Baş nazir ailəsi ilə birlikdə iməcilikdə iştirak edir, lakin paytaxtdakı yerdəyişmələri haqqında məlumat vermir ki, işləsin, müsahibə verməsin" />

Ermənistanda “inqilabi” iməcilikdə ilk dəfə olaraq rəsmi şəxslər də iştirak edir

Baş nazir ailəsi ilə birlikdə iməcilikdə iştirak edir, lakin paytaxtdakı yerdəyişmələri haqqında məlumat vermir ki, işləsin, müsahibə verməsin

Baş nazir Nikol Paşinyan hələ bir ay bundan əvvəl martın 23-nə nəzərdə tutulmuş “inqilabi miqyaslı” iməcilik barədə elan vermişdi. Bu günlərdə özünün mətbuat konfransının gedişində o, yenidən ölkənin bütün sakinlərini təmizlik işləri görmək üçün küçələrə çıxmağa çağırmışdı.

Ermənistanın baş naziri böyük siyasət, azərbaycanlılarla birbaşa söhbət, iməcilik və öz ailəsi haqqında

Ermənistanda bələdçilər turistləri zibilli yerlərdə gəzdirməli olmasınlar deyə iməclik təşkil edirlər

O, ailəsi ilə birlikdə Yerevanda iməcilikdə iştirak edir. Eyni zamanda, baş nazir şəhərdəki yerdəyişmələri haqqında jurnalistlərə məlumat vermir ki, işləsin, müsahibə verməsin.

Hökumət üzvlərinin və deputatların bir hissəsi də bu dəfə ölkə sakinləri ilə birlikdə iməcilikdə iştirak edirlər.

Yerevanda səhər tezdən bütün icmaların sakinləri öz həyətlərini və ətraf əraziləri yığışdırırlar.

Bütün ölkə üzrə keçirilən iməciliyin təşəbbüskarı kimi Ərazi idarəetməsi və inkişafı nazirliyi çıxış edib. Zibilin yığışdırılması “Təmiz Ermənistan” proqramı çərçivəsində həyata keçirilir.

Tarixi və mədəni abidələr, parklar, icmalararası yollar və yaşayış məntəqələrinə yaxın ərazilər zibildən təmizlənir.

Bəzi küçələrdə təmizlik işləri səs-küylü və şən keçir – misal üçün, uşaqların ifasında mahnı sədaları altında.

Facebook Comments

More on JAMnews