Hər il narkomanların sayı 8-9 faiz artır" />

Ermənistanda getdikcə daha çox insan narkotik qəbul edir

Hər il narkomanların sayı 8-9 faiz artır

Ermənistanda narkomanların sayının atrdığı qeydə alınıb. Göstərici hər il 8-9 faiz artır. Buna baxmayaraq, Ermənistan hələ də narkomanların sayına görə regionda ən son yerdə qalır.

Narkotik qəbul edən insanların sayına görə birinci yerdə İran gəlir. Orada narkomanların sayı 3,5 milyon nəfərdir. Digər qonşu ölkə Gürcüstanda 400 min nəfər narkotik qəbul edir. Ermənistanın baş narkoloqu Petros Semercyan qeyd edir ki, Ermənistandakı narkomanların sayı ilə bağlı rəsmi məlumatlar real vəziyyətdən fərqlidir:

“Ermənistanda 6 min 544 narkoman qeydə alınıb. Bu, narkomaniya diaqnozu qoyulmuş insanlarla bağlı rəsmi göstəricidir. Müxtəlif tədqiqatlara əsasən, qeyri-rəsmi məlumatlara görə, Ermənistanda narkomanların sayı 30 minə yaxındır, onlardan 13 min nəfəri narkotik maddəni venadaxili qəbul edir”.

Ermənistanda narkomanların əhəmiyyətli hissəsi 30-50 yaş arası kişilərdir. Qeydiyyatdan keçmiş narkomanlar arasında 7 nəfər yetkinlik yaşına çatmamış şəxs var. Petros Semercyan qeyd edir ki, bir qayda olaraq, insanlar narkotik qəbuluna yeniyetmə çağında başlayırlar, amma yardım üçün xeyli gec, sağlamlıqla bağlı problem yarananda müraciət edirlər.

Ermənistanda ən çox çətənə və tiryək tərkibli narkotiklər yayılıb.

Reabilitasiya mərkəzlərinə müraciət edən insanların müalicə müddəti pasiyentin vəziyyətindən asılı olaraq 10-40 gün arası çəkir. Ermənistanın baş narkoloqu Petros Semercyan qeyd edir ki, müalicə pasiyentin bir daha narkotik istifadə etməyəcəyi demək deyil:

“Narkomanların bir hissəsi müəyyən həddə çatır və tərgitmək qərarına gəlir, amma onlarda bu alınmır, çünki artıq ciddi asılılıq həddinə çatıblar. Müalicə insanın bu mərhələni keçə bilməsi üçün lazımdır. Müalicədən sonra o, yenə də qəbul edə bilər. Bu, çox vaxt ətrafdakıların təsiri ilə baş verir. Təsadüfi deyil ki, müalicədən sonra altı ay, bir il müddətinə hara isə getmək məsləhət görülür”.


More on JAMnews