Şəxsi məşğuliyyəti olan vətəndaşların vergi güzəştləri haqda qanun qüvvəyə minib" />

Ermənistanda çəkməçilər, dərzilər və saatsazlar daha vergi ödəməyəcək

Şəxsi məşğuliyyəti olan vətəndaşların vergi güzəştləri haqda qanun qüvvəyə minib

Ermənistanın “Şəxsi məşğulliyəti olan vətəndaşların vergi güzəştləri haqqında” Qanuna əsasən 25 fəaliyyət növü vergidən azad edilib. 800 nəfər artıq bu haqqı qazanıb. Qanunda nəzərdə tutulub ki, dövriyyəsi 9 milyon dramı aşmayan iş adamları vergi ödəməkdən azad edilir. Nizamlama yanvarın 1-dən qüvəyə minib.

Bu o deməkdir ki, çəkməçilər, dərzilər, saatsazlar, xarici dil müəllimləri, kompüter və paltaryuyan maşın təmiri ilə məşğul olanlar vergi ödəməkdən azad ediliblər. Onlar ancaq malların ixracı zamanı vergi ödəyəcəklər.

Qərar xırda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə qəbul edilib. Bundan sonra kölgədə işləyən daha böyük sahibkarların fəaliyyəti Dövlət Gəlirləri Komitəsinin diqqət mərkəzində olacaq.

Tert.am nəşri məlumat verir ki, 2016-cı ilin göstəricilərinə görə, Ermənistanda 2 min nəfər şəxsi məşğuliyyət sahibi olan vətəndaş qeydə alınıb və onlara təqdim olunan güzəştin məbləği təxminən 400 milyon dram təşkil edəcək.


More on JAMnews