Ekspertlər rekord göstəriciləri ixracın artması və Ermənistan şirkətlərinin reytinqinin yüksəlişi ilə izah edirlər " />

Ermənistanda informasiya texnologiyaları sahəsi 2016-cı ildə 40 faizə qədər yüksəlişə nail olub

Ekspertlər rekord göstəriciləri ixracın artması və Ermənistan şirkətlərinin reytinqinin yüksəlişi ilə izah edirlər

Ermənistanda informasiya texnologiyaları sahəsi ötən il 38,8 faiz rekord yüksəlişə nail olub. Milli Statistika Xidmətinin məlumatına görə, informasiya texnologiyalarının orta illik yüksəlişi ölkənin ümumi iqtisadi yüksəlişindən təxminən 7 dəfə artıq olub.

İnformasiya Texnologiyaları Şirkətləri İttifaqının rəhbəri Karen Vardanyanın fikrincə, belə inkişafın səbəbi Ermənistan şirkətlərinin gördüyü işin yüksək keyfiyyətilə bağlıdır. Bu şirkətlər beynəlxalq bazarda öz məhsullarını təqdim edərək ildən ilə daha çox tanınır.

Son zamanlar dünya bazarına Ermənistan istehsalı olan bir neçə orijinal layihə çıxıb. Onlardan biri – Volterman, “ağıllı” pul kisəsidir, hansını ki, itirmək mümkün deyil və ya ən azından çox çətindir. Smart-pul qabı ona quraşdırılmış proqram və çox kiçik kamera sayəsində bir sıra təhlükəsizlik funksiyası ilə təmin olunub.

Digər proqram – SoloLearn Facebook-un hər il keçirdiyi müsabiqənin qalibi olub. JAMnews Ermənistan proqramçılarının bu uğuru haqda az əvvəl məlumat vermişdi.

Ermənistan proqramçılarının hazırladığı əlavə Facebook müsabiqəsində qələbə qazanıb

Vahan Şakaryan – Armphone ու Armtab istehsal edən Technology and Science Dynamics şirkətinin direktoru hesab edir ki, Ermənistan şirkətlərinin uğuru həm də ixracın artması ilə bağlıdır. Eyni zamanda o, mövcud risklərlə bağlı xəbərdarlıq edir: “Ümumiyyətlə iqtisadiyyatda sıçrayış ola bilər. Əsas odur ki, bundan sonra yüksəlişi olmasa da, stabilliyi təmin edəsən. Və bu ciddi problemdir”.

Stabil yüksəlişi saxlamaq üçün isə bu sahənin liderləri hesab edirlər ki, hökumətin dəstəyinə ehtiyac var. Onlar düşünürlər ki, hökumətlə bu sahənin gələcək yüksəlişi və inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi lazım olduğu haqda strateji dialoq aparmaq vacibdir.


More on JAMnews