Müxalifət hesab edir ki, hakimiyyət dəyişməyincə bu işin üstü açılmayacaq" />

Ermənistanda 1999-cu ildə parlamentə edilmiş silahlı hücumun araşdırılmasını tələb edirlər

Müxalifət hesab edir ki, hakimiyyət dəyişməyincə bu işin üstü açılmayacaq

18 il əvvəl bu gün Ermənistan hakimiyyəti başsız qoyuldu: bir qrup terrorçu Milli Məclisin binasına girib, icra və qanunverici hakimiyyətlərin birinci şəxslərini güllələdi. Hər il xalq və siyasi elita həlak olanların xatirəsini yad edir, müxalifət isə israrla işin sona qədər açılmadığını və sifarişçilərin cəzalandırılmadığını bildirir.

1999-cu il oktyabrın 27-də Milli Məclisin növbəti iclasında, təsdiqlənmiş qaydaya əsasən baş nazir və nazirlər deputatların suallarına cavab verərkən hücum baş vermişdi. Silahlı şəxslər MM spikeri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarqsyan, spikerin müavini və deputatları qətlə yetirmişdi.

Yaralananlar və sağ qalanlar bir neçə saat terrorçuların əlində girov qalmış, ölkə liderlərinin qan içində can verdiyini izləməli olmuşdular. Öldürülənlərin meyitləri binadan ancaq gecəyə doğru çıxara bilmişdilər. Buna qədər terrorçular müəyyən şərtlər irəli sürmüşdülər: onlar o zamankı Ermənistan prezidenti Robert Koçaryanla görüş tələb edirdilər. Nəhayət, silahlı qrupun lideri Nairi Unanyan Koçaryanla üzbəüz görüşməyə nail olub

İndiyə qədər müxalifət Koçaryanla Unanyanın nə müzakirə etdikləri ilə bağlı suala cavab ala bilmir. MM-in hazırkı deputatı, hücum zamanı öldürülən baş nazir Vazgen Sarqsyanın doğma qardaşı Aram Sarqsyan bu danışığın necə yazılmadığına təəccübünü ifadə edib.

Dövlətin birinci şəxslərini qətlə yetirənlər ömürlük həbs cəzasına məhkum edildi. Onlardan bəziləri rəsmi sənədlərdə göstərildiyinə görə, həbsxanada öldü: biri intihar etdi, digəri qəfil vəfat etdi. Müxalifət isə hesab edir ki, Ermənistanda hakimiyyət dəyişməyincə bu işin üstü açılmayacaq. Deputat Aram Sarqsyanın fikrincə, mühüm sualların çoxunun cavabını tapmaq çətin deyil.

“Niyə ilk gündəncə o illərdəki prezident Robert Koçaryan bəyan etdi ki, bu, “sahəvi” işdir, iclas zalında kimlərin olduğunu və bəzi fraksiyaların niyə ümumiyyətlə iclasa qatılmadığını, kimlərin və niyə orada olmadığını aydınlaşdırmaq lazımdır?

Ölkə başsız qalıb, yalnız bir adam qalmışdı – prezident, o da terror aktının əsas təşkilatçısı ilə danışıqlara getdi, amma bu danışıqlar nəzarətsiz keçirildi və yazılmadı. Niyə belə? Silahları Milli Məclisə necə keçiriblər, kim keçirib – qrup iştirakçılarının özləri, yoxsa onlardan qabaq başqa biriləri. Suallar çoxdur. Bu, çox qaranlıq məsələdir, amma bu sualların cavabını tapmaq çox asandır”, – Aram Sarqsyan qeyd edib.

Milli Məclisin deputatı Ara Babloyan hesab edir ki, xalqın bütün təşkilatçılar müəyyən edildiyi halda bu işin heç vaxt sona qədər aydınlaşmayacağı ilə bağlı əminliyi məntiqlidir.


More on JAMnews