“Ən azı bir dəfə narkotikdən istifadə edənlərin sayı 30 minə çatıb”, - baş narkoloq bildirib" />

Ermənistanda rəsmi qeydiyyatdan keçən narkomanların sayı artıb

“Ən azı bir dəfə narkotikdən istifadə edənlərin sayı 30 minə çatıb”, - baş narkoloq bildirib

Ermənistanda narkomanların sayı çoxalıb. Ermənistan Səhiyyə Nazirliyinin baş narkoloqu, Narkoloji Dispanserin baş direktoru Petros Semercyan aşağıdakı göstəriciləri təqdim edib:

  • 2016-cı ildə Ermənistanda 6010 narkoman rəsmi qeydiyyatdan keçmişdi;
  • 2017-ci ildə 6544 narkoman qeydiyyatdan keçib.

“Qeyd etmək lazımdır ki, bu, yalnız rəsmi rəqəmlərdir, qeyri-rəsmi göstəricilərə görə isə Ermənistanda ən azı bir dəfə narkotik istifadə edənlərin sayı 30 min nəfərə çatır. Bu insanlar da narkotik aludəçisi hesab olunur”, – Petros Semercan deyir.

Onun sözlərinə görə, ölkədə narkotik asılılığı göstəricisi artır, üstəlik bu vəziyyət yalnız Ermənistanda yox, bütün dünyada müşahidə olunur.

Ermənistanda narkotik aludəçilərinin əksəriyyəti marixuana (nəşə) istifadə edir.

2017-ci ildə qeydiyyatdan gkeçənlər:

  • 4064 nəfər marixuana istifadəçisi;
  • 2476 nəfər tiryək istifadəçisi;
  • üç nəfər kokain istifadəçisi.

Narkotik aludəçilərinin üçdə biri 19-27 yaş arasındadır, 16-17 yaşlılar tək-təkdir.

Bundan başqa Ermənistanda narkomaniya əsasən kişilər arasında yayılıb. 2016-cı ildə narkotik asılılığı olan qadınların sayı 95 nəfər, 2017-ci ildə isə 105 nəfər olub.

 

Facebook Comments

More on JAMnews