacaq. Bununla birlikdə, pensiya ixracatının baş verəcəyi Rusiya stajının davamiyyəti 2020-ci ildə bir ildən çox təşkil etməyəcək, 2021-ci ildə bu müddət iki il olacaq və i.a.

Bu günə olan vəziyyət

Bu günə olan vəziyyət belədir: vətəndaşın daimi yaşadığı ölkə onun vətəndaşlığından asılı olmayaraq pensiyanı təyin edir və ödəyir.

Bununla birgə, AAİİ-yə daxil olan ölkələrdə pensiya ayırmalarının və maaşların səviyyəsi müxtəlifdir. Misal üçün, Belarusda 29%, Rusiyada 22%, Qazaxıstanda və Ermənistanda 10%-dir, Qırğızıstanda isə fiksə olunmuş dərəcə yoxdur.

Saziş Rusiyaya neçəyə başa gələcək

Rusiya Pensiya Fondunun əlavə xərcləri 2020-2021-ci illərdə 166 milyon rubl, yəni təxminən 2,5 milyon dollar təşkil edəcək.

Bu məbləğ Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan sakinlərinə, o cümlədən Rusiya ərazisində yaşamaqda davam edənlərə çatacaq pensiyaların cəmidir. Rusiya əmək nazirliyinin hesablamalarına görə, bu məbləğə pensiyaları təyin edildikdən sonra AAİİ-nin digər ölkələrinə köçmüş Rusiya vətəndaşlarına ödəniləcək pensiyalar da daxildir.

Zaman keçdikcə bu məbləğ artacaq, çünki saziş imzalandıqdan sonra Pensiya Fonduna ayırmalar toplanacaq.

Başqa rəqəmlər

Avrasiya iqtisadi komissiyasının hesabatına əsasən, ittifaqın bütün ölkələri arasında Rusiyada əmək miqrantlarının sayı daha çoxdur. Burada əməkhaqqının səviyyəsi də çoxdur. Komissiyanın “Sosial-demoqrafik indikatorlar” məruzəsinə əsasən, orta aylıq əməkhaqqının məbləği:

  • Rusiyada — $695;
  • Qazaxıstanda — $471;
  • Belarusda — $470;
  • Ermənistanda — $358;
  • Qırğızıstanda — $236.

More on JAMnews