Polis səhərdən hərəkat iştirakçılarını saxlamağa başlayıb, amma hərəkat lideri dinc yürüşün davam etdirilməsinə icazə almağa nail olub " />

Ermənistanda “məxməri inqilab” davam edir

Polis səhərdən hərəkat iştirakçılarını saxlamağa başlayıb, amma hərəkat lideri dinc yürüşün davam etdirilməsinə icazə almağa nail olub

İtaətsizlik hərəkatına başçılıq edən və dünən məxməri inqilabın başladığını elan edən Nikol Paşinyan səhərdən böyük nümayişçilər kolonnası ilə Yerevanın mərkəzinə doğru hərəkət edir.  

Նստացույց Պետական Համալսարանի մոտ

Posted by Ջեմնյուզ – JAMnews Armenian on 2018 წლის 18 აპრილი, ოთხშაბათი

Polis səhərdən çələri bağlamağa cəhd edən hərəkat iştirakçılarını saxlamağa başlayıb. Dünən axşam baş tutan çoxsaylı mitinq zamanı o, bildirib ki, onlar küçələri bağlamağa və hərəkəti iflic vəziyyətinə salmağa davam edəcəklər. Bu gün, səhər 10:00-dan da nümayişçilər bunu etməyə çalışır.

Polis bildirir ki, hansısa küçələrin avtomobil hərəkətini açmalıdır, bununla bağlı olaraq da onlara mane olan vətəndaşlar saxlanılır.

Paşinyan artıq polisləri yola gətirib, onun başçılığı ilə böyük kolonnanın dinc yürüşünün davam etdirilməsinə icazə almağa nail olub.

Bnazirin iqamətgahının qarşısında polis kordonu bu gün yoxdur, burada ancaq bir neçə polis əməkdaşı var. İkinci dərəcəli küçələrdə daha çox polis var.

Hərəkat lideri əlində ruporla aksiya iştirakçılarına mütəmadi olaraq xatırladır:

“Polislərə hörmətlə yanaşın, heç bir zorakılıq olmasın. Bizim mübarizəmiz dünəndən baş nazir olan Serj Sarqsyana qarşı yönəlib. Biz polislərlə mübarizə aparmırıq”.

Paşinyan vaxtaşırı olaraq həm də etiraz iştirakçılarını gigiyenik maskaları çıxarmağa çağırır, çünki qorxmağa səbəb yoxdur – aksiya dincdir və polis onlara qarşı xüsusi vasitələrdən istifadə etməyəcək.

Jurnalistlər isə bildirir ki, polislərin əlində əleyhqaz var ki, bu da xüsusi vasitələrin istifadəsinin istisna edilmədiyindən xəbər verir.

Vəziyyət istənilən an gərginləşə bilər. JAMnews hadisələrin gedişatını izləməyə davam edir.

İtaətsizlik hərəkatının başlaması və son günlərin hadisələri barədə bütün detallar JAMnews-un materiallarında: 

Ermənistanda Serj Sarqsyanın hakimiyyətinin davamına etiraz edən partiyanın üzvləri saxlanılıb

Yerevan: müxalifət Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı fasiləsiz aksiyalara başlayıb

Müxalifət Ermənistanın İctimai Radiosu binasına canlı efir tələbilə soxulub

Yerevanda etirazçılar parlamentin ətrafında çadırlarda gecələyəcəklər ki, aprelin 17-də deputatları binaya buraxmasınlar

Ermənistanın keçmiş prezidenti ölkənin mütləq hakimiyyətə sahib baş naziri oldu. JAMnews-un reportajı: Ermənistanda etirazların beşinci günü

Ermənistanda hakimiyyət uğrunda mübarizə əvəzinə şou

Ermənistan müxalifəti məxməri inqilaba başlayır


More on JAMnews