Hökumət doğumu stimullaşdırmaq və demoqrafik böhranın qarşısını almaq istəyir" />

Ermənistanda ilk uşağa görə verilən müavinət 6 dəfə artırılır

Hökumət doğumu stimullaşdırmaq və demoqrafik böhranın qarşısını almaq istəyir

sağlamlıq, ilk uşağa görə müavinət, Arsen Torosyan

Ermənistanda hökumət ilk uşağa görə ödənən müavinəti 6 dəfə artırmaq qərarı alıb. İndi 50 min dram (103 dollar) əvəzinə körpələrin valideynlərinə 300 min dram (619 dollar) veriləcək. Bununla hökumət lkədə doğumu stimullaşdırmaq və öləni təhdid edən depopulyasiyanın (ölüm hallarının doğum hallarını üstələməsi mərhələsi) qarşısını almağa çalışır.

Doğma özgə uşağı: Ermənistanda surroqat analıq

 Başqa hansı dəyişikliklər baş verib?

Demoqrafik Vəziyyətin Yaxşılaşdırılması üzrə Şuranın iclasında nəzərdə tutulan islahatlar haqda baş nazirin müavini Tiqran Avinyan məlumat verib.

Hökumət ilk uşağa müavinətdən başqa ikinci uşağa görə ödənən müavinətin də artırılması haqda qərar qəbul edib. İndən belə ikinci uşaq üçün ödənən birdəfəlik müavinətin məbləği də 300 min dram (619 dollar) olacaq, əvvəl isə 150 min dram (309  dollar) idi.

Ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün hökumət işləyən anaların aylıq müavinətini 41 faiz artıqmaq qərarına gəlib – 18 min dramdan (37 dollar) 25500 drama (52 dollar).

Müsbət dəyişikliklər kənd icmalarına da aid olacaq. Orada yeni müavinət tətbiq ediləcək – iki yaşına qədər uşaqların anaları hər ay 25500 dram (52 dollar) alacaq.

İslahatın növbəti bəndi uşaq bağçalarında növbələrin aradan qaldırılması ilə bağlıdır. üstəlik uşaqları uşaq bağçalarına daha uzun müddətə – 08.30-dan 19.00-a qədər qoymaq mümkün olacaq. Bu, işləyən valideynlər üçün ççox önəmlidir.

“Mən əlavə etmək istəyərdim ki, bu proqramlar yalnız başlanğıcdır. 2021-ci ildən biz yeni milli ideologiyanı müzakirə etməliyik… 2021-ci ildən bizdə orta göstərici hər ailədə üç uşaq olmalıdır. Və bizim bütün proqramlarımız ona yönlənməlidir ki, Ermənistnda hər orta statistik ailə ən azı üç uşaq istısin və onlara baxmaq imkanında olsun”, – səhiyyə naziri Arsen Torosyan bəyan edib.

İslahatlar nə ilə bağlıdır?

Ermənistan demoqrafik böhrana gəlib çatıb və tədricən depopulyasiyaya yaxınlaşır.

“Bu il Lori vilayətinin tarixində ilk dəfə depopulyasiya qeydə alınıb: ölüm halları doğum hallarını 90 vahid üstələyib. Respublika səviyyəsində biz hələlik depopulyasiya mərhələsinə qədəm qoymamışıq, amma əgər heç bir addım atılmasa, dörd-beş ildən sonra BMT-nin proqnozlarına görə bütün ölkə üzrə ölüm halları doğum hallarını üstələyəcək”, – Ermənistanda BMT-nin Əhali Fondunun icraçı nümayəndsi Tsovinar Harutunyan bildirib.

Bu, ekspertlərin fikrincə, əsasən hazırda 1990-cı illərdə doğulan nəslin evlənmək çağına çatması ilə bağlıdır. Bu illər Ermənistan tarixinin ən ağır dövrlərindən biri olubmüharibə gedirdi, ölkə blokadada, iqtisadiyyat böhranda idi. Bu vəziyyətdə çoxları dünyaya uşaq gətirməyə cəsarət etmirdi.

Müvafiq olaraq, 90-cı illərdə doğulanların sayı 1980-ci illərdə doğulanların sayından 40 faiz azdır. Bu da nikahların və yeni doğulanların sayında özünü göstərməyə bilmızdi. Üstəllik 1990-cı illər nəslinin 20-25 faizi Ermənistanı tərk edib.

Ölkənin depopulyasiya təhdidi ilə üz-üzə qalmasının başqa bir səbəbi cavan kişilərin evlənmək və üzərinə ailə məsuliyyətini götürmək istəməməsi ilə bağlıdır.

Üstəlik 20-40 yaşlılar arasında demoqrafik balans pozulub – ölkədə 6- faiz kimi çatışmır. əsas səbəb isə emiqrasiyadır.

Sosial şəbəkələrdə nə yazırlar?

Facebook sosial şəbəkəsinin Ermənistan seqmentində bu xəbərə xeyli diqqət yetirilib. Bəzi şərhləri təqdim edirik:

“Əla proqramdır! Tanrının köməkliyi ilə yavaş-yavaş hər şey daha yaxşı olacaq”.

“Yəni indi də ölkəmizdə heç nəyin dəyişmədiyini deyəcək insanlar tapılacaq?”

“İnqilabdan sonra yeganə az-çox normal xəbər!”

“Onda biz niyə Avropada yaşayırıq? Ermənistana qayıda, üç, dörd, hətta beş uşaq doğa və onların yaşamı üçün pul qazana bilərik. Əgər bütün bunlar həyata keçsə, inanın, Avropada erməni qalmayacaq!”

“Nəhayət ki, nəsə yaxşı bir şey elədilər. Amma üç uşaq üçün yenə də hələlik heç nə düşünməyiblər”.

 


More on JAMnews