Rusiya bazası poliqonu yaxınlığında yerləşən Panik kəndində sakinləri öncədən xəbərdar etmədən təlim keçirilib. Baş nazir Paşinyan insidentə kəskin reaksiya verib " />

Ermənistanda Rusiya hərbi bazası ilə bağlı növbəti qalmaqal

Rusiya bazası poliqonu yaxınlığında yerləşən Panik kəndində sakinləri öncədən xəbərdar etmədən təlim keçirilib. Baş nazir Paşinyan insidentə kəskin reaksiya verib

Ermənistanın baş naziri Nikol Paşinyan 102-ci Rusiya hərbi bazasının Panik kəndində keçirdiyi təlimi Ermənistan-Rusiya münasibətlərinə və Ermənistanın suverenliyinə qarşı təxribat adlandırıb.

“İnsidentə cavabdeh olanlar aşkar olunmalı və məsuliyyətə cəlb edilməlidir”, – deyə Paşinyan bildirib.

Kənd ərazisində partlayış və güllə səsləri sakinlərdə panika yaradıb, çünki onları təlimlərin keçirilməsi barədə xəbərdar etməyiblər.

Baza nümayəndələri ilə bazanın yerləşdiyi Şirak vilayətinin qubernatoru Karen Saruxanyan görüşüb. Görüşdən sonra bildirib ki, hərbçilər üzrxahlıq ediblər:

“Onlar bütün bunların fors-major olduğunu deyiblər, bunu məhz bu yerdə həyata keçirməyə hazırlaşmırdılar, buna görə üzr istəyiblər və bunun bir daha təkrar olunmayacağını bildiriblər.

Xidməti araşdırma gedir, günahkarlar cəzalandırılacaq. Onlar deyib ki, tədbirlər, açıq qapı günü  təşkil edib, sakinləri də dəvət edəcəklər ki, düşmənçilik yaranmasın. Onlar deyiblər ki, biz qardaş ölkələrik, sadəcə səhlənkarlıq olub”.

  Gümridəki hərbi baza ilə bağlı olan faciəvi hadisələr və cinayətlər barədə. Ermənistanda Rusiya bazası: müdafiə yoxsa təhdid?      

Baş nazirin bəyanatını keçmiş hakim Respublika partiyasının nümayəndəsi Armen Aşotyan tənqid edib. Onun fikrincə, Panik kəndində insidentə bu cür kəskin reaksiya verməyə ehtiyac yoxuydu:

“Əlbəttə, Ermənistanın suverenliyinə istənilən təcavüz yolverilməzdir. Amma bu, belə hadisə deyildi. Dünənki gün üçün təşlimlərlə bağlı insidenti ictimai müzakirələrlə həll olunmuş hesab etmək, rusiyalı hərbçilərin üzrxahlığını qəbul edib, bu cür hadisələri gələcəkdə istisna edərək, adi qaydada münasibətləri davam etdirmək olardı”.

Aşotyanın sözlərinə görə, “Rusiya-Ermənistan münasibətlərinin strateji dərinliyinə müvafiq olmayan qiymətlər vermək təhlükəlidir”.


More on JAMnews