Reabilitasiya keçənlərin yarısı bir müddət sonra yenidən ziyanlı vərdişə qayıdır " />

Ermənistanda daha çox insan narkotik istifadəsinə başlayıb

Reabilitasiya keçənlərin yarısı bir müddət sonra yenidən ziyanlı vərdişə qayıdır

Ermənistanda qeydiyyatda olan narkotik aludəçilərinin sayı artıb. 2019-cu ilin yanvarına olan məlumata görə, onların sayı 6951 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur.

Ermənistan: xərçəng, ağrının öhdəsindən necə gəlməli?

Bu gün vəziyyət necədir?

Səhiyyə Nazirliyinin baş narkoloqu Petros Semercyan bildirib:

“Biz onların adlarını, soyadlarını və diaqnozlarını bilirik”.

Bununla belə narkoloq bildirib ki, 2011-ci ildə keçirilən daha bahalı tədqiqata əsaslanan digər bir statistika da var. Bu tədqiqatın göstəricisi təxminən 30 min insandır.

Amma dərin tədqiqatlar adətən yüksək maliyyətinə görə aparılmır.

Yeniyetmələr və qadınlar

Yeniyetmələrə gəlincə, Semercyanın sözlərinə görə, onların arasında narkotik asılılığı olanlar çox deyil:

“Bizdə qeydiyyatda olan yeniyetmə yoxdur. Amma bu o demək deyil ki, onlar arasında narkotik asılılığı olan yoxdur. Biz düşünürük ki, kimsə sadəcə narkoloji xidmətin diqqət mərkəzinə düşməyib. Amma narkomaniya daha çox 30-40 yaşlılar arasında rast gəlinir”.

Nakotik aludəçiərinin çoxu kişilər olsa da, dispanserdə 116 qadın da qeydiyatdan keçib.

Reabilitasiya haqda

Ölkənin baş narkoloqunun sözlərinə görə, Ermənistanda narkomaniyadan əziyyət çəkənlərə bütün qabaqcıl metodikalarla peşəkar yardım təqdim olunur. Amma reabilitasiya keçənlərin yarısı bir müddət sonra yenidən narkotikə qayıdır. Bu, hətta bir neçə il keçəndən sonra da baş verə bilir.

Regiondakı vəziyyət

Narkoloqun sözlərinə görə, bu gün narkotik aludəçilərinin artmasına baxmayaraq, Ermənistan regionun digər ölkələrindən daha yaxşı vəziyyətdədir:

“Beynəlxalq görüşlər zamanı mən 6-7 min narkotik istifadəçisi haqda danışanda qonşu Gürcüstan 400 min nəfər haqda danışır. Beynəlxalq ekspertlər nə bizə, nə də Gürcüstana inanmırlar, çünki hesab edirlər ki, hesablama sistemində boşluq var”.

Qonşu İrana gəlincə, Semercanyanın sözlərinə görə, orada tiryək istifaədsi daha çox yayılıb.


More on JAMnews