Onların əksəriyyəti qadınlardır" />

Ermənistanda 90 mindən artıq adam iş axtarır

Onların əksəriyyəti qadınlardır

İş yerlərinin çatışmazlığı Ermənistanın əsas problemlərindən biri olaraq qalır. Milli Statistika Xidməti bildirir ki, 2017-ci ilin iyul ayının 1-ə olan statistik göstəricilərə görə, 91 532 nəfər iş axtarır, bu isə keçən ilin eyni dövrünə aid göstəricidən 5 faiz azdır.

Milli statistika Xidmətinin göstəricilərinə görə, iş axtaranların 76624 nəfəri işsizdir. Belə görünür ki, qadınlar kişilərə nisbətən daha çox  iş axtarışına çıxırlar. Statistika Xidmətinin göstəricilərinə görə, mövcud siyahıda 59 515 nəfər qadın, cəmi 32 017 nəfər kişi iş axtaran var. Onlar arasında çoxluq paytaxt sakinlərinin – 15 125 nəfər, ən az say isə Vayoç Dzorun payına düşür – 1973 nəfər.

Əmək bazarında ən yüksək tələbat olan peşələr siyahısında ali təhsilli tibb işçiləri, müəllimlər, kompüter mütəxxəssisləri, mühəndislər, maliyyə və ticarət sektoru işçiləri, satış mütəxəssisləri də var.

F acebook sosial şəbəkəsinin istifadəçiləri statistika Xidmətinin göstəricilərinə etibar etmirlər. Onlar hesab edirlər ki, rəqəmlər kiçildilib. Hazırda iş axtarışında olanlar şərhlərdə “+1” işarəsi qoyub.

“Ura! Hələ nə qədər adam inanır ki, Ermənistanda iş tapmaq olar”.

“Mənə elə gəlir ki, siz rəqəmləri reallıqda olduğundan altı dəfə kiçiltmisiz”.

“Deyəsən, burda bir sıfır çatışmır”

Politoloq Karen Köçəryan deyib ki, işsizlik miqrasiyanın obyektiv və əsas səbəbidir:

“İnsan canlı varlıqdır və yemək istəyir. İş olmayanda insanlar iş olan yerlərə üz tuturlar”.


More on JAMnews