Qarabağ münaqişəsinin təsiri hətta erməni suvenirləri bazarında da hiss olunur, bu suvenirlər çox vaxt siyasi anlam daşıyır" />

Ermənistanda suvenir bazarı necə siyasiləşməyə başlayıb?

Qarabağ münaqişəsinin təsiri hətta erməni suvenirləri bazarında da hiss olunur, bu suvenirlər çox vaxt siyasi anlam daşıyır

“Vernisajda” – Yerevanın mərkəzində suvenir satılan küçə bazarında – Qarabağ mövzusu hər addımda gözə dəyir. Burada ən çox Dağlıq Qarabağın əsas rəmzlərindən biri olan “Dada və nənə” (ermənicə adı “Tatik-papik”) monumentininin təsviri olan suvenirlər populyardır.

Suvenir boşqab üzərində Qarabağdakı “Biz və bizim dağlar” monumenti əks olunub 

“Biz və bizim dağlar” – kompozisiya rəsmən bu cür adlanır, amma çoxları onu əzizləyi tərzdə  “Baba və nənə” adlandırırlar.

Suvenir bazarında məşhur monumentin əksi olan əşyalara addımbaşı rast gəlmək olar. Burada “Baba və nənəli” maqnitlər, boşqablar, qələmlər, nərd, çantalar, kulonlar, sırğalar, saatlar, köynəklər, broşkalar, hətta alışqanlar satılır.

“Vernisaj”da suvenir kimi qurudulmuş nar da satılır və burada çoxları qürurla deyir ki, satdıqları məhsulları Qarabağdan gətirirlər, sonra emal edib bəzək əşyalarına – kulonlara və müxtəlif aksessuarlara çevirirlər.

Vladimir milliyətcə rusdur, bir neçə peşə dəyişib, ofisiant və satıcı olub, daha sonra isə duluzçuluq öyrənməyə başlayıb. Bu da suvenir hazırlamaq üzrə ailə biznesinin əsasını qoyub.

Vladimir Uşakov Vernisajda “Duluzçuluq dünyası” suvenir istehsalı müəssisəsini yaradıb.

Bu gün Yerevanın suvenir bazarında Vladimirin və onun qardaşının muzey eksponatlarının nümunəsinə uyğun hazırladıqları məmulatlar satılır.

“Məsələn, bizdə bir zamanlar Dağlıq Qarabağda istifadə olunan nəməkdan [surəti] var. Əvvəllər ondan eyni zamanda həm şamdan, həm də nəməkdan kimi istifadə olunub – bir tərəfində şam yandırır, digər tərəfinə duz tökürdülər. Bu cür əşya turistlər üçün xüsusilə cəlbedicidir”.

Bu cür məhsulların hazırlanması üçün Vladimir tarixi öyrənməyə başlayıb və hələ də qədim bilgiləri mənimsəyir ki, suvenirlərin özlərinin və ya onların üzərindəki rəsmlərin anlamını alıcılara, xüsusən əcnəbilərə izah və təqdim edə bilsin.

“Bütün turistlər – ruslar, amerikalılar – nəsə alırlar. Gəlirlər və Qarabağ rəmzli məmulatları göstərməyimi xahiş edirlər. Bu, məni təəccübləndirir: nə fərqi var, Qarabağ, yoxsa Yerevan? Amma insanlarla ünsiyyətdə olanda məlum olur ki, onlar artıq DQ-nin hansısa hissəsində olublar və gördüklərindən o qədər təsirləniblər ki, ora haqqında özləri ilə bir xatirə aparmaq istəyirlər”.

Dağlıq Qarabağın gerbi və kilsələrinin rəsmləri ilə hətta nərd üçün hədiyyəlik qutuları da bəzəyirlər. 

Eduard Avdalyan “Ağac dünyası” adlı suvenirlik məhsullar seriyasının müəllifidir. O, danışır ki, nərd üçün belə hədiyyəlik qutuları əsasən Qarabağdan olan dostlar və qohumlar öz yaxınlarına bağışlayırlar.

Şirkət tərəfindən hazırlanan suvenirlər

Eduard Avdalyan keçmiş tarix müəllimidir. 90-cı illərdə müəllim maaşı ilə ailə dolandırmaq mümkünsüz olanda o, suvenirlik məhsulların hazırlanması ilə məşğul olmağa başlayıb.

“Həyat peşəni dəyişməyə vadar edir, peşədə isə tələbat məhsulu diktə edir. Bizdə Dağlıq Qarabağa həsr olunmuş geniş çeşiddə suvenirlər var, çünki onlara tələbat böyükdür”, – Avdalyan danışır.

Bu il “Muqdusyan” incəsənət mərkəzində maliyyə böhranından çıxış yolu tapmaq üçün vaxtilə Qarabağ regionunda geyinilən milli kostyumların üzərinə tikilən naxışlara oranmentlərlə bəzədilmiş yaxa sancaqları hazırlamağa başlayıblar.

“Mən alıcıların tələbatına uyğun olan və mərkəzə gələn əksər uşaqların yol xərcini, rəssamlıq təhsiliniə lazım olan vəsaiti ödəyəcək, həmçinin lak və boya alınması ilə bağlı problemin həllinə kömək edəcək məmulatlar hazırlamaq istəmişdim”, – mərkəzin rəhbəri Mariam Muqdusyan deyir.

“Muqsudyan” incəsənət mərkəzində hazırlanan suvenirlər

Son iki ay ərzində mərkəz “Xnar” (erməni dilindən tərcümədə əl işi deməkdir) adlanan 200 yaxa sancağı satıb.

“Dağlıq Qarabağ mədəniyyəti, yerli xalçaların əlvan rəngləri cəlbedicidir və özündə qeyri-adi ahəngləri özündə əks etdirir. Biz Qarabağ vişapaqorqlarının (“əjdaha” xalçaları) detallarını geyimlərdə istifadə etməyə başlamışıq. Təcrübə göstərib ki, Qarabağ tematikalı əl işi yaxa sancaqlarına böyük tələbat var”.

Bundan başqa, Qarabağ “əjdahalarından” alınan naxışlarla ayaqqabıları da bəzəməyə başlayıblar.

İstisna deyil ki, Mariamın digər ideyası da həyata keçəcək və qadim ornamentlər yerli dizaynerlər tərəfindən geyim istehsalında istifadə olunacaq.

“Əlbəttə, turistlər üçün maraqlı deyil bu sancağı kim hazırlayıb. Amma onları alır, taxır və tanınmamış ölkənin rəmzlərini görürlər. Dekorativ tətbiqi sənət və suvenirlər Dağlıq Qarabağı gözönünə çıxarır”, – Mariam hesab edir.

Mədəni Antropologiya məsələləri üzrə ekspert Hamlet Melkumyan Qarabağ rəmzlərinin əks olunduğu suvenirlərin populyarlığını ilk növbədə onlara olan tələbatla izah edir – əgər suvernirlər satılmasaydı, onlar piştaxtalarda olmazdı.

Ekspertin sözlərinə görə, suvenirlərin hazırlanmasında istifadə olunan DQ gerbi hərbi-vətənpərvərlik mesajı daşıyır.

“Gerbli suvenirlər əsasən dövlər xadimlərinin və hərbçilərin kabinetlərini bəzəyir. Elə bu məntiqlə də onlar yaradılır və vətənpərvərlik rəmzini özündə ehtiva edir”, – ekspert qeyd edib.

Suvenir bazarında müharibə, münaqişə və düşmənlik anlayışı olmasa da, burada hərbi vətənpərvərlik ideyası geniş istifadə olunur. Bəzən hətta suvenirlər də siyasiləşdirilir. Üzərində xəritə əks olunan məmulatları da onların sırasına aid etmək olar.

“Klassik, hamı tərəfindən qəbul edilmiş xəritələri götürüb, suvenirlərin üzərinə çap edir, bununla da Qarabağın Ermənistanın tarixi ərazisi və ya ikinci erməni dövləti olduğunu nümayiş etdirirlər”

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

 


More on JAMnews