İstehlakçı hüquqlarını müdafiə edənlər bildiriblər ki, bu məhsul dövlət orqanlarının məsuliyyətsizliyi üzündən piştaxtalara gəlib çıxıb" />

Ermənistanda insan sağlamlığı üçün təhlükəli olan toyuq əti satılırmış

İstehlakçı hüquqlarını müdafiə edənlər bildiriblər ki, bu məhsul dövlət orqanlarının məsuliyyətsizliyi üzündən piştaxtalara gəlib çıxıb

Ermənistanda satışda insan sağlamlığı üçün təhlükəli olan və qidaya yaramayan toyuq əti aşkarlanıb. Qida Məhsullarının Təhlükəsizliyi Dövlət Xidməti laboratoriya ekspertizasının nəticələrini təqdim edib.

Toyuq ətində mədə-bağırsaq infeksiyalarına səbəb olan salmonella və listeriya aşkar edilib.

Keyfiyyətsiz məhsullar Ermənistana üç ölkədən gətirilib:

  • Braziliya
  • Rusiya
  • Ukrayna

“Məlumatlandırılmış və müdafiə olunmuş istehlakçılar” ictimai təşkilatının rəhbəri Babken Pipoyan qeyd edib ki, keyfiyyəti şübhəli olan toyuq əti yalnız dövlət orqanlarının məsuliyyətsizliyi üzündən bazara yol açıb:

“Əgər kənd təsərrüfatı sahəsində bunun necə bir təhlükə olduğunu anlayan insanlar yoxdursa, heç olmasa Səhiyyə Nazirliyi icra orqanına izah etməli idi ki, belə davam etmək olmaz, sadəcə insanlar yazıqdır. İstənilən normal ölkədə bu cür qalmaqaldan sonra bir neçə şəxs nəinki vəzifəsindən olardı, hətta onlara qarşı cinayət işinin qaldırılması da istisna deyildi”.

Hələlik hökumətin insan sağlamlığı üçün təhlükəli olan məhsulu ölkəyə gətirənləri cəzalandırmaq üçün hansı tədbirləri görəcəyi bəlli deyil. Bircə o məlumdur ki, idxalçı şirkətlərin anbarlarında aşkarlanan məhsul müsadirə edilib, mağazalara göndərilənlər də geri qaytarılacaq və məhv ediləcək.

 

Facebook Comments

More on JAMnews