İqtisadi yüksəlişi əmin edən sadələrdə xüsusi inkişaf nəzərə çarpmır " />

Ermənistanda baş nazirin bir illik fəaliyyətinin yekunu nəzərdən keçirilir

İqtisadi yüksəlişi əmin edən sadələrdə xüsusi inkişaf nəzərə çarpmır

Karen Karapetyanın baş nazir vəzifəsinə təyin edilməsindən bir il ötdü. 14-cü baş nazirin rəhbərliyi altənda hökumətin fəaliyyəti haqda ekspertlər və siyasətçilər fikirlərini bölüşüb.

Karen Karapetyan vəzifəyə gəldiyi zaman bu addımların vacibliyini vurğulayırdı: investisiyaların fəallaşdırılması, strateji araşdırmalar mərkəzinin yaradılması, korrupsiya ilə mübarizə, iqtisadi yüksəlişin təmin edilməsi. Ekspertlər qeyd edirlər: strateji mərkəz yaradılıb, digər istiqamətlərdə isə ciddi nailiyyətlər yoxdur.

Karen Karapetyan 2016-cı il sentyabrın 13-də baş nazir təyin edilib. O zaman JAMnews “Ümidverici baş nazir” məqaləsini dərc etmişdi. Bu məqalədə deyilirdi ki, hökumət başçısını ilk dəfədir Ermənistanın bütün siyasi qüvvələri qəbul edir, hərçənd hər kəsin ondan gözləntiləri fərqlidir.

Ümidverici baş nazir

İndi isə müxtəlif siyasi qüvvələrin bu ümidlərinin nə dərəcədə doğrulduğu haqda.

Müxalifət qeyd edir ki, Karapetyanın “iqtisadiyyata drayv gətirmək” vədləri həyata keçirilməyib. “Drayvdan ancaq Karen Karapetyan hökumətinin üzvlərinin simasındakı təbəssümlər və əyinlərindəki qəşəng kostyumlar qaldı. Bu il ərzində bircə dənə də ciddi dəyişiklik baş verməyib. Əminəm ki, heç bir vətəndaş öz üzərində hər hansı müsbət yenilik hiss etmir”, – Milli Məclisin “Yelk” (tərcümədə “çıxış”) fraksiyasından olan deputatı Ararat Mirzoyan deyir.

Deputat bildirir ki, Karen Karapetyan 835 milyon dollar həcmində investisiya söz vermişdi, amma bu məbləğin cəmi 45 faizi real oldu, bu isə o deməkdir ki, iqtisadi proseslərin xüsusi olaraq fəallaşması baş verməyib.

Tatul Manaseryanın sözlərinə görə, ciddi sıçrayışın müçahidə olunduğu heç bir sahə yoxdur. Əksinə, bəzi istiqamətlərdə eniş qeydə alınıb. Əsasən söhbət kənd təsərrüfatı və inşaatdan gedir.

Manaseryan bildirir ki, yüksəlişin müşahidə edildiyi sahələr var, amma bunlar ölkə sakinlərinin sosial həyatını heç cür yaxşılaşdırmayıb.

Hakim Respublikaçılar Partiyası Karen Karapetyanın işini müsbət dəyərləndirib. Partiyanın mətbuat katibi Eduard Şarmazanov bildirib ki, hökumətin bir illik fəaliyyətinin yekunlarına görə, iqtisadi fəallığın 6 faiz yüksəlişi qeydə alınıb, ixrac və ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur, turizm sahəsi inkişaf edir. “Bizim iqtisadiyyatımız dinamik inkişaf edir. Dövlət büdcəsində nəzərdə tutulmuş göstəricilər həyata keçirilib”, – Eduard Şarmazanov bildirib.

Karen Karapetyanın özü rəhbərlik etdiyi hökumətin ünvanına səslənən tənqidi fikirləri şərh edərkən deyib ki,Ermənistanın 2017-ci ildə makro-iqtisadi göstəriciləri bütün Avrasiya İqtisadi İttifaqında və MDB-də ən yüksəkdir. Eyni zamanda baş nazir hesab edir ki, hökumət bir il ərzində bütün vətəndaşların problemlərini həll edə bilməzdi. “Amma bizim irəliləyiş trendimiz düşünürəm ki, hazırkı məqamda bizi müəyyən dərəcədə təmin edir”, – Karapetyan bildirib.

Siyasi texnoloqlar qeyd edirlər ki, baş nazir ötən bir il ərzində Ermənistan sakinlərində yetəri qədər xoş təəssürat yaradıb. Siyasi texnoloq Vigen Akopyan bunu baş nazirin davranışında şou elenemtlərinin olması ilə izah edir, o, sadə dillə, xalq arasında qəbul olunmuş ifadələrdən istifadə edərək danışır, ünsiyyətdə sərbəstdir, motorlu qayıq sürür, zərb alətlərində çalmağı bacarır.

 

 


More on JAMnews