Səhiyyə Nazirliyi ictimai yerlərdə siqaret çəkməyə görə böyük məbləğdə cərimələr nəzərdə tutan qanun layihəsini ictimailəşdirib " />

Ermənistanda liftdə və ya kafedə siqaret çəkənlər 520 dollar cərimə ödəyəcək

Səhiyyə Nazirliyi ictimai yerlərdə siqaret çəkməyə görə böyük məbləğdə cərimələr nəzərdə tutan qanun layihəsini ictimailəşdirib

Ermənistanda ictimai yerlərdə siqaret çəkmək qadağan olunacaq. Qadağaya tabe olmayanlar üçün iri həcmdə cərimələr nəzərdə tutulub. Səhiyyə Nazirliyi cəmiyyətdə müzakirəyə başlamaq məqsədilə qanun layihəsini dərc edib.

Nəzərdə tutulan cərimələrin məbləği qadağa pozucusunun harada aşkarlanmasından asılı olaraq aşağıdakı kimi müəyyən edilib:

  • Lift, kafe və ya ofisdə – 250.000 dram ($ 520)
  • Avtomobildə – 50.000 dram ($ 104)
  • Nəqliyyat vasitəsində, taksidə – 100.000 dram ($ 208)

Həmçinin siqaret satanlar üçün də cərimələr nəzərdə tutulub:

  • Dənə ilə:000 dram ($ 624),
  • Məktəbin 100 metrliyində: 500.000 dram ($1040).

Hökumətin layihəsinə əsasən, əməkdaşlarına siqaret çəkməyi qadağan etməyən rəhbərləri 500.000 dram ($1040) cərimə gözləyir. Siqaret çəkməyi qadağan edən işarəni məkana asmayanlar üçün 100.000 dram ($ 208) həcmində cərimə nəzərdə tutulub.

Məkanlardan kənarda müvafiq qaydada hazırlanmış siqaret çəkmək üçün xüsusi yerlər ayrılacaq.

Siqaret çəkməklə yeni mübarizə strategiyası hökumət tərəfindən ötən ilin avqustunda qəbul olunub. Onun məqsədi siqaret çəkənlərin sayını 30-40 faiz azaltmaqdır.

“Ermənistanda yetkinlik yaşına çatmış kişilərin 55 faizi, qadınların isə 3 faizi siqaret çəkir. Buna görə də ictimai yerlərdə siqaret çəkməyi qadağan etmək istəyirik. Restoranlarda siqaret çəkənlər üçün ayrıca məkanlar olmayacq, çünki mübarizmizin məqsədi siqaret çəkməyənlərin yanında siqaret çəkməyin qarşısını almaq deyil, ümumiyyətlə siqaretdən imtinadır”,daha əvvəl səhiyyə naziri Levon Altunyan bildirmişdi.


More on JAMnews