Rusiya kanallarının yayımı dövlətlərarası sazişdə nəzərdə tutulsa da, məsələ parlamentdə müzakirə edilib " />

Ermənistanda Rusiya telekanallarının yayımında təhlükə görür, amma qadağan etməyi düşünmürlər

Rusiya kanallarının yayımı dövlətlərarası sazişdə nəzərdə tutulsa da, məsələ parlamentdə müzakirə edilib

Ermənistanda yayımlanan Rusiya telekanalları tez-tez “irqçi, dini zorakılıq çağırışları” yayır, amma Milli Televiziya və Radio Komissiyasının yol verilən pozuntulara görə cəzalandırma mexanizmi yoxdur. Rusiya telekanallarının Ermənistanda yayımı dövlətlərarası sazişdə nəzərdə tutulsa da, bu məsələ parlamentdə müzakirə olunub.

Qafqazda azadlıq: Ermənistanda vəziyyət yaxşılaşır, Gürcüstanda pisləşir, Azərbaycan yerində sayır. Freedom House

Rusiya haqda yalnız yaxşı şeylər. Rusiya yönlü media xaricdə necə maliyyələşdirilir və idrarə olunur?

 Təhlükə nədədir?

Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Hakopyan bəyan edib ki, Ermənistan xarici teleşirkətlərin ictimai multiplekc sahəsində mövcudluğuna imkan vermək məcburiyyətindədir, bu da onun fikrincə, müəyyən təhlükə doğurur.

“Dünyada heç bir ölkə əcnəbi telekanalları öz ictimai multipleksinə daxil etmir. Bunun müxtəlif səbəbləri var: həm texniki, həm siyasi, həm ideoloji, milli dilin qorunması, həmçinin də informasiya təhlükəsizliyi məsələsində yaratdığı təhlükənin nəzərə alınması”.

Ermənistanda hazırda 5 xarici telekanal yayımlanır. Bunlar Rusiyanın “Birinci kanalı”, “Rossiya” və “Rossiya Kultura”, həmçinin dövlətlərarası “Mir” və Amerikanın CNN telekanallarıdır. Bunlar ictimai multipleks çərçivəsində fəaliyyət göstərən 27 teleşirkətin tərkibinə daxildir. Yəni onlardan 5-i erməni dilində yayımlanmır. Amma narahatlıq üçün başqa səbəblər də var, məsələn, Rusiya televiziya kanallarının kontenti ilə bağlı məsələ.

“Bizim heç birimiz üçün sirr deyil ki, onlar öz tok-şoularında irqçi, dini və digər xarakterli çox vaxt özünə diskriminasiyanı da daxil edən çağırışlar edə bilirlər”, – Milli Televiziya və Radio Komissiyasının rəhbəri bildirib.

Tiqran Hakopyan Ermənistanın əlində bu telekanallara qarşı heç bir təsir rıçaqının, bu cür hallarda həmin telekanalları cərimələməyə və məsuliyyətə cəlb etməyə imkan verən mexanizmlərin olmamasından narahatdır:

“Bu əcnəbi şirkətlər hər hansı pozuntuya yol verdikləri zaman onlara qarşı bizim qanunvericilikdə nəzərdə tutulan sanksiyaları tətbiq etmək mümkün deyil”.

 Məhdudlaşdırma haqda təklif

Rusiya telekanallarının fəaliyyətinin məhdudlaşdırılması mövzusu həm cəmiyyətdə, həm də parlamentdə fəal müzakirə olunur.

Ötən gün “Mənim addımım” iqtidar fraksiyasının deputatı Narine Tuxikyan Milli Televiziya və Radio Komissiyasına təklif edib ki, “Mir”, “Rossiya” və “Birinci kanal”ın bəzi verilişlərinin yayımı məhdudlaşdırılsın.

O öz təklifini bu resursların anti-erməni kontent yaratması ilə əsaslandırıb:

“Sazişin olmasına rəğmən bəzi anti-erməni və ya ermənilərə qarşı nifrəti qızışdıran proqramların yayımını məhdudlaşdırmaq və ya dayandırmaq mümkündürmü?”

Cavabında Milli Televiziya və Radio Komissiyasının sədri qeyd edib ki, bu, siyasi məsələdir, Ukrayna və Gürcüstan təcrübəsi Ermənistana lazım deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu təkliflə razı deyil:

“İstənilən teleşirkət və istənilən dövlət üçün müəyyən ədəb sərhədləri var. Və bu sərhədləri gözləmək lazımdır. Amma heç kim kimsənin öz fikrini ifadə etmək haqqını məhdudlaşdırmaq niyyətində deyil”.

 Sosial şəbəkələrdə nə yazırlar?

Sosial şəbəkələrdə Rusiya telekanallarının fəaliyyətini məhdudlaşdırmaq təklifinə reaksiya birmənalı olmayıb.

İstifadəçilərin bir qismi hesab edir ki, Rusiya kanallarının efir imkanlarının məhdudlaşdırılması haqda təklif onların Ermənistanın yeni hakimiyyətini tənqid etməsi ilə bağlıdır. Facebook sosial şəbəkəsinin digər istifadəçiləri isə güman edir ki, Rusiya telekanallarının yayımı dayandırılmalıdır, çünki onlar tez-tez Ermənistan əleyhinə materiallar hazırlayırlar.

Tipik şərhlərdən bəziləri:

“Belə başa düşürəm ki, problem Rusiya mediasının Ermənistanın hazırkı hakimiyyətini açıq tənqid etməsindədir. Onların efir imkanlarının məhdudlaşdırılması senzura tətbiq etmək cəhdidir”.

“Qadağalar əhəmiyyətsizdir. İnsanlar onsuz da həmin kanalları internetdən izləyəcəklər”.

“Mən Rusiya TV-nə başmağın mənasını görmürəm. “Kultura”dan başqa bütün Rusiya kanallarını bağlamaq lazımdır”.

“Rusiya kanallarının söz azadlığına nə dəxli var? Biz niyə onlara bizim məkanda öz təşviqatlarını aparmağa imkan verməliyik?”

Facebook Comments

More on JAMnews