Hökumət binası qarşısında keçirilən etiraz aksiyası iştirakçıları bəyan edirlər ki, bu, müəssisələri müflisləşdirəcək və insanları işsiz qoyacaq" />

Ermənistanda qazlı içkilərə tətbiq olunan verginin artırılmasına etiraz edirlər

Hökumət binası qarşısında keçirilən etiraz aksiyası iştirakçıları bəyan edirlər ki, bu, müəssisələri müflisləşdirəcək və insanları işsiz qoyacaq

Ermənistanda qazlı ikilər aksiz vergisinə tabe tutulacaq. Bu da onların bahalaşmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq istehsalçı şirkətlərin nümayəndələri hökumət binası qarşısında bu yaxınlarda Vergilər Məcəlləsinə edilməli olan dəyişikliklərə etiraz edirlər.

Ermənistanda siqaretin kəskin bahalaşması gözlənilir

“Qəzəb məni boğur”. Gürcüstan – iş yerində xəsarət alan insanların hekayələri

Niyə erməni fəhlələrə Rusiyaya getmək artıq sərf eləmir?

Problem nədədir?

Maliyyə Nazirliyinin Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqda təklifi qəzəbə səbəb olub. Əgər düzəlişlər qəbul edilsə, bu məhsulun 1 litrinə görə vergi beş faiz yüksələcək.

Yalnız xırda və orta biznes nümayəndələri yox, Coca-Cola Hellinc Armenia kimi böyük istehsalçı şirkət də dəyişikliklərə qarşı çıxır.

Etiraz aksiyasında iştirak edənlər hökumət binası qarşısına “Mən işsiz olacağam”, “Hökumət orta biznesi məhv edir”, “Qazlı içkilərin bahalaşmasına yox!” plakatları ilə gəliblər.

Coca-cola istehsal edən şirkətin baş direktoru Qurgen Narimanyan ötən gün verginin yüksəlməsinin qazlı içkilərin 30-40 dram (təxminən 8 sent) bahalaşmasına gətirib çıxaracağını bildirib və gözlənilən nəticələr haqda danışıb:

“Bundan sonra satışlar, gəlir və ən nəhayət, iş yerləri azalacaq. Üstəlik bu, sadəcə ilkin nəticələrdir, amma bununla məsələ məhdudlaşmır. Biz uzun zəncir haqda danışırıq və onun yalnız bir hissəsini indi proqnozlaşdırmaq mümkündür”.

Hay Cola Ermənistan şirkətinin nümayəndəsi Tiqran Ovsepyanın sözlərinə görə, şirkətdə 100 nəfər çalışır, vergi dəyişiklikləri nəticəsində müəssisə bağlanmaq təhlükəsi qarşısında qala bilər:

“Bizi günahlandırırlar ki, istehsal etdiyimiz içkilər sağlamlığa ziyan vurur. Belə çıxır ki, biz neçə illərdir insanları zəhərləmişik?! Qoy öz ittihamlarını əsaslandırsınlar. Əslində isə biz burada bazarın inhisara alınması cəhdini görürük”.

Etiraz edənlər arasında “Mari” şirkəsinin işçiləri də olub. Nu müəssisədə cəmi 40 nəfər çalışır və vergilərin yüksəldilməsi onun da bağlanmasına səbəb ola bilər.

“Biz artıq 20 ildir ki, işləyirik, necə olur ki, bir anın içində bizim məhsulumuz zərərli elan olunur? Üstəlik bizim ödəməli olduğumuz kreditlərimiz var”, – müəssisə əməkdaşları qəzəblərini bildiriblər.

Səhiyyə və Maliyyə nazirliklərində nə deyirlər?

Ermənistanın Səhiyyə Nazirliyi ötən ilin sonunda qazlı içkilərin istifadəsini azaltmaq təşəbbüsü ilə çıxış edib. Nazirliyin mütəxəssisləri öz təkliflərini alkoqolsuz içkilərin tərkibində olan şəkərin sağlamlığa böyük ziyan vurması ilə izah ediblər.

Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin bəyanatını diqqətdən kənarda saxlamayıb və bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər etmək niyyətindədirlər.

Əvvəlcə 1 litrinin tərkibində şəkərin miqdarı 5 faizdən yüksək olan alkoqolsuz içkilərə 5 faiz həcmində aksiz vergisi tətbiq etmək nəzərdə tutulmuşdu. Amma daha sonra yalnız tərkibində şəkər olan qazlı içkilərə yox, mineral sulara, dadlandırıcılı qazlı içkilərə də vergi tətbiq etmək qərarına gəliblər.

Beynəlxalq təcrübə

Necə deyərlər, “şəkər vergisi” artıq bir ilə yaxındır ki, Böyük Britaniyada mövcuddur. Bu vergi tərkibində şəkər norması aşılan alkoqolsuz içkilərə tətbiq edilir.

Beləliklə Britaniya hakimiyyəti piylənməyə gətirib çıxaran şəkərli içkilərin istehsalının azalmasına nail olmaq istəyir.

Böyük Britaniyada yüksək süd tərkibli içkilər bu vergidən azad edilib, çünki belə içkilər sağlam pəhriz üçün mühümdür. Vergi ödəyicilərindən toplanan bütün vəsaitləri isə məktəblilər arasında fiziki fəallığı və balanslı qidalanmanı təbliğ edən proqramlara yönəltmək niyyətindədirlər.


More on JAMnews