Şəbəkə erməni startaplarına ayağa durmağa və beynəlxalq bazara çıxmağa kömək edəcək " />

Ermənistanda “biznes mələkləri” startaplara öz işini inkişaf etdirməkdə yardım edəcək

Şəbəkə erməni startaplarına ayağa durmağa və beynəlxalq bazara çıxmağa kömək edəcək

Ermənistanda elm və təhsil sahəsində sərmayədarların qeyri-rəsmi şəbəkəsi olan STAN (Science and Technology Angels Network) yaradılıb. Təşəbbüsün müəllifi FAST Elm və Texnologiyalar Fondudur (The Foundation for Armenian Science and Technology). Fondun nümayəndələri bildirir ki, bu, erməni startapların beynəlxalq bazara çıxması üçün əla imkandır.

Elm və Texnologiyalar Fondu (FAST) 2016-cı ildə yaradılıb. FAST-ın rəsmi saytında fondun nümayəndələri bildirir ki, onun missiyası Ermənistanda və onun hüdudlarından kənarda texnoloji innovasiyalar və elmi təkamül üçün “ekosistemin” yaradılmasıdır. Fond “Ermənistanın, diasporanın və beynəlxalq elmi birliyin elmi, texnoloji və maliyyə resurslarını birləşdirmək” niyyətindədir.

“STAN təşəbbüsü ətrafında Ermənistan və başqa ölkələrdən özlərini “mələk” adlandıran 18 sərmayədar və sahibkar birləşib. Onlar “biznes mələkləri”dir və təkcə maliyyə vəsaiti deyil, həm də məsləhətlər verəcək, həm də startap müəlliflərinə lazımi kontakt və əlaqələrin qurulmasında kömək edəcəklər”, – şəbəkənin həmsədri Ruben Arutunyan deyir.

Beləliklə də maraqlı ideyanı reallaşdırmağı planlaşdıran sahibkar şəbəkəyə yardım üçün müraciət edə, maliyyə, bundan başqa, elm və informasiya texnologiyaları sahəsində zəngin təcrübəsi olan 18 nəfərdən məsləhətlər ala bilər.

STAN müəllifləri bildirib ki, beynəlxalq bazara çıxa biləcək, yəni tək Ermənistanda deyil, həm də onun hüdudlarından kənarda istehlakçılara maraqlı ola bilən startaplara üstünlük veriləcək.

Şəbəkənin həmsədrlərinin sözlərinə görə, onlar fəaliyyətinin erkən mərhələsində olan şirkətlərə sərmayə qoyacaqlar: yəni müəlliflərin artıq həyata keçirdiyi ideya var, amma onun inkişafı üçün maliyyəyə ehtiyacları var.

İlk dörd illik fəaliyyəti dövründə sərmayələr şəbəkəsinin hər bir üzvünün illik töhfəsi 10 000 dollar, beşinci ildən isə 20 000 dollar olacaq.


More on JAMnews