FIDE hələlik bununla bağlı heç bir məlumat dərc etməyib" />

Ermənistanda bildirirlər ki, erməni şahmatçı azərbaycanlı idmançıların ulimatumuna görə Türkiyədə keçirilən turnirdə iştirak etmir

FIDE hələlik bununla bağlı heç bir məlumat dərc etməyib

Ermənistanda yayılan xəbərə görə, Türkiyədə avqustun 19-da başlayan şahmat üzrə Sivas Buruciye International Open Chess Tournament-A beynəlxalq açıq  turniri azərbaycanlı idmançıların tələbi ilə tanınmış erməni şahmatçı Mariya Gevorqyanın iştirakını maliyyələşdirməkdən imtina edib. Əks halda onlar özləri turnirdə iştirak etməyəcəklərini bildiriblər.

İrqçi zarafatına görə azərbaycanlı idman şərhçisi bir aylıq işindən uzaqlaşdırılıb

Bu haqda informasiyanı Ermənistan parlamentinin deputatı, elm, təhsil, mədəniyyət, diaspora, gənclər və idman üzrə daimi komissiyanın sədri Mxitar Hayrapetyan Facebook səhifəsində yazıb.

Turnir təşkilatçıları bununla bağlı heç bir məlumat dərc etməyiblər. Hələlik Türkiyə və Azərbaycan mediası da müzakirələrdə iştirak etmir.

Ermənistandan informasiya

Deputat Mxitar Hayrapetyan yazıb ki, bu xəbəri “Mustafa Eroğlu adlı turnir təşkilatçılarından birindən” alıb.

O bildirib ki, şahmat üzrə beynəlxalq usta və üçqat Ermənistan çempionu Mariya Gevorqyanla görüşüb və artıq Beynəlxalq Şahmat Federasiyasına (FIDE) göndərilmiş rəsmi sorğunu ona göstərib.

Məktubda Hayrapetyan Ermənistan yığmasının üzvünün Türkiyədə keçirilən beynəlxalq turnirdən kənarlaşdırılmasının əsaslandırılmasını tələb edib:

“Faktiki olaraq, Azərbaycan tərəfi irqçi ritorikanı rəhbər tutaraq təzyiq göstərir”, – Hayrapetyan yazıb və tələb edib ki, FIDE “idman ictimaiyyətinə açıqlama versin”.

Deputat həmçinin yazısında bildirib ki, erməni futbolçu Henri Mxitaryan da İngiltərənin “Arsenal” klubunun tərkibinndə futbol üzrə Avropa Liqasının Bakıda 2019-cu il mayın 29-da keçirilən finalında iştirak edə bilməmişdi. Deputat Azərbaycanı erməni idmançıya “kifayət qədər təhlükəsizlik zəmanəti” verə bilməməkdə günahlandırıb.

Qeyd edək ki, Henri Mxitaryanın Bakıda Avropa Liqasının finalında iştirakdan imtinası haqda fərqli fikirlər vardı. Məsələn, Azərbayvan hakimiyyəti və UEFA o zaman rəsmi şəkildə zəmanət vermişdilər ki, “Londonun “Arsenal” klubunun oyunçusu Henri Mxitaryanın Bakıda heç bir problemi olmayacaq”. Amma idmançının özü və klub risk etməmək qərarını verib.

Azərbaycandan informmasiya

Bu turnirdə erməni və azərbaycanlı şahmatçılar arasında hər hansı olayın yaşandığı haqda Azərbaycanda heç kim heç nə bilmir. Erməni şahmatçılar Bakıda keçirilən Dünya Kubokuna qatılıb və onların lideri Levon Aronyan Qız Qalasının fonunda şəkil də çəkdirib. Erməni şahmatçılar heç bir peroblemlə üzləşməyiblər.


More on JAMnews