Gümri sakkinləri şikayətlənir: yaşlı insanları işə götürmürlər" />

Ermənistanda əmək yarmarkası: iş yeri həddən az, tələbat isə həddən çoxdur

Gümri sakkinləri şikayətlənir: yaşlı insanları işə götürmürlər

Foto: Gevorq Kazaryan, JAMnews

Gümri şəhərində oktyabrın 9-da təşkil olunmuş əmək yarmarkasına yüzlərlə insan gəlib. Yarmarkada iştirak edən işverənlərin sayı az olmasa da, iş axtaranların çoxu yenə də evə işsiz qayıdıb.

 Rəsmi məlumata görə, hazırda Gümridə 13,937 nəfər iş axtarışındadır. Onlardan 11 min 5 yüzü işsiz kimi qeydiyyata alınıb. 

Əmək yarmarkasında 30 işverən öz stendini təqdim edib və 800 vakansiya təklifi irəli sürüb.
Amma problem iş yerlərinin az olması ilə məhdudlaşmır. Gümri sakinlərinin çoxu yaşlı insanların işə qəbul edilmədiyindən
şikayətlənir. Digərləri isə deyir ki, bir çox iş verən çoxlarının sahib olmadığı səviyyədə bilik və vərdişlərin olmasını tələb edir.

“Mən dərziyəm, 14 il Rusiyada işləmişəm, yaxşı əmək haqqı almışam. Anam xəstələndi və mən Ermənistana qayıtmalı ooldum. Amma burada özümə iş tapa bilmirəm, hara gedirəmsə, qapıdan qaytarırlar. Onlar ancaq cavan adamları yaşı 35-ə qədər olanları qəbul edirlər. İndi neyləməliyım, yenidən Rusiyaya qayıtmalıyam?”, – Gümri sakini Nune Asatryan deyir.

40 yaşı olan başqa bir işsiz deyir ki, o qarovulçu işinə düzəlmək istəyib. Amma işverən ondan kompüter bacarıqlarının olmasını tələb edib, o, isə bu bacarığa sahib deyil. Dövləot Məşğulluq Xidmətinin rəisi Artak Manqasaryan jurnalistlərə
bildirib ki, iş verən əməkdaşların seçimi zamanı öz kriterilərini müəyyən etmək haqqına sahibdir.

“Təbiidir ki, onlar daha gənc kadrlara üstünlük verirlər – bütün dünyada belədir. Həmçinin insanlar anlamalıdırlar ki, yaxşı iş kiçik maaşla başlayır: heç bir işverən yeni təcrübəsiz əməkdaşa çox pul verməz”, – Manqasaryan deyir.

Onun məlumatına görə, məşğulluq xidmətində 2017-ci ildə ötən ilə nisbətən 6 min daha az iş axtaran qeydə alınıb. 2016-cı ildə Dövlət Məşğulluq Xidmətinin vasitəçiliyi ilə 17 min nəfər müvəqqəti və ya mövsümi işlə tıəmin olunub, Artak Manqasaryan deyib.


More on JAMnews