Onlar bunu könüllü şəkildə edirlər – amma aksiyaya “inqilab” lideri Nikol Paşinyanın təzyiqi də təsir edirb" />

Ermənistanda oliqarxlar büdcəyə on milyonlarla dollar vermək niyyətindədirlər

Onlar bunu könüllü şəkildə edirlər – amma aksiyaya “inqilab” lideri Nikol Paşinyanın təzyiqi də təsir edirb

Keçmiş Ermənistan prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan öz bank hesablarından birindən dövlət xəzinəsinə 30 milyon dollar qaytarmağa hazırdır. Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri, çirkli pulların yuyulmasında ittiham olunan Armen Avetisyan isə Tsaxkadzordakı otelini dövlətə vermək istəyir. Bu haqda Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bəyan edib.

30 milyon nədir və haradan çıxıb?

Armen Sarqsyanın 30 milyon dolları haqda söhbətlər Ermənistanda bir neçə ay əvvəl başlayıb. Əvvəlcə bu haqda Nikol Paşinyan danışıb. Bu, sentyabrda, Yerevan Ağsaqqallar Şurasına, yəni paytaxt parlamentinə seçkilər zamanı baş verib:

“Serj Sarqsyanın qardaşı Saşik Sarqsyanın yalnız bir Ermənistan bankında 30 milyon dolları var və bütün bu vəsaitə həbs qoyulub. Mən tələb edirəm ki, Saşik Sarqsyan ictimaiyyət qarşısında bir həftə içində könüllü şəkildə 30 milyon dolları dövlət büdcəsinə qaytarsın”.

Keçmiş prezident Serj Sarqsyanın qardaşı oğlu qərlə təşəbbüsdə şübhıli bilinir

Ermənistanda inqilabdan sonra ilk rüşvətxorluq halı qeydə alınıb

Aleksandr Sarqsyan bu bəyanatın cavabında baş naziri bank sirrini yaymaqda günahlandırıb və bütün hesabları üzərindən həbsi götürməyə çağırıb. O, bildirib ki, vəsaitlər qanuni yolla əldə edilib:

“Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, mən bu vəsaiti qanunsuz yolla əldə etməmişəm və qanuni yolla müsadirə edilə bilməz. Amma mənə qarşı mənfi münasibətə görə öz vəzifə səlahiyyətlərindən və hakimiyyətindən yararlanaraq təhdid edir ki, mən könüllü şəkildə mənə məxsus olan pulları dövlət büdcəsinə verim. Əminəm ki, baş nazir və hüquq-mühafizə orqanları Ermənistan baş nazirinin bu əməllərinin hüquqi nöqteyi-nəzərdən necə kvalifikasiya edildiyini çox yaxşı başa düşürlər”.

Aleksandr Sarqsyan bildirib ki, 1985-1995-ci illərdə Rusiyada bizneslə məşğul olub və Ermənistana böyük məbləğdə pilla qayıdıb. O, həmçinin xatırladıb ki, vətəndə də bizneslə məşğul olub.

Daha sonra məlum olub ki, Aleksandr Sarqsyanın bütün hesablarına həbsi Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi qoyub. İlkin istintaqın gedişatı haqda konkret məlumat yoxdur. Aleksandr Sarqsyana qarşı cinayət işi də hələlik qaldırılmayb.

İndi isə Paşinyan bildirir ki, eks-prezidentin qardaşı könüllü şəkildə dövlət büdcəsinə 30 milyon dollar ödəməyə hazırdır. Bunun nə ilə bağlı olduğu hələlik bəlli deyil.

Aleksandr Sarqsyan nə ilə məşhurdur?

Ermənistanın keçmiş prezidentinin qardaşını el arasında “Saşik” adlandırırlar. Onun haqqında çox vaxt “Saşikin 50 faizi” ifadəsini eşitmək mümkündür. Serj Sarqsyanın prezidentliyi dövründə xalq arasında çoxları deyirdilər ki, biznesmenlər onun qardaşı Saşikə öz gəlirinin 50 faizini ödəmək məcburiyyətindədir. Ermənistanda hakimiyyət dəyişikliyi baş tutandan sonra bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması tələbi səslənməyə başladı.

Məxməri inqilabdan sonra Aleksandr Sarqsyan bir neçə dəfə saxlanılıb, üzərində axtarış edilib və silah tapılıb, amma bu silahın icazəli olduğu ortaya çıxıb. Milli Təhlükəsizlik Xidməti də Aleksandr Sarqsyanın evində axtarış aparıb və bundan sonra onun oğlu Narek Sarqsyan haqda axtarış elan edilib.

Dövlətə digər hədiyyə – keşmiş gömrük şefindən gəlib

Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyan özünə məxsus Tsaxkadzordakı oteli dövlətə bağışlamaq niyyətindədir. Bu haqda da baş nazir Nikol Paşinyan bildirib. Avitisyana qarşı daha əvvəl çirkli pulların yuyulması maddəsi ilə cinayət işi qaldırılıb:

“Mənə məlumat veriblər ki, Armen Avetisyanın ailəsi bir neçə gün əvvəl Dövlək Əmlak Komitəsinə müraciət edərək, deyib ki, Tsaxkadzordakı Golden Palace otelini dövlətə bağışlayır. Cinayət işi qaldırılıb, amma görrünən odur ki, onlar cəmiyyətdə əhvalın dəyişəcəyinə ümid edərək… bu addıma qərar veriblər”.

Paşinyan bildirib ki, əgər ötürülmə proseduru həyata keçirilsə, otel ictimai auksiona çıxarılacaq. Baş nazir səlahiyyətlərini yerinə yetirən Paşinyanın dəyərləndirməsinə görə, otel 20 milyon dollar dəyərindədir.

Armen Avetisyan Robert Koçaryanın prezidentliyi dövründə Dövlət Gömrük Komitəsinə rəhbərlik edir.


More on JAMnews