Qəza nəticəsində Yerevanda metropolitenin işi dayanıb, hakimiyyət yalnız xüsusi ehtiyac olarsa, elektrik enerjisindən istifadəni tövsiyə edir " />

Ermənistanda enerji kollapsı. Bütün ölkə bir müddət elektriksiz qalıb

Qəza nəticəsində Yerevanda metropolitenin işi dayanıb, hakimiyyət yalnız xüsusi ehtiyac olarsa, elektrik enerjisindən istifadəni tövsiyə edir

Bütün Ermənistan üzrə elektrik enerjisi təchizatı ilıə bağlı irimiqyaslı problemlər qeydə alınıb. Yerevanda sərnişiləri metrodan evakuasiya etməli olublar – vaqonlar yollarda qalıb. Elektrik enerjisi təchizatı kəsildiyi üçün mobil və internet əlaqə operatorların işində fasilələr yaranıb.

Ermənistanın enerji təhlükəsizliyi haqqında

Ermənistan “Sibirinin” sakinləri isitmənin alternativ metodlarından istifadə edirlər

Səbəb nədir?

Elektrik sönəndən dərhal sonra Ermənistan hakimiyyəti enerji sistemində qəza haqda məlumat yayıb. Yerevan istilik enerji mərkəzində və Razdan istilik enerji sisteminin 5-ci enerji blokunda promlem yaranıb.

Bununla əlaqədar olaraq ərazi idarəçiliyi nazirinin müavini Akop Vardanyan təcili mətbuat konfransı keçirib. O bildirib ki, Ermənistanda blekaut İran enerji sistemində yaranan problemlərlə bağlı ola bilər.

“Ermənistan və İranın enerji sistemi sinxron olaraq əlaqəlidir. Versiyalardan birinə görə, tərəddüd İran enerji sistemində güclü səviyyə enişi ilə bağlı ola bilər. İrandakı həmkarlarımız analoji problemlər haqda bildiriblər. Dəqiq deyə bilmərik, amma bu, mümkün səbəblərdən biridir”.

Nazir müavini bildirib ki, şəbəkədə güclü gərginlik azalması baş verib.

Respublikanın şimal rayonları müvəqqəti olaraq Gürcüstanın enerji sisteminə qoşulub.

“Hazırda Ermənistanın Lori Tavuş vilayətləri (respublikanın şimalı) Gürcüstanın enerji sisteminə qoşulub. Oradan saatda 28 MVt elektrik enerjisi alırıq. İrandan indi 42MVt alırıq.

Ermənistanda elektrik istehsalı təxminən 70 faiz bərpa olunub. Bir saat ərzində Razdan İES enerji sisteminə qoşulacaq. Bu saatlarda adətən ölkədə istehlak həcmi 850 MVt təşkil edirdi, indi 600 MVt-a yaxın istehsal olunur”.

Vardanyan əmin edib ki, əgər azalma artıq baş verməsə, 18.00-da bütün enerji sisiteminin işi tam bərpa olunacaq. O deyib ki, əgər Ermənistan enerji sistemi əməkdaşlarının günahı müəyyən edilərsə, onlar cəzalandırılacaqlar.

Ermənistanın strateji obyekrləri necə işləyir?

Enerji kəsiləndən sonra Yerevan metropoliteninin işi dayanıb, stansiyalarda və vaqonlarda olan sərnişinlər evakuasiya edilib.

Fasilələr dəmiryolu xətlərinin işində də qeydə alınıb, amma onları aradan qaldırmaq mümkün olub, qatarlar adi rejimdə yoluna davam edir.

Metsamor AES iyunun 1-dən təmirə dayanıb. Enerji fasilələri yarananda AES sistemdə olmayıb, yaınız öz ehtiyaclarını ödəmək üçün elektrik enerjisindən istifadə edib. Üstəlik AES əməkdaşları tərəddüdlər zamanı onu enerji sistemindən ayırıblar və burada dizel generatorları işə salınıb. Hakimiyyət bildirir ki, atom elektrik stansiyası ilə bağlı təhlükə yoxdur, tam təhlükəsiz durumdadır.

Bir çox yaşayış məntəqələrində telefon əlaqəsi və internetlə bağlı problemlər yaranıb. Su təchizatı nasoslar vasitəsilə həyata keçirilən binalarda su ilə bağlı problem yaranıb.

“Zvartnots” aeroportunun elektriksiz qaldığı haqda informasiya yayılıb. Daha sonra məlum olub ki, Yerevan və Gümri aeroportları adi rejimdə işləyir.

Səhiyyə naziri öz növbəsində bildirib ki, bütün klinikalar və xəstəxanalar ştat rejimində çalışır. O, həmçinin vətəndaşlardan elektrik enerjisindən yalnız xüsusi ehtiyac olduğu zaman istifadə etsinlər ki, enerji “mühüm müəssisələrə yetsin”.


More on JAMnews