Ermənistanda pirsinqlə yaşamaq asan deyil " />

Meri Mamyan, 25 yaş, Yerevan

Ermənistanda pirsinqlə yaşamaq asan deyil

Untitled-3

– Siz ermənisiz?

– Bəli, nədir ki?

– Nə bilim, sifətiniz… Ermənistanda bu cür görünüşlü qız görməyə alışmamışıq, – vernisajda bəzək əşyaları satan qadın mənə deyir.

Bu yaxınlarda isə bazarda meyvə alırdım, birdən satıcı mənə qayıtdı ki:

– Bağışla, qızım, qoca arvadam, çox şeyi də başa düşmürəm. Amma bu, nəsə deməkdir?

– Yox. Heç nə demək deyil. Sadəcə xoşuma gəlir, – qadına cavab verirəm.

– Bəs ağrıtmadı? Qorxmadın? Valideynərin necə reaksiya verdi? – mobil telefonlara xidmət mərkəzində işləyən gənc xanım xəbər alır.

– Əvvəllər valideynlərimin xoşuna gəlmirdi, amma sonra öyrəşdilər, – deyirəm. – İstəyirsizsə, mütləq siz də eləyin.

Hər gün eyni şey. Əslində, məndən mütəmadi olaraq bunu niyə etdiyimi soruşmasaydılar, bu cür bəzəklə gəzdiyimi unudardım. Həm də əlbəttə ki, qıcıqlandırır. Amma gələn il üçüncünü də elətdirmək qərarına gəlmişəm.

«Qafqaz insanı» — birinci şəxsdən qısa hekayələr

 


More on JAMnews