Ordu Günündə müdafiə naziri jurnalistlərə bildirib ki, silahlı qüvvələrin arsenalı “onlarla faiz” atrıb" />

Ermənistan tezliklə Rusiyadan Su-30SM qırıcı təyyarələrinin növbəti partiyasını alacaq

Ordu Günündə müdafiə naziri jurnalistlərə bildirib ki, silahlı qüvvələrin arsenalı “onlarla faiz” atrıb

Yanvarın 28-də Ermənistanda  Ordu Günü qeyd olunub. Ənənəyə əsasən, səhər saatlarından ölkə rəhbərliyi Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərin xatirəsini anmaq üçün “Yerablur” hərbi panteonunu ziyarət edib.

Burada müdafiə naziri David Tonoyan jurnalistlərə bildirib ki, Ermənistan tezliklə müasir Su-30SM çoxfunksiyalı qırıcı təyyarələrinin yeni partiyasını alacaq. 2019-cu ildə Ermənistan artıq Rusiyadan dörd belə qırıcı təyyarə alıb. Nazirin sözlərinə görə, ümumilikdə Ermənistan ordusu arsenalını və qoyulmuş vəzifələrin həlli üçün öz imkanlarını xeyli artırıb.

“Hərbi sirri açmayacağam, amma onlarla faiz həcmində artım baş verir”, – Tonoyan deyib.

 

Ermənistanın müdafiə naziri Rusiya bazası və 2016-cı il “aprel müharibəsi” haqda

Ermənistanın baş nazirindən və müdafiə nazirindən səs-küylü “hərbi” bəyanatlar

Əldə edilmiş hərbi texnika haqda yanvarın 25-də keçirdiyi son mətbuat konfransında Nikol Paşinyan da söz açıb. Onun sözlərinə görə, 2018-ci ilin mayından Ermənistan misilsiz sayda silah və sursat əldə edib.

“Brevisin” tədqiqatının nəticələrinə əsasən, Ermənistan vətəndaşlarının 89,4 faizi Ermənistan ordusuna bütün dövlət və ictimai strukturlardan daha çox etibar edir.


More on JAMnews